Pol Osterin yeni romanı nədən bəhs edir?

Pol Osterin yeni romanı nədən bəhs edir?
19 sentyabr 2017
# 17:28

Pol Oster həyatla zarafatlaşmaqdan çəkinməyən yazıçıdır. Əsərlərində personajlar yaradır, sonra isə kefi istədiyi kimi onların həyatını məhv edir, öldürür. Bəxt oyunları oynayırcasına onların varlıqlarını başqalaşdırır. Son dövr əsərlərində bu üslub daha da qabarıqlaşıb. Yeddi illik fasilədən sonra yazılan “4 3 2 1” romanının baş personajı Arçibald İsaak Ferqusonun həyatının ehtimal olunan dörd variantını yazır. Ferquson da eynilə Oster kimi 1947-ci ildə Nyu-Cersidə doğulub. Mərkəzi Avropadan köçmüş yəhudi əsilli bir ailədəndir. Bütün bu oxşarlıqlara baxmayaraq, Oster qəhrəmanı ilə özünü eyniləşdirmək istəmir: “Mən Arçi deyiləm, bu kitab da avtobioqrafiya deyil. İkimiz də eyni zaman dilimində və coğrafiyada yaşasaq da, fərqli adamlarıq.”

Tənqidçilərin fikrincə, “4 3 2 1” Osterin ən yaxşı romanlarından biridir. Bənzərsiz bir struktura malik olduğunu nəzərə alsaq, bu kitabın böyük uğur qazanmaq üçün yazıldığı hiss olunur. “Həmişə yeni yazdığımla əvvəlki yazdığımı unutdurmaq istədim. Əvvəlkiləri yenidən dəyərləndirməyi, yazmaq və yazmağın funksiyası barəsində düşüncələrimi yenidən dəyərləndirməyi, romanlara, bioqrafik əsərlərə, hətta bir məqaləyə belə yeni tərəfdən baxaraq özümü çətinə salmağa çalışdım.”

Həyat yoldaşı Siri Hustvedta həsr etdiyi bu roman Osterin həm ən uzun (960 səhifə), həm də ən səmimi əsəridir. “Bu kitabı kor kimi yazdım. Cümlələrlə rəqs edərkən növbəti cümlənin nə olacağını bilmirdim.” Bütün bunların nəticəsində ortaya çıxan əsər yazıçının ən qarışıq əsəridir.

Kitabın ümumi havasında “gözlənilməzlik” teması da hiss edilir. Onsuz da Oster deyir ki, “gözlənilməzlik” mənim həyatımın bir hissəsidir: “Kitablarımda gizli, ya da teleolojik şərhlər yoxdur. Hekayələrimi dünyanı başa düşdüyüm şəkildə izah etməyə çalışıram.” Yazıçı öz həyatından iki fraqmenti də bölüşür. Birincisi on dörd yaşın olanda baş verən bir hadisədir. Dostları ilə kampa gedirlər və ildırım fırtınasına düşürlər. Bu fırtınada dostlarından biri ölür. “O gün insanın başına hər an hər şeyin gələ biləcəyini anladım.” Digər fraqment isə atasını itirməyi ilə bağlıdır. Atası 66 yaşında cinsi əlaqə zamanı vəfat edir.

“4 3 2 1” Osterin həyatından fərqli yönləri özündə ehtiva edir. Məsələn, idmana olan marağı da bunlardan biridir. “On altı yaşım olanda peşakar beyzbolçu olmaq istədim, amma qısa müddət ərzində fikrimi dəyişdirib dəyərli kitablar oxumağa başladım. Xeyli qıza aşiq oldum. Siqaret çəkdim, sərxoş gəzdim, fərqli təcrübələr yaşadım. Kəsəsi, yetkinliyə yenicə qədəm qoyan iştahlı bir gənc idim. Daha sonra yenidən başa düşdüm ki, mənim üçün bu həyatda beyzbol oynamaq qədər maraqlı heç nə yoxdur.”

Osterin ictimai-siyasi ayıqlığı da həyatında da, əsərlərində də aydın görünür. “4 3 2 1” romanı XX əsrin tarixi reallıqlarını əhatə edir və bunu anlatmağa çalışır: Amerikada heç nə dəyişmir. Oster deyir: “Yeni hakimiyyət irqi ayrı-seçkiliyi şiddətləndirir.” Donald Trampın isə həm ölkəyə, həm də dünyaya böyük bir təhlükə olduğunu düşünür. Yazıçı Çin və Türkiyə kimi jurnalistlərin həbs olunduğu ölkələrə səyahət etməyi rədd edir.

Sim-sim.az

# 2052 dəfə oxunub

Oxşar xəbərlər

“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti  müzakirə

“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti müzakirə

16:57 18 noyabr 2025
"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..."  - Nüşabə Hüseynli

"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..." - Nüşabə Hüseynli

16:39 17 noyabr 2025
"Əli ilə Ninonun münasibəti  mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

"Əli ilə Ninonun münasibəti mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

15:00 15 noyabr 2025
“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

14:00 15 noyabr 2025
Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

15:00 14 noyabr 2025
"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

17:24 13 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər