Nobeli kim alacaq? RƏY

Nobeli kim alacaq? RƏY
8 oktyabr 2015
# 10:29

2015-cil il Nobel Ədəbiyyat mükafatının qalibi bu gün elan olunacaq. Bu barədə komitənin rəsmi saytında qeyd olunub.

Bəs görəsən 112-ci Nobel ədəbiyyat mükafatını kim qazanacaq? Son üç ildə olduğu kimi bu ilin də favoriti yapon yazıçı Haruki Murakamidir. Ondan başqa daha dörd yazarın adı hallanır. Bununla belə qalibin kim olacağını əminliklə söyləmək çətindir, çünki Nobel komitəsi təxminləri dəfələrlə boşa çıxarıb.

İsveç Akademiyası bu il də nəşriyyatlara, ədəbiyyat dərnəkləri və universitetlərə “Nobel üçün təklifləriniz nədir?” sualıyla müraciət edib. 259 yazıçıdan ibarət siyahı əldə etdikdən sonra komitə onu qısaldaraq 198-ə endirdi. Siyahıda adları heç vaxt Nobel namizədliyində keçməyən 36 yazıçı var idi. Bu rəqəm apreldə 20-25, mayda isə 5 nəfərlik bir siyahıya çevrildi.

Adların məxfiliyi qorunur. Ümumiyyətlə namizəd olmuş yazarlar haqqında məlumatlar 50 il ərzində gizli saxlanılır. Ədəbiyyat jürilərinin namizədləri müzakirə edərkən onların adlarının yerinə şifrələrdən istifadə etdikləri, namizədlərin əsərlərini oxuyan zaman isə saxta kitab qapaqlarından istifadə etmələri məlumdur.

Ancaq İngiltərənin Ladbrokes bukmeker kontoruna görə bu il Nobel Ədəbiyyat Mükafatını almağa yaxın 5 yazıçı var. Onları təqdim edirik:

Svetlana Alekseyeviç

67 yaşıl belarus yazıçı Svetlana Alekseyeviç bir çox beynəlxalq mükafatın sahibidir. II Dünya, Əfqanıstan müharibəsi, Çernobıl faciəsi, SSRİ-nin dağılması barədə reportajlar yazıb. 2000-ci ildə Belarusda haqqında cinayət işi açıldığına görə ölkəsini tərk edib. On il sürgündə yaşayan yazıçı 2011-ci ildə Belarusa geri qayıdıb.

Svetlana Alekseyeviç “Müharibə qadın üzlü deyil”, “Sink oğlanlar”, “Ölümlə ovsunlanmışlar”, “Çernobl uşaqları”, “Sekond-hənd zamanı” və başqa əsərlərin müəllifidir. Kitabları 19 dilə çevrilib.

2013-cü ildən adı Nobel mükafatı namizədləri arasında hallanır.

Haruki Murakami

1985-ci ildə işıq üzü görən "Pinbol-1973" adlı ilk əsəri Murakaminin vizit kartı olaraq müasir ədəbiyyat mühitində adını tarixə yazıb. Murakaminin elementar əşya və hadisələrdən dərin fəlsəfi məna çıxarması onun dünyada məşhur olmasının səbəblərindən biridir.

Bir çox müsahibələrində yazıçı bildirir ki, hətta bəzən əsərlərinin nikbin və ya bədbin sonluqla bitmiş olmasına qərar verə bilmir. Yazıçının fikrinə görə hər kəs istədiyi, gördüyü formada reallığı onun əsərlərində tapmış ola bilər.

Yazıçının "Norveç Meşəsi" əsərində, həyat yolu, xüsusilə də tələbəlik dönəmi qiyabi olaraq təsvir olunur. Bu dönəmdə yazıçının keçirdiyi hisslər, yaşadığı haqsızlıqlar, cəmiyyətin nöqsanlar açıq-aydın göstərilir. Təsadüfi deyil ki, Murakamiyə ən böyük şöhrəti də elə məhz bu əsər gətirib.

Murakami “Qoyun ovu”, “Kafka sahildə”, “Dans,dans, dans”, “1Q84”, “Rəngsiz Tsukuru Tazakinin zəvvarlıq illəri” və başqa romanların müəllifidir.

66 yaşlı yazıçının adı hər il Nobel mükafatının ən şanslı namizədləri arasında yer alır. O, yapon ədəbiyyatının XX əsrdə ən böyük yazarlarından biri qəbul edilir.

Nquqi va Thionqo

77 yaşlı yazıçı ingilis və kikuyyu dillərində yazır.

İlk romanı 1964-cü ildə İngiltərədə oxuduğu zaman çıxıb. Şərqi Afrikadan ingiliscə romanı çıxan ilk yazıçıdır. 1977-ci ildə yazdığı "Mən istədiyim zaman evlənəcəm" adlı romanındakı siyasi motivlərə görə Keniya hökuməti tərəfindən həbs edilib. Həbsxanada tualet kağızı üzərində daha bir roman yazıb. Həbsxanadan çıxdıqdan sonra ölkədən qovublar. ABŞ-da yaşayan yazıçı burda təhsilini və pedaqoji fəaliyyətini davam etdirib, professor olub.

2004-cü ildə ölkəyə qayıtmasına icazə verildiyinə görə Keniyaya gəlib, üç gün sonra ABŞ-dakı evinə oğru girib, arvadını zorlanıb. Buna görə də yazıçı ABŞ-a geri qayıdıb.

“Ağlama, uşaq”, “Buğda dəni”, “Qanlı ləçəklər”, “Çarmıxa çəkilmiş iblis” və başqa romanların müəllifidir.

2009-cu ildə Buker mükafatına sahib olub.

Nquqi va Thionqonun adı 2010-cu ildən adı Nobel mükafatı namizədləri arasında hallanır.

Filip Rot

Filip Rot 19 mart 1933-cü ildə Nyu-Cersi ştatının Nyuark şəhərində, yəhudi ailəsində anadan olub. 1954-cü ildə universitet bitirib.

1959-cu ildə povest və hekayələrdən ibarət “Əlvida, Kolumb” kitabı çap olunub. Bu kitaba görə o, Milli kitab mükafatına layiq görülüb.

82 yaşlı yazıçı 1998-ci ildə Pulitser, 2001-ci ildə Frans Kafka mükafatına sahib olub.

Coys Karol Oats

1938-ci ildə anadan olmuş Amerika yazıçısı, şairi və dramaturqudur. İlk kitabı 1963-cü ildə nəşr olunan yazıçı indiyə qədər 50-dən çox romanın müəllifidir. Oatsın “Onların həyatı” romanı Milli kitab mükafati qazanıb.

Uzun illərdir ki, onun adı Nobel mükafatı namizədləri arasında hallanır. Müasir Amerika ədəbiyyatının ən məhsuldar yazarlarından biri olan Oats daha çox zorlanma, insest, uşaq istismarı, intihar, zorakılıq və uğursuz evlilik mövzusunda yazır.

# 999 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
#
#
# # #