Arvadının yanında sevgilisinə şeir oxuyan şair

Arvadının yanında sevgilisinə şeir oxuyan şair
24 iyun 2015
# 08:00

1949-cu ildə İstanbul Böyük Klubunda təşkil olunan məclisdə şair-rəssam Bədri Rəhmi Eyuboğlu da iştirak edirdi. Qonaqlar şairdən şeir oxumasını istəyirlər. O da ayağa qalxaraq “Qaratut” şeirini oxumağa başlayır:

"Karadutum, çatal karam, çingenem

Daha nem olacaktın bir tanem

Gülen ayvam, ağlayan narımsın

Kadınım, kısrağım, karımsın...”

Bədri Rəhmi şeiri oxuyanda gözlərindən biixtiyar yaş süzülür. Salondakılar şairin niyə ağladığını başa düşmüşdü. Əlbəttə, hər kəsdən çox isə yanında əyləşən həyat yoldaşı Eren Eyuboğlu anlamışdı 36 yaşlı şairin niyə ağladığını. Çünki şeirdə “kadınım, kısrağım, karımsın” dediyi qadın həyat yoldaşı-qarısı deyildi. Bədri Rəhmi bu şeiri 3 il əvvəl başqa bir qadın üçün yazmışdı-Mari Gərəkməzyan üçün.

Mari Bədri Rəhminin işlədiyi universitetdə, heykəl bölməsində tələbə idi. Şair öz tələbəsinə aşiq olmuşdu. Mari Bədri Rəhminin bir büstünü düzəltmiş, şair-rəssam isə qarşılığında onun rəsmlərini çəkmiş, şeirlər həsr etmişdi.

Artıq müəllim və tələbənin sevgisindən bütün İstanbul xəbərdar idi. Mariyə olan sevgisindən ilhamlanan Bədri Rəhmi sanki yaradıcılıq partlaması yaşayır, dayanmadan şeir yazır, rəsm əsərləri çəkirdi. Eren Eyuboğlu isə səbrlə yoldaşının ona dönəcəyi anı gözləyirdi.

“Qaratut” şeiri həsr olunan Mari 1946-cı ildə meningit xəstəliyinə tutulur. Onun yaxşılaşması üçün antibiotik lazım idi. Müharibə təzə bitmişdi. Dərman isə od qiymətinə idi. Bədri Rəhmi cavan sevgilisinə dərman ala bilmək üçün tablolarını neçəyə gəldi satmağa başladı. Ancaq bunun da bir nəticəsi olmadı və o il İstanbul Alman Xəstəxanasından Marinin ölüm xəbəri gəldi. Bədri Rəhmi darmadağın olmuşdu. Yaşamağa taqəti yox idi. Sevgilisini son mənzilə yola salandan sonra evə gəldiyində onu təsəlli edən yenə də həyat yoldaşı Eren olacaqdı. Məşhur şair o illərdə bu ağrıya, həsrətə, qara sevdaya dözə bilməyib içkiyə qurşandı.

Eren Eyuboğlu yoldaşının bu çətin, ağrılı müddəti geridə qoyması üçün əlindən gələni etdi. Onu yenidən öz sənətinə, işinə qaytarmaq üçün çalışdı. Ta ki, Böyük Klubdakı o gecəyə qədər... “Qaratut”u oxuyan zaman Bədri Rəhminin gözlərindən axan yaşlar eşq yarasının hələ sağalmadığını göstərirdi. Bu hadisədən sonra Eren bir müddət Parisdə yaşamaq qərarına gəlir. Ordan yoldaşına yazdığı məktubda o gecəni belə xatırlayırdı:

“4 Yanvar 1950, Paris

Canquşum,

Klubda keçirilən bir gecədə şeir oxumuşdun. Xatırladın? Birdən gözlərindən yaş axdığını görəndə içim qarlara boyandı. Səsin necə də titrək idi! Xatırlayırsanmı? Elə bil böyrümə qaynar ütü yapışdırmışdılar. O gecə... Sənin neçə il keçsə də hələ sevdiyini başa düşmüşdüm! Fövqəladə bir qüvvənin Bədrinin ruhuna yazığı gəlib, ona güc verməsi üçün dua etmişdim. Allah sənə səbr versin. Allah sənə rəsm çəkmək sevinci versin və elə eləsin ki, bizim yanımızda yaşmaqdan xoşnud olasan.

Eren.”

Bu dualar öz nəticəsini göstərdi. Bədri Rəhmi həyat yoldaşı və 11 yaşındakı oğlunun yanına qayıtdı. Şair 1974-cü ildə ölənə qədər bir yerdə yaşadılar.

# 1697 dəfə oxunub

Oxşar xəbərlər

"Kamal Abdulla dialoqun necə manipulyasiya olunduğunu göstərir..." - Beyrək bunu hansı səbəbdən yaşadı?

"Kamal Abdulla dialoqun necə manipulyasiya olunduğunu göstərir..." - Beyrək bunu hansı səbəbdən yaşadı?

14:00 17 yanvar 2026
Qarabağı riskə atardım, Cincilimi yox...  - Təvəkkül Boysunar

Qarabağı riskə atardım, Cincilimi yox... - Təvəkkül Boysunar

17:30 16 yanvar 2026
"Bilmirəm necə yanaşım ki, müəllif də inciməsin" - Hekayə müzakirəsi

"Bilmirəm necə yanaşım ki, müəllif də inciməsin" - Hekayə müzakirəsi

14:00 16 yanvar 2026
"O,  Tanrının itkin balasıdır" - Azərbaycan ədəbiyyatının psixoloqu haqqında

"O, Tanrının itkin balasıdır" - Azərbaycan ədəbiyyatının psixoloqu haqqında

12:00 16 yanvar 2026
Yaddaş pоеtikasının ən maraqlı təzahürü  - Kamal Abdulla  sərhədi bilərəkdən necə pozur?

Yaddaş pоеtikasının ən maraqlı təzahürü - Kamal Abdulla sərhədi bilərəkdən necə pozur?

15:30 14 yanvar 2026
Allahı inkar edə-edə Allaha doğru yürüyən adam – Ceyms Coys

Allahı inkar edə-edə Allaha doğru yürüyən adam – Ceyms Coys

17:00 13 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər