Azərbaycanlı rəssamın əsərləri Londonda

Azərbaycanlı rəssamın əsərləri Londonda
19 fevral 2018
# 12:55

Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Dünya Rəssamlıq Akademiyasının Bakı nümayəndəliyinin rəhbəri Arif Əzizin əsərləri London Moda Həftəsində nümayiş olunub.

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) APA-ya bildirilib ki, A. Əziz beynəlxalq səviyyədə tanınmış ən nüfuzlu azərbaycanlı rəssamlardan biridir.

Onun yaradıcılığı zəngin və çoxşaxəlidir.

Öz “sərbəst özünüifadəsi” ilə tanınan rəssamın qeyri-adi və unikal yaradıcılıq üslubu gənc alman modelyeri Leoni Mergenin diqqətini çəkərək 2018 London Moda Həftəsində nümayiş etdirilmiş kolleksiyasında əksini tapıb.

Bu kolleksiya modelyerin 2017-ci ildə Berlin və London moda həftələrində nümayiş etdirilmiş və tənqidçilər tərəfindən bəyənilmiş “Qarabağ Kolleksiyası”ndan sonra ərsəyə gətirilən sayca ikinci layihəsidir.

Hər iki layihə TEAS-ın təşkilatçılığı ilə həyata keçirilib.

“Arif Əziz Buraxılışı” kimi tanınan bu yeni kolleksiya başlanğıc nöqtəsini rəssamın “Bəyaz Dövrü”ndən götürür. Bu, 1990-cı illərin əvvəllərində Azərbaycan müstəqilliyinin bərqərar olunduğu dövrdə başlayıb. Daha sonra böyük rəssamın realizmdən irəli gələn obyektiv reallığın təsvirindən impuls alan ritmlər və rənglərlə gözəllik yaradaraq getdikcə əksinə - mistik və subyektiv reallığa keçidini əks etdirir.

Rəssam üçün bütün rənglərin sintezi olan ağ rəng paklığın rəmzi, varlığın sevincindən irəli gələn qeyri-ixtiyari işıq, təbiət və insan vəhdəti olaraq müxtəlif dərəcələrdə əhəmiyyət daşıyır. Bu dövr həmçinin, Azərbaycanın müstəqilliyini əldə etdikdən sonra “təmizlənmə” və “ağardılmaya” incə lirik formada ifadə olunmuş bir işarədir.

Qeyd edək ki, alman modelyeri Leoni Mergenin 2018 London Moda Həftəsində podiuma çıxarılmış “Arif Əziz Buraxılışı” adlı kolleksiyası haqqında xəbər “Euronews” kanalının portalında da yer alıb.

# 2099 dəfə oxunub

Oxşar xəbərlər

MÜZAKİRƏ:   "Çalışanın haqqına girmək adi normaya çevrilib" - Tərcüməçilər niyə qəpik-quruşa işləyir?

MÜZAKİRƏ: "Çalışanın haqqına girmək adi normaya çevrilib" - Tərcüməçilər niyə qəpik-quruşa işləyir?

12:03 30 sentyabr 2026
Qafqazın nüvəsindən qalib dövlət kimi doğulan Azərbaycan... - Yaddaşdan nəticə çıxara bildikmi?

Qafqazın nüvəsindən qalib dövlət kimi doğulan Azərbaycan... - Yaddaşdan nəticə çıxara bildikmi?

10:00 29 sentyabr 2026
Həcər Adeli oxuyarkən... - Tariyel Azərtürk

Həcər Adeli oxuyarkən... - Tariyel Azərtürk

10:30 26 sentyabr 2026
"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

17:00 25 sentyabr 2026
Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

13:00 24 sentyabr 2026
"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

12:00 24 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər