"Leyla" romanı təqdim olundu FOTOLENT

"Leyla" romanı təqdim olundu FOTOLENT
23 yanvar 2014
# 17:48

Cavid Zeynallının “Leyla” romanının təqdimatı keçirilib.

APA Holdinq”də keçirilən təqdimat mərasimində “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı, “APA Holdinq”in Direktorlar Şurasının sədri Nurşən Quliyev, Lent.az informasiya portalının direktoru Qabil Abbasoğlu, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, yazıçı Etimad Başkeçid və başqaları iştirak edib. Kulis.Az-ın verdiyi xəbərdə belə deyilir.

APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı əsəri hələ “Azərbaycan” jurnalında oxuduğunu diqqətə çatdırdı: “Cavidin əsərində ən yaxşı məqam ondan ibarətdir ki, əsər səni sonuna çatmağa vadar edir. Görüm necə bitəcək! Əsərdə bir emosiya var. Süjetin özündə konfliktlər var. Bu baxımdan maraqlı əsərdir. Bənzətmələrə rast gəlmədim. Bu çox sevindirici haldır. Bu gün çox təəssüflər olsun ki, kitab satışı, ümumiyyətlə, kitabla dolanmaq çox çətindir. Arzulayıram ki, gələcəkdə Cavid, o cümlədən digər gənc yazıçılar öz əsərlərindən qazandıqları hesabına özlərini dolandıra bilsinlər”.

“Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə “Leyla” romanının ilk oxucusu kimi əsərin ədəbi kriteriyalara cavab verdiyini söylədi: “Bizim redaksiyada bütün materialları təbii olaraq bir adamın oxuması qeyri-mümkündür. Ona görə də materialları işçilər arasında bölürük. Cavidin əsərini isə şəxsən özüm oxudum. Onun ilk əsəri “Günəşi gözləyənlər”i də oxumuşdum. Romanda yerli şou-biznes aləmində baş verən problemlər, insan faciəsindən bəhs olunur. Əsərdə bəzi açıq-saçıq səhnələr var idi ki, mən onları çıxartdım. Açığı, kitab çap olunandan sonra kitabı oxumamışam. Bilmirəm, həmin səhnələr kitaba salınıb, ya yox. Ümumilikdə, əsər yaxşı alınıb. Biz “Azərbaycan” jurnalının iki nömrəsində “Leyla”nı çap etdik. Bu romanın çapından sonra Cavidlə dostlaşdıq. Mən gənc dost qazandım”.

Kitabın redaktoru Etimad Başkeçid isə son günlər romanın müğənni Röya Ayxandan bəhs etməsinə toxundu: “Son günlər yazırlar ki, roman Röyanın həyatından bəhs edir. İstənilən müğənni özünü bu romanda görə bilər. Bu onların problemidir. O ki, qaldı kitaba, onun redaktəsinə, redaktə məsələsində elə bir problem yaşamadım. Çünki Cavid peşəkar yazıçıdır”.

Sonda Cavid Zeynallı da kitab haqda öz fikirlərini çatdırdı: "Leyla bir müğənninin obrazıdır. Və onun timsalında mən Azərbaycan şou-biznesinin çağdaş durumunu və şou-biznes mühitində bir insanın faciəsini göstərməyə çalışmışam. Kifayət qədər həcmli romandır".

Nurşən Quliyev, İlqar Əlfioğlu, Qabil Abbasoğlu, Cavid Cabbaroğlu, Nəsimi Nəbizadə, Kənan Hacı, Qismət də roman haqda fikirlərini bildirdilər.

“Kulisin kitabxanası” seriyasından çap olunan “Leyla” romanında Azərbaycan şou biznesinin ən tanınmış dörd müğənnisinin obrazı yaradılıb.

Kitab "Hədəf" nəşriyyatında çap olunub.

“Leyla” romanı yazıçının sayca ikinci romanıdır. Yazıçının ilk romanı “Günəşi gözləyənlər” 2010-cu ildə işıq üzü görüb.

# 4232 dəfə oxunub

Oxşar xəbərlər

"Axı qalasıyam yadında sənin..." - Zəlimxan Yaqub Ağa Laçınlı  haqqında nə yazırdı?

"Axı qalasıyam yadında sənin..." - Zəlimxan Yaqub Ağa Laçınlı haqqında nə yazırdı?

12:00 5 may 2026
Qərib və yaralı ruhun qayıdışı - Elnarə Akimova

Qərib və yaralı ruhun qayıdışı - Elnarə Akimova

11:30 5 may 2026
90-cı illərdən yazıb Qarabağı unutmaq olarmı? - İlham Əzizin romanındakı böyük boşluq

90-cı illərdən yazıb Qarabağı unutmaq olarmı? - İlham Əzizin romanındakı böyük boşluq

12:00 4 may 2026
Şehlə günahını yuyan şair - Esmira İsmayılova

Şehlə günahını yuyan şair - Esmira İsmayılova

11:20 4 may 2026
"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

16:30 1 may 2026
"Ana obrazını şizofreniya xəstəsi kimi təqdim etmək doğru deyil" - Vüqar Vanın kitabını niyə almamışdım?

"Ana obrazını şizofreniya xəstəsi kimi təqdim etmək doğru deyil" - Vüqar Vanın kitabını niyə almamışdım?

12:00 1 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər