Erotik roman yazdı, 95 milyon qazandı

Erotik roman yazdı, 95 milyon qazandı
13 avqust 2013
# 11:28

“Forbes” jurnalı ötən bir ilin ən çox qazanc əldə edən yazıçılarının siyahısını təqdim edib. Kulis.Az xarici informasiya vasitələrinə istinadən xəbər verir ki, ötən 12 ay ərzində ən çox qazanc əldə edən Böyük Britaniya yazıçısı E. L. Ceyms olub.

Azərbaycan dilinə də tərcümə olunmuş məşhur “Bozun əlli çaları” erotik trilogiyasının müəllifinin qazancı 95 milyon dollar təşkil edib. Əsərin belə çox satılmasına səbəb onun elektron kitab şəklində dərci də təsir göstərib. Elektron kitablar erotik roman həvəskarlarına onları rahatlıqla ictimai yerlərdə oxumaq imkanı verir.

Əvvəlki üç ilin reytinq cədvəlinə liderlik etmiş amerikalı yazıçı Ceyms Patterson bu il ikinci yerdə qərarlaşıb. “Forbes”in məlumatına görə məşhur bədii qəhrəman inspektor Aleks Kross haqqında silsilə romanların müəllifi yalnız qısa müddətə siyahıda geriləyib. Növbəti ildə onun yenidən birincilik əldə edəcəyi gözlənilir.

Üçüncü yerin sahibi 55 milyon dollar ilə “Ac oyunlar” romanının müəllifi Syuzan Kollinsdir. Jurnalın məlumatına görə əsərin uğur qazanmasına səbəb olan amillərdən biri də onun ekranlaşdırılması olub. Filmin qazancı 690 milyon dollar təşkil etmişdi.

Dördüncü yerdə “Linkolnu öldürmək”, “Kennedi öldürmək” kimi trillerlərin müəllifi Bill Oreyldiir. Onun il ərzində gəliri 28 milyon dollar təşkil edib. Müəllifin bu yaxında nəşr olunacaq “İsanı öldürmək” əsərinin ona daha böyük qazanc gətirəcəyi proqnozlaşdırılır.

Beşinci yerdə ötən 12 ay ərzində 26 milyon dollar gəlir əldə etmiş Daniella Stil dayanır. Stil yazıçılıq karyerası boyu ümumilikdə 128 kitab dərc etdirib. Bu kitabların əksəriyyəti qadın romanlarıdır. Əsərlərinin ümumi tirajı 600 milyon ədəd təşkil edir.

# 5911 dəfə oxunub

Oxşar xəbərlər

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

16:00 27 oktyabr 2026
Silviya Platın psixiatrla qəribə  dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

Silviya Platın psixiatrla qəribə dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

13:00 27 oktyabr 2026
"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

12:00 26 oktyabr 2026
"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

10:00 25 oktyabr 2026
İnsan öz içində nə vaxt ölür? – “Tənhalıq həsrəti” haqqında

İnsan öz içində nə vaxt ölür? – “Tənhalıq həsrəti” haqqında

10:00 24 oktyabr 2026
"Oğulluq borcumu yerinə yetirə bilmədim..." - Ərtoğrol Cavid hərbi xidmətdən əvvəl kimə məktub yazmışdı?

"Oğulluq borcumu yerinə yetirə bilmədim..." - Ərtoğrol Cavid hərbi xidmətdən əvvəl kimə məktub yazmışdı?

15:00 22 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər