Səməd Vurğunla Nazim Hikmətin gizli söhbəti

Səməd Vurğunla Nazim Hikmətin gizli söhbəti
14 mart 2016
# 13:59

Ayxan Ayvaz

Səməd Vurğunla Nazim Hikmətin bu məşhur fotosu 1951-ci ildə Moskvada çəkilib. Nazim Hikmət həbsdən təzəcə çıxmışdı. Türkiyə hökuməti onu hərbi xidmətə göndərmək istəyirdi. 49 yaşı olan Nazım bu qərarın onu öldürmək üçün düşünüldüyünü güman edirdi. Səbahəttin Əli 2 il qabaq öldürülmüşdü.

1951-ci ildə gənc bir adamla ölümün üzərinə getdi Nazim Hikmət. Qara dəniz sahilində durub onu xilas edən adamı gözlədi. Sonra qayıqla Türkiyəsindən uzaqlaşdı və bir gəmi ilə Moskvaya getdi.

Şəklə fikir verin: Nazim elə bil gülümsəyir, ancaq həm də hüznlüdür. Onun canı həbsdən qurtulmuşdu, sevdiyi, dost dediyi adamlara qovuşmuşdu. Amma və lakin. Yenə də həbsxanaya düşmüşdü. Bu dəfə divarların o üzündə Türkiyə vardı, gedə bilməyəcəyi Türkiyə, oğlunu, xanımı Münəvvəri görə bilməyəcəyi Türkiyə.

Səməd Vurğun da bunu hiss edir, nəsə danışır ki, Nazim qafasındakı Türkiyə həsrətini çıxartsın. Artıq təhlükəsiz yerdədir, ona heç kim toxuna bilməz və ən əsası Nazim Hikməti burda sevirlər.

Söhbəti öz-özümə təsəvvür elədim. Görəsən, Səməd Vurğun nə deyə bilərdi Nazimə?

Səməd Vurğun: Nazım, mənim bir “Komsomol” poemam var. Yəqin oxumusan. Mən ürəyimi vermişəm o əsərə.

Nazim gülümsünür: Sənə deyim ki, mən Qazaxa gedəndə qabağımda qoyun kəsirlər, kabab çəkirlər. Vur-çatlasın, çal oynasın!

- Səməd, belə demə. Ürəyim ağrıyır. Məni öz məmləkətimdə yalnız həbsxanada qarşılayırlar. Divarların arxasındakı Türkiyədə yaşaya bilmədim düz-əməlli. Sən də gör nə deyirsən?

- Əgər böyük şairsənsə, Nazim, qulaq as, demək səni də nə vaxtsa sevəcəklər. Adına küçə verəcəklər. Bax mən burda, Azərbaycanda ən sevilən şairəm. Amma Rəsul Rza...

- Nolub ki, Rəsula?

- Heç nə. İstəyir ki, mənimlə başa-baş sevilsin. Axı bu mümkün deyil. Mən çünki xalqa daha yaxınam. Sən də eləsən. Əslində sənin şeirlərin millidir.

- Mənim üçün insan önəmlidir, Səməd.

- Guya mənim üçün elə deyil? Ancaq qulaq as, bax Qazaxlılar indi sənnən məni bir yerdə görsələr deyəcəklər ki, Səmədin yanında oturana bax, deyən o da şeir yazır. Məni Sovetdə daha çox tanıyırlar. Fadayevi tanımırdılar e bir dəfə. O boyda sədri. Məni rus qızları tanıdı amma.

- Sağ olsunlar. Məni də burda sevirlər. Bax Bakı Dövlətdə də oldum, bolqar türkləri ilə də görüşdüm. Ürəyim sevgi ilə doldu.

- Səni nəsə çox istəyirəm, elə bil Qazaxda doğulmusan. Hahaha – bu yerdə Səməd Vurğun Nazim Hikmətin çiynindən vurur və türk şairi də gülümsünür.

Bax mənə elə gəlir ki, məhz bu yerdə fotoqraf tezbazar çəkib. Mən şəklə belə ad verərdim: “Nazim Hikmətin Səməd Vurğuna heyranlığı”. Yaxud da belə: “Səməd Vurğunun Nazim Hikmətə baxan kölgəsi”.

# 2454 dəfə oxunub

Oxşar xəbərlər

100 il əvvəl yazılanlar... - Nəcəf bəy Vəzirovun əsərləri bu gün aktualdırmı?

100 il əvvəl yazılanlar... - Nəcəf bəy Vəzirovun əsərləri bu gün aktualdırmı?

10:00 9 iyul 2026
"Görünür, ağcaqanadlar müəllifi çox narahat edib" - Hekayə müzakirəsi

"Görünür, ağcaqanadlar müəllifi çox narahat edib" - Hekayə müzakirəsi

12:15 8 iyul 2026
Ayasofiya qazisinin qara eynəyinin arxasında nə gizlənir? - Səlim Babullaoğlunun ən sirli kitabı haqqında

Ayasofiya qazisinin qara eynəyinin arxasında nə gizlənir? - Səlim Babullaoğlunun ən sirli kitabı haqqında

15:00 7 iyul 2026
"İnsanın içində öldürdüyü uşaq" - Rüstəm Dastanoğlu

"İnsanın içində öldürdüyü uşaq" - Rüstəm Dastanoğlu

15:00 7 iyul 2026
İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

16:31 6 iyul 2026
Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

18:47 3 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər