11 sentyabr tapmacası - TƏQVİM

11 sentyabr tapmacası - <span style="color:red;">TƏQVİM
11 sentyabr 2017
# 10:13

Kulis.az 16 il əvvəl ABŞ-da törədilən dəhşətli terror hadisəsinin ildönümü münasibəti ilə Mirmehdi Ağaoğlunun11 sentyabr tapmacası” yazısını “Təqvim” layihəsindən təqdim edir.

On altı il əvvəl olmuşdu bu hadisə.

Bütün dünyanın gözü Amerikaya diklənmişdi.

İçində terroristlərin olduğu “American Airlines”ə məxsus Boing Ümumdünya Ticarət Təşkilatının yerləşdiyi binalara çırpılmışdı.

Hadisə Amerika vaxtıyla saat 8:46-da baş vermişdi.

09:03-də ikinci təyyarə digər əkiztaya çırpıldı.

40 dəqiqə sonra başqa bir təyyarə Pentaqonun binasına çırpıldı.

Pentaqonun binasının vurulmasından 25 dəqiqə sonra hava hücumundan müdafiə qüvvələri Ağ Evə hücum etmək istəyən bir təyyarəni vurdular.

Hadisə baş verən zaman dönəmin prezidenti Corc Buş məktəblərdən birində ibtidai sinif şagirdlərinə kitab oxuyurdu.

Dərsin ortasında köməkçilərdən biri heç kəsə hiss etdirmədən baş vermiş hadisəni Buşun qulağına pıçıldadı.

O bir müddət heç nə olmamış kimi oxumağa davam elədi. Nə düşündü bu müddətdə?

Bu hadisə superdövlətin əzəmətinə, qüdrətinə ciddi zərbə oldu.

Amerika kimi bir dövlətin belə bir terror hadisəsi ilə sarsılması gözlənilməz idi.

ABŞ hava hücumundan müdafiə qüvvələri ilk təyyarənin çırpılmasından ötən bu böyük vaxt ərzində nədən digər təyyarələri zərərsizləşdirə bilməmişdilər?

Terrorçular beş ədəd boinqi hansı üsulla əldə etməyə nail olmuşdular?

Suallar çoxdu, cavab isə yox.

Bu dövlət supermənin yaradıcısı deyildimi?

1987-ci il mayın 28-də gəzinti təyyarəsində Almaniyadan qalxan 19 yaşlı Matias Rust Qırmızı meydanda eniş etdi.

Təəccüblü burası idi ki, onda da SSRİ-nin qüdrətli hava hücumundan müdafiə qüvvələri ölkə səmasındakı naməlum obyekti müəyyən edə bilməmişdilər.

SSRİ-də böyük qalmaqal yaratmış bu hadisənin xüsusi xidmət orqanları tərəfindən hazırlanması faktı inkar edilmir.

Rejissor Maykl Mur isə “Farenqeyt 9/11” adlı sənədli filmində (yeri gəlmişkən 911 təcili yardım xidmətinin nömrəsidir, bu bir təsadüfmü?) 11 sentyabr hadisələrində Corc Buşun şübhəli tərəf olduğunu iddia etmişdi.

Həmən filmdə Buş ailəsinin Ben Laden ailəsi ilə bir sıra ticarət əlaqələrinin olduğu sübut olunmuşdu.

Terrorun dini, irqi, milləti olmaz. O hər kəsi, hər yerdə yaxalayar. İstənilən terror aktı lənətə layiqdir.

11 sentyabr terror aktında minlərlə günahsız insan öldürüldü.

Məlum olaydan sonra ABŞ terrorizmə qarşı müharibə elan edərək Əfqanıstan və İraqa soxuldu.

Terror aktı nəticəsində 3 mindən çox insan həlak oldu, 6 min insan yaralandı.

Bir sıra beynəlxalq təşkilatların məlumatlarına əsasən isə təkcə İraq müharibəsində bir milyondan çox mülki iraqlı öldürüldü.

Baş vermiş bu terror aktı qınanıldığı və ildönümü zamanı dünyanın əksər KİV-lərində tirajlandığı halda İraqda baş verənlərin üstündən sükutla keçilir.

Rəqəmlər isə susmazlar.

Onlar hər zaman doğrunu söylərlər.

# 2108 dəfə oxunub

Oxşar xəbərlər

"Bizim xalq kimlərə  çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

"Bizim xalq kimlərə çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

12:00 25 aprel 2026
"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

17:48 24 aprel 2026
Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

14:20 24 aprel 2026
"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." -  "Müasir Homer" adlandırılan yazıçı

"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." - "Müasir Homer" adlandırılan yazıçı

13:30 24 aprel 2026
"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

12:00 24 aprel 2026
"İslandiyanın təhkiyə ənənəsini dirçəldən yazıçı..."- O, Nobel nitqində nə demişdi?

"İslandiyanın təhkiyə ənənəsini dirçəldən yazıçı..."- O, Nobel nitqində nə demişdi?

13:00 23 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər