İslamdan qorxsa da nifrət etməyən fransız yazıçı

İslamdan qorxsa da nifrət etməyən fransız yazıçı
10 sentyabr 2015
# 11:04

“İslamdan qorxuram, amma nifrət eləmirəm”. Kulisin türk mətbuatına istinadən verdiyi məlumata görə bu sözləri “The Guardian” qəzetinə müsahibəsində məşhur fransız yazıçı Mişel Uelbek deyib.

Uelbekin “Təslimiyyət” romanı böyük qalmaqal yaratmışdı. Roman Fransanın islami güclərin nəzarəti altına keçməsindən bəhs edir.

Mişel Uelbek “İslamafobsunuzmu?” sualına “Böyük ehtimal ki, hə, amma “fobiya” sözünü nifrətdən çox qorxu kimi qəbul edirəm” deyib.

“Lire” jurnalına verdiyi açıqlamada “İslam ən axmaq dindir” deyən Uelbek irqçiliyi alovlandırdığı üçün 2002-ci ildə məhkəməyə verilsə də daha sonra bəraət almışdı. “The Guardian”dakı müsahibəsində isə “Hələ də İslamın ən axmaq din olması fikrində qalmısızmı?” sualına belə cavab verib: “Həqiqətən fikirlərimin dəyişib-dəyişmədiyini bilmirəm. Quranı oxumağın adama sakitlik gətirməsi fikri ilə razıyam. Buna görə o vaxt “Quranı oxuduqdan sonra rahatlıq tapdım” demişdim. Bununla belə bu fikri deyəndə kifayət qədər düşünməmişdim. Fakt kimi götürəndə müsəlmanların Quranı oxumaq ehtimalı, xristianların İncili oxumaq ehtimalı qədər azdır. Hər iki dində vacib olan odur ki, bu kitablara kim izah verir. İslamda bu çox açıqdır. ”

“Təslimiyyət” 7 Yanvar tarixində, Məhəmməd peyğəmbərin karikaturalarını çap edən “Charlie Hebdo” jurnalına qarşı edilmiş terror aksiyasından bir neçə saat əvvəl çap edilmişdi. Hadisələrin 2022-ci ildə baş verdiyi romanda universitetlərdə Quran dərsləri keçirilir, qadınlar başlarını örtməyə məcbur edilir və mövcud fransız qaydaları dəyişdirilir.

Bundan sonra müsəlman liderlərdən biri prezident seçilir, qadınları işləməkdən çəkindirilir, beləcə Fransanı işsizlik bürüyür.

Kitab çap olunandan sonra “Ədəbiyyat adı altında İslama qarşı dəllallıq etməkdə və radikal sağçıların siyasətlərinə xidmət etməkdə” günahlandırılan Uelbekin romanı qısa müddətdə Fransa, Almaniya və İtaliyada ən çox satılan kitablardan oldu.

Bəziləri isə Uelbekin bir yazıçı kimi nə etməlidirsə onu etdiyini, dünyaya güzgü tutduğunu deyirlər.

# 1737 dəfə oxunub

Oxşar xəbərlər

"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

16:30 1 may 2026
"Ana obrazını şizofreniya xəstəsi kimi təqdim etmək doğru deyil" - Vüqar Vanın kitabını niyə almamışdım?

"Ana obrazını şizofreniya xəstəsi kimi təqdim etmək doğru deyil" - Vüqar Vanın kitabını niyə almamışdım?

12:00 1 may 2026
"Ağ maral düzənliyi"  - Bir xalqın epik yaddaşı

"Ağ maral düzənliyi" - Bir xalqın epik yaddaşı

14:00 29 aprel 2026
"Qadın “dır-dır”ı olmasa, bəlkə də ..." - Kişilər niyə bütün gün özünü oda-közə vurur?!

"Qadın “dır-dır”ı olmasa, bəlkə də ..." - Kişilər niyə bütün gün özünü oda-közə vurur?!

12:00 28 aprel 2026
"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

17:48 24 aprel 2026
Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

14:20 24 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər