Macərapərəst, cadugər, qadın düşkünü, yoxsa yazıçı?

Macərapərəst, cadugər, qadın düşkünü, yoxsa yazıçı?
8 iyul 2013
# 10:08

İntellektual, oxumuş bir şəxs olduğunu deyirlər, amma məxfi məlumatlardan da xəbərdardır. İngiltərədə və Fransada olub, kübar cənabların və xanımların hesabına qeyri-qanuni qazanc əldə edib. Çünki onun həyat kredosu hər zaman başqalarının hesabına yaşamaq və insanları tezbazar aldatmaq idi. Kazanovanı yaxşıca tanıdığınız zaman, onda, inancsızlığın, yalanın, utanmazlığın və səfehliyin qorxunc bir şəkildə bir araya gəldiyini görəcəksiniz. (Venesiya İnkivizisiya məhkəməsinin gizli hesabatı - 1755)

Stefan Sveyq, “Öz həyatının şeirini yazanlar”

Bəli, Kazanova macərapərəst olduğunu, qayda-qanunlara və adətlərə qarşı çıxdığını gizlətmirdi. Hər kəsin aldatmağa, yalan danışmağa çalışdığı bir dünyada aldadılan olmaqdansa, aldadan olmağı seçdiyini açıq-aydın etiraf edirdi.

Saxta cəngavər, keşiş, səyyah və yazıçı

Özünə “Senqalt cəngavəri” titulu verərək, zadəgan mühitinə qatılan Cakomo Ciralomo Kazanova (Giacomo Girolamo Casanova) 1725-ci ildə Venesiyada dünyaya gəlib. Dünyada macərpərəstliyi və fırıldaqçılığı ilə məşhur olan Kazanova 1742-ci ildə Padua Universitetindən doktor elmi dərəcəsi ilə məzun olur. Onun macəralarla zəngin həyatı bundan sonra başlayır.

Əslində Kazanovanın macəraları dünyaya gəldiyi gündən başlayıb. Aktyor Zanetti Farussi və Cetano Cüzeppe Kazanovanın ailəsində böyüyən Cakomo Ciralomonun familiyası ögey atasının familiyasıdır. Doğma atası Mişel Grimani Zanettinin və Cüzeppenin işlədiyi “San Samuele” teatrının sahibi idi. Onu kiçik yaşlarından Paduada bir məktəbə yerləşdirən də ögey atası olub. Kazanova olduqca bacarıqlı və fərasətli tələbə olduğu üçün təhsildə böyük uğurlar qazanırdı. Əczaçılığa və həkimliyə böyük marağı olsa da, bu sahədə təhsil ala bilmir. Bütün dünyada qadınların sevimlisi olaraq tanınan yazıçının əks cinsin nümayəndəsi ilə ilk macərası 11 yaşında baş tutur. Paduada oxuduğu məktəbin müdirinin qızı, onun ilk partnyoru olur. Təhsildən sonra ilk işi Venesiyada keşişlik olur.

Cadugər macərapərəst

Daha sonra Neapol, Roma, İstanbul və Paris kimi böyük şəhərlərə səyahət edən, müxtəlif dinlərlə, təlimlərlə yaxından tanış olan Kazanova 1755-ci ildə Venesiyaya qayıdır və cadugərlikdə ittiham olunaraq həbs edilir. Yəhudilərin Kabbala təlimi ilə tanış olan yazıçının üzərindən kabbalistlərin əsas müqəddəs kitabı “Zoqar” tapılır. Uzun müddətdir Venesiya inkvizisiya məhkəməsinin izlədiyi yazıçının həbs olunması üçün bu səbəb yetərli hesab olunur. Ciddi şəkildə qorunan "I piombi" həbsxanasında saxlanılır. Ona məhkəmə hökmü elan olunmadan 5 il həbs cəzası verilmişdi. Lakin Kazanova ciddi mühafizə olunan həbsxanadan qaçmağı bacarır. Kazanovaya qədər çoxları bu həbsxanadan qaçmağa cəhd etsə də, buna nail ola bilməmişdilər.

Mötəbər fırıldaqçı

1756-cı ildə Avropada peyda olan Kazanova Berlinə gələrək Prussiya imperatoru Böyük Fridrixlə dostlaşır. Stefan Sveyq “Öz həyatının şeirini yazanlar” kitabında Böyük Fridrixlə Kazanovanın dostluğuna dair maraqlı detallara toxunub. Kitaba əsasən İmperatorun Kazanovaya hətta pərəstiş etdiyini deyə bilərik. Qəbulların birində uzun-uzadı Kazanovanı müşahidə edən imperator deyir: “Siz nə qədər yaraşıqlı bir kişi olduğunuzu bilirsinizmi?”

76 yaşlı Venesiya senatoru Alvise Gasparo Malipieroya ilə tanışlığı onun həyatında daha bir dəyişikliyə səbəb olur. Malipiero Kazanovaya ictimai mühitdə necə davranmaq lazım olduğunu, kübar məclislərdə necə şərab içməli və necə yemək yeməli olduğunu öyrədir. Seksə olan düşkünlüyü isə onun bütün karyerasını məhv edir.

Volterin, Motsartın və Götenin dostu

Səyahətlərdən bir şey çıxmadığını görüb Venesiyaya qayıdır və atasının teatrında musiqiçi kimi fəaliyyət göstərir. 21 yaşı olanda Venesiyalı əsilzadə Bragadini ölümdən xilas edir və gözlənilmədən onun sayəsində varlanır. Amma xarakteri və yaratdığı qalmaqallar onun nümunəvi bir zadəgan kimi yaşamağına mane olur.

1760-cı ildən etibarən Kazanova özünü heç bir sənədi olmadan cəngavər elan edir. Məclislərdə özünü anasının qızlıq soyadından yararlanaraq “Count da Farussi” kimi təqdim edir. Qəribədir ki, fırıldaqçılığı dillərdə dastan olan Kazanovanı 1760-cı ildə Roma Papası seçilən XIII Kliment “Eperon d'Or'un Papal” ordeni ilə mükafatlandırır. O artıq özünü rahatlıqla cəngavər kimi təqdim edə bilirdi. Dünyanın müxtəlif paytaxtlarında səyahətdə olan Kazanova qonaq olduğu şəhərlərdən qalmaqallara görə qovulurdu.

1764-1765 ci illərdə Rusiyaya gələrək Sankt Peterburqda II Yekaterina ilə görüşür. Daha sonra o, Avstriya, Almaniya, Fransa, İspaniya, İtaliyada sərgərdan həyat yaşayır. Volter, İohann Volfqanq Göte və Volfqanq Amadey Motsart kimi dahilərlə dostluq edən sərgərdan yazıçı nəhayət 1775-ci ildə Venesiyaya qayıtmaq üçün icazə alır və şəhər daxili işlər xidmətinin inkvizisiya məhkəməsinin gizli agenti işləməyə razılıq verir.

O kişilərlə də yatırdı

1782-ci ildə alleqorik romanında zadəgan Grimaldini təhqir etdiyinə görə Venesiyanı tərk edərək Çexiyaya qaçır və Kabbala ilə məşğul olan qraf Valdşteynin qəsrində qalır. Kazanova ömrünün sonuna qədər yaşadığı və kitabxanaçılıq etdiyi Valdşteynin Dux qəsrində demək olar ki, sevilmirdi. Valdşteyn də ona lazımi diqqəti göstərmir və məclislərinə dəvət etmirdi. Ömrünün son illərində diqqətdən kənarda qalsa da, Kazanova gənclik illərində kübar xanımların sevimlisi və zadəgan məclislərinin əziz qonağı olub. Macəra yaşadığı qadınlara qarşı olduqca kübar və diqqətli idi. Sevgililərindən ayrıldıqdan sonra onlarla dost qalmağı bacarır və bu xüsusiyyəti onu ətrafdakılara sevdirirdi. Xatirələrində yazır ki, 16 yaşında artıq orgiyalara qatılıb. Maraq xətrinə bir neçə kişi ilə yatdığını memuarında etiraf edib. Kazanovanın parıltılı həyatında ən çox diqqət çəkən iki şey var: zöhrəvi xəstəliklər və qumar məclisləri.

Kazanova özünü iş adamı və cəngavər kimi təqdim etsə də o eyni zamanda diplomat, casus, siyasətçi, filosof, sehrbaz və yazıçıdır. İyirmidən artıq kitabın və bir çox pyesin müəllifi olan yazıçını dövrünün tənqidçiləri yüksək qiymətləndiriblər. “Həyatımın hekayəsi” adlı avtobioqrafik əsərində 122 qadınla seksual münasibəti olduğunu yazıb.

Rejissor Lasse Hallström 2005-ci ildə ABŞ-da yazıçının həyatından bəhs edən “Casanova” filmini çəkib.

# 3333 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #