"6 yaşımdan bu yana əlimə nə keçibsə oxumuşam"

"6 yaşımdan bu yana əlimə nə keçibsə oxumuşam"
19 sentyabr 2014
# 11:54

Kulis.az yeni layihəyə başlayır. “Oxucu” adlı bu layihədə oxucular ədəbiyyatla bağlı suallarımızı cavablandıracaqlar.

- Əvvəlcə özünüz haqda məlumat verin, mümkünsə...

- Şəbnəm Əzizova. 26 yaş. İxtisasım fransız dili... Əksəriyyət kimi tamam fərqli sferada çalışıram.

- Kitabla necə tanış oldunuz?

- Ağlım kəsəndən evdə kitabların içində olmuşam. Babamın kiçik kitabxanası vardı. Oxumağa kiril əlifbasıyla başlamışam. 6 yaşım olanda bibim qızlarıyla birlikdə kitabxanaya üzv olmuşdum artıq. Belə başladı...

- Klassikləri oxumaqla müasirləri oxumaq arasındakı fərq nədir?

- Məncə fərq ondan ibarətdir ki, klassik müəlliflərin əsərlərində bütün məsələlərin həlli mənəvi müstəvidə həll olunurdu. Zamanın da təsiri var məsələyə. Həyat o vaxtlar bu qədər sürətli deyildi. Daha çox düşünürdü insanlar. İndiki zəmanədə hər şey çox sürətlə dəyişir, bu, öz təsirini ədəbiyyata da göstərir. Günümüzün romanları daha dinamik, daha praktikdir. Hər hansı problemin həllini göstərmək üçün mənəviyyat, düşüncə üzərindən yox, məhz dinamik hadisələr üzərindən, yığcam şəkildə məqsədə doğru gedilir. Martin Paj, məncə, buna ən yaxşı sübutdur. Balaca bir kitab, dinamik hadisələr və məsələnin praktik, dəqiq həlli... Hər xalqın bugünü keçmişinin, ədəbiyyatının nəticəsidir. Keçmişlə gələcəyi ortaq məxrəcə gətirmək çətindir. Danışdıqca uzanacaq.

- Sizcə, kitabın fərd və cəmiyyət üçün missiyası nədir?

- Kitab həm təhlükəli silah, həm də aydınlanma vasitəsidir. Sadəcə doğru istiqamətə yönəlmək üçün zamanında lazımi insanlarla rastlaşmaq lazımdır. Kimin bəxtinə nə çıxsa... Söhbət kitabın əsas missiyasından gedirsə - insanlığın xilaskarıdır.

- Ən çox sevdiyiniz yazıçılar kimdir?

- Ən çox sevdiyim yazıçı yoxdu, oxuduğum, aydınlandığım müəlliflər var. Remarkın baş qəhrəmanları ilə xarakter oxşarlıqları olduğuna görə, bir az doğmalıq var ona qarşı.

- Daha çox hansı kitabları oxuyursunuz?

- 6 yaşımdan bu yana əlimə nə keçibsə oxumuşam, nağıllardan tutmuş Homerə, Drayzerə qədər... Son iki ildə lazımi insanlarla tanışlığım oxu zövqümün də formalaşmağına kömək etdi. 10 il əvvəl oxuduğum kitabları bir daha oxudum, oxumağa da davam edirəm. Ən önəmlisi fanatizmdən bütünlüklə qurtuldum, yeni müəlliflərlə, müasir Azərbaycan ədəbiyyatı ilə tanış oldum.

- Ən çox sevdiyin 3 roman, 3 hekayə, 3 şeir...

- “Səfillər”, “Üç muşketyor”, “Tatar çölü”. “Poçtmeyster”, “Banan balığının ovlanan günü”, “Küknarlara məktub”. Cemal Süreya – “Üvercinka”, Günel Mövlud – “Yastığımdakı ilan”, Aqşin Yenisey – “Yüz qırx yeddi dənə sən”

# 2464 dəfə oxunub

Oxşar xəbərlər

"Rasim Qaracanın dəmlədiyi çayı içmək mənim üçün çətin idi" - Orxan Əyyub

"Rasim Qaracanın dəmlədiyi çayı içmək mənim üçün çətin idi" - Orxan Əyyub

18:35 5 noyabr 2025
"Bu hekayəni Vüqar yox, Süni Zəka yazıb..." - Hekayə müzakirəsi

"Bu hekayəni Vüqar yox, Süni Zəka yazıb..." - Hekayə müzakirəsi

12:00 5 noyabr 2025
Mətanət Vahid: "Onların başını aşağı salıb razılıqla dinləyəcək çağı deyil..."

Mətanət Vahid: "Onların başını aşağı salıb razılıqla dinləyəcək çağı deyil..."

11:50 5 noyabr 2025
"Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələrini biz yaradırıq!" - Rəvan Cavid

"Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələrini biz yaradırıq!" - Rəvan Cavid

14:38 4 noyabr 2025
"Şərif Ağayar Nobel mükafatı alanda birinci özüm..." - POLEMİKA

"Şərif Ağayar Nobel mükafatı alanda birinci özüm..." - POLEMİKA

18:10 3 noyabr 2025
Napoleonun elçisinin təriflədiyi Güney Azərbaycan şəhəri - Araşdırma

Napoleonun elçisinin təriflədiyi Güney Azərbaycan şəhəri - Araşdırma

16:05 31 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər