“Əkrəm Əylisli adlı azərbaycanlı tanımıram”  

“Əkrəm Əylisli adlı azərbaycanlı tanımıram”  
1 fevral 2013
# 11:42

Son günlərdə cəmiyyətin əsas müzakirə mövzusu olan Əkrəm Əylislinin “Daş yuxular” romanında Nuvariş Qarabağlı adlı personaj var. Bu obraz əsərin qəhrəmanı, aktyor Saday Sadıqlının həmkarıdır. Saday Sadıqlını xəstəxanaya gətirən, onun haqqında həkimə məlumat verən Nuvariş Qarabağlıdır.

Nuvariş Qarabağlı obrazı xalq artisti Nurəddin Mehdixanlının prototipidir.

Nurəddin Mehdixanlı Kulis.az-a veridiyi açıqlamada əsəri bütöv oxumadığını, yalnız mətbuatda verilən kiçik bir hissə ilə tanış olduğunu bildirdi: “Mənə heç kim deməyib ki, əsərdə mənim də obrazım var, ilk dəfədir sizdən eşidirəm. Görünür o bizim “Xəcalət” tamaşamızı ələ salıb, əgər əsərdə Mopassan Mirələmov obrazı Hüseynbala Mirələmovun prototipidirsə, yəqin ordakı aktyor da mən olaram. Mən ümumiyyətlə, Əkrəm Əylisli adlı yazıçı tanıyıram, amma belə bir azərbaycanlı tanımıram. Onun uzun tarix boyu türklərin başına gətirilənləri, türk olduğumuz üçün 20 ildən artıqdır azərbaycanlıların düşdüyü oyunları görməyibmiş, bilmirmiş kimi təhrif etməsi göstərdi ki, o, sadəcə azərbaycanlı deyil. Onun bu romanı tarixi alt-üst etdi, guya fərqli mövqe qoyub ortaya. Sual edən gərək, kimə lazım idi sənin fərqli mövqeyin. Bu əməlinin adını da qoyub yazıçı azadlığı. O azadlıq ki haqq ədaləti tapdayır, onun adı azadlıq olmur daha, dəyişir, hər şeyi öz adı ilə çağırmaq lazımdır”.

# 7733 dəfə oxunub

Oxşar xəbərlər

Güzgüdə özündən başqa heç nə görməyənlər - Onlar niyə sevməyi bacarmır?

Güzgüdə özündən başqa heç nə görməyənlər - Onlar niyə sevməyi bacarmır?

10:00 17 iyul 2026
İnsan dostunu nə vaxt unudur? – "Qum adası"nın sirri

İnsan dostunu nə vaxt unudur? – "Qum adası"nın sirri

12:00 16 iyul 2026
Müəllif hekayədə niyə ağlaşma qurub? - Müzakirə

Müəllif hekayədə niyə ağlaşma qurub? - Müzakirə

15:19 15 iyul 2026
“Çılpaq şəkildə, tamamilə dəhşətli hala düşmüşdüm” - Məktəbli qız niyə özünə nifrət edirdi?

“Çılpaq şəkildə, tamamilə dəhşətli hala düşmüşdüm” - Məktəbli qız niyə özünə nifrət edirdi?

12:00 15 iyul 2026
"İnsanın içində öldürdüyü uşaq" - Rüstəm Dastanoğlu

"İnsanın içində öldürdüyü uşaq" - Rüstəm Dastanoğlu

15:00 7 iyul 2026
İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

16:31 6 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər