Sevgililər nə vaxt bir-birlərini dəyişərlər?

Sevgililər nə vaxt bir-birlərini dəyişərlər?
25 sentyabr 2013
# 12:22

Ece Ayhan 1931-2002-ci illərdə yaşayıb. Türk şairi, “İkinci Yeni” şeir cərəyanının öncüllərindən olub. Kulis.Az Ece Ayhanın aforizmlərini təqdim edir.

Ürəyimi qorxaq böyütmədim. İtirdiklərim: payladığım sərvətimdir.

Sənin intizarını çəkmək nə cür borcdursa artıq nə qədər gözləsən də bitmir.

Əslində səni sevməyənlərə təşəkkür etməlisən. Zatən sənin də onlardan yana ürəyin getmirdi.

Eh yalnızlıq! Hamının qoynuna girib-çıxırsan, bircə mənimlə daimi münasibətdəsən.

Keçmişdə sevmək sevdiyin üçün özünü alova atmaq idi. İndi sevdiyini alova atıb üzərindən atlanmaq olub.

Eşq təşkilatlanmaqdır, bir fikirləşin, qardaşlar!

Yəni, nə olardı ki, bir il də insanlıq dəb olsaydı.

Bir dırnağı qırıldı deyə qalan doqquz dırnağına qıya bilən bir qızın qəlbi qırıldığı zaman nələr edə biləcəyini siz düşünün.

Kaş ki, bəzi insanlar üçün də “istehsal xətası var, geri alırıq” desəydilər.

Bir gün xərçənglər görürlər ki, bir xərçəng əməlli-başlı adam kimi gəzir, elə bilirlər sərxoşdu.

Tək diləyim nədir bilirsənmi? Gözlərimi bağlamış, sənli xəyallar qurarkən, gözlərimi açanda yanımda olmandı.

Ya qal, ya get. Amma əsla “gözlə, gəlirəm” demə. Çünki mən indiyə kimi gedən bir adamın geri gəldiyini görmədim.

Sözün kəsəsi onlar vurdu, biz böyüdük, qardaşım.

Kim nə deyir desin, məhəbbətin tək bir gerçəyi var; “Qarşındakının adam olub-olmadığını sevgili ikən deyil, ayrılandan sora anlayırsan.”

İnsan kiminsə həyatında bir az duz təsiri bağışlamalıdı. Yarasına basıb ağrı verənindən deyil, yeməyə qatılıb dad verənindən.

Bədəninin 70%-i su olan bir canlının necə olur ki, içi yanır?

Sənə nifrət etmirəm. Sadəcə “əsla etmərəm” dediyin hər şeyə çevrildiyin üçün xəyal qırıqlığına uğradım.

Adının nə qədər gözəl olduğunu ancaq sevdiyinin dilindən eşitdiyin zaman anlayarsan.

İnsan, yarası yarasına uyğun gələnini sevər ancaq.

Əlimdən gələn bir şey yox idi, mən də ürəyimdən gələni etdim, sevdim yəni, bu qədər.

Kiminsə qollarında ölmək istəmirəm artıq. Anamın ayaqları altında dəfn edin o qədər.

Dara düşəndə deyil, sevdiyini anlayıb xoşbəxt olmaq istəyəndə gəl ki, ömrümü sənə həsr edim.

Səndən sonra çox acı çəkirdim. Amma unutduğun bir şey vardı. Çəkdiyim hər acı məni deyil, içimdəki səni öldürürdü.

Deyəsən, insanlar çox sevilməmək üçün proqramlaşıblar. Nə zaman çox sevildiyimi hiss etsəm getmək istəyirəm və nə zaman çox sevsəm o gedər.

Şərqə doğru çox gedən, coğrafiyaya görə Qərbə gedib çıxar. Tərsi də doğrudur bunun.

Heç bir sevgi bitdiyi gün bitməz əslində. Gedən üçün çoxdan bitmişdir, amma qalan üçün bəlli deyil nə zaman bitəcəyi!

Elə adamlarla bir yerdə olmalı ki, onlar üçün “Yaxşıdırmı?” deməmişdən “Yaxşı ki, var ” deyə biləsən.

Hər uşağın qəlbində özündən böyük bir uşaq var.

Ey dünya! Sən fırlanırsan, bunu başa düşdük. Bu insanlar səndən daha tez fırlanır, özü də orbitləri yox ikən.

Bir gün hər kəs həqiqətən sevdiyi ilə qarşılaşacaq desələr, əminəm o qədər sevgili cütlüyünü dəyişər ki.

# 3676 dəfə oxunub

Oxşar xəbərlər

Alfa nəslinin ədəbiyyatı - Uşaqların diqqətini maraqsız mətnlə cəlb etmək mümkündürmü?!

Alfa nəslinin ədəbiyyatı - Uşaqların diqqətini maraqsız mətnlə cəlb etmək mümkündürmü?!

16:00 1 iyun 2026
"Ağlaya-ağlaya əlyazmalarımı yandırırdım..." - Anna Zegers ölüm düşərgəsi haqqında nə yazmışdı?

"Ağlaya-ağlaya əlyazmalarımı yandırırdım..." - Anna Zegers ölüm düşərgəsi haqqında nə yazmışdı?

13:30 1 iyun 2026
"Qarabağda doğulan azadlıq şəfəqləri Qərbi Azərbaycana da düşəcək" - Bəhruz Niftəliyev

"Qarabağda doğulan azadlıq şəfəqləri Qərbi Azərbaycana da düşəcək" - Bəhruz Niftəliyev

10:40 1 iyun 2026
"Atalar və oğullar" problemi həmişə oğulların lehinə həll edilmir... -  Tanınmış alim xatirələrində nə yazırdı?

"Atalar və oğullar" problemi həmişə oğulların lehinə həll edilmir... - Tanınmış alim xatirələrində nə yazırdı?

09:48 1 iyun 2026
Sanballı tarixi-bioqrafik romanların müəllifi - O, hansı erməni millətçisini susdurmuşdu?

Sanballı tarixi-bioqrafik romanların müəllifi - O, hansı erməni millətçisini susdurmuşdu?

14:00 26 may 2026
"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

11:40 26 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər