Katolik, müsəlman, ateist kimi əzab çəkmək

Katolik, müsəlman, ateist kimi əzab çəkmək
29 avqust 2014
# 11:39

Kulis.Az Sesar Valyexonun “Mən ümiddən danışacağam” essesini təqdim edir.

Mən bu ağrıdan Sesar Valyexo kimi əzab çəkmirəm. İndi mən rəssam kimi, insan kimi və hətta adi bir canlı məxluq kimi əzab çəkmirəm. Mən bu ağrıdan katolik kimi, müsəlman kimi, nə də ateist kimi əzab çəkmirəm. Bu gün mən sadəcə əzab çəkirəm. Əgər mənim adım Sesar Valyexo olmasaydı belə, mən yenə də bu ağrıdan əzab çəkəcəkdim. Əgər mən rəssam olmasaydım belə, mən yenə də bu ağrıdan əzab çəkəcəkdim. Əgər mən insan və hətta adi bir canlı məxluq olmasaydım belə, mən yenə də bu ağrıdan əzab çəkəcəkdim. Əgər mən katolik, müsəlman və yaxud ateist olmasaydım belə, mən yenə də bundan əzab çəkəcəkdim. Bu gün mən bütün varlığımla əzab çəkirəm. Bu gün mən sadəcə əzab çəkirəm.

İndi mən izaholunmaz ağrını yaşayıram. Mənim ağrım o qədər dərindir ki, onun artıq nə səbəbi var, nə də ki, səbəbə ehtiyacı. Buna səbəb nə ola bilərdi axı? Hardan tapılar o mühüm səbəb ki, haçansa bu ağrıya səbəb olmaqdan tükənsin? Heç nə deyil bunun səbəbi; heç nə buna səbəb olmaqdan tükənə bilməz. Əgər bu, öz-özünə yaranmayıbsa, bəs necə yaranıb? Mənim ağrım şimal və cənub küləyindən yaranıb, nadir quşların küləkdən yumurtladığı mayalanmamış yumurta kimi. Əgər mənim sevdiyim qadın ölsəydi, bu ağrım yenə də dəyişilməz qalacaqdı. Əgər həyat bütövlükdə dəyişsəydi belə, mənim ağrım yenə də dəyişilməz olaraq qalacaqdı. Bu gün mən başdan-ayağa əzab içindəyəm. Bu gün mən sadəcə əzab çəkirəm.

Mən aclıq çəkən ağrıma baxıram və onun çəkdiyim əzabdan necə kəskin fərqləndiyini görürəm; əgər mən eyni aclıqdan özümü özdürsəydim, məzarım üstündə həmişə, ən azından, bir əlçim ot bitərdi. Eşqə düşənin də vəziyyəti belədir. Onun qanı elə bəhrəlidir ki... Eynən mənim mənbəsi və məlhəmi olmayan qanım kimi!

Hələ dünənə qədər mən inanırdım ki, dünyada bütün əşyalar, mübahisəsiz şəkildə, atalara və övladlara bölünür. Lakin mənim indiki ağrım nə birinə, nə də digərinə aid deyil. Qürub üçün onun kürəyi yoxdur, sübh çağı üçünsə onun sinəsi çox genişdir; əgər onu qaranlığa salsaq, o işıq saçmayacaq, yox əgər işıqlı yerə aparsaq, o kölgə salmayacaq. Mən bu gün əzab çəkirəm, ona görə ki, mən əzab çəkirəm. Bu gün mən sadəcə əzab çəkirəm.

# 2774 dəfə oxunub

Oxşar xəbərlər

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

14:00 7 noyabr 2026
Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

12:25 7 noyabr 2026
Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

15:00 6 noyabr 2026
"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

10:00 6 noyabr 2026
Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

13:35 1 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər