Fərid Hüseynin yeni kitabı çap olunub

Fərid Hüseynin yeni kitabı çap olunub
17 oktyabr 2016
# 11:48

Gənc şair Fərid Hüseynin “Bir də heç vaxt” adlı yeni şeirlər kitabı işıq üzü görüb. Kulis.azın məlumatına görə “ATV kitab” seriyasının bu yeni nəşrinə şairin son illərdə qələmə aldığı poetik nümunələr toplanıb.

Nəşr mövzu rəngarəngliyi ilə də seçilir: “Şəhərlər, şeirlər”, “Liriklər və antiliriklər”, “Qəlbin tərbiyə dərsləri”, “Müharibə”, “Minimalist şeirlər” adlı bölmələrdə bir-birindən maraqlı poetik nümunələr yer alıb. Nəşrdə fərqli, adilikdən çıxmış forma və düşüncə kombinasiyaları, onların realizəsi bədii fikrin mümkün imkanları ilə oxuculara çatdırılır.

Kitab “Parlaq imzalar” nəşriyyatı tərəfindən çap olunub, nəşrin redaktoru şair Səlim Babullaoğludur.

“ATV kitab” layihəsində indiyə qədər Avqust Strinberqin “Tənha”, Mustafa Məsturun “Tanrının ay üzündən öp”, Enrike Vila-Matasın “Bartibi və çevrəsi” romanları, “Səsindən tanıdılar payızı” adlı yapon şeiri antologiyası, Vinstas Krevenin “Azəristan ölkəsi” kitabı, Vaqif Səmədoğlunun “Gürzəçöl yazıları” adlı pritçaları, Mirmehdi Ağaoğlunun “Alman malı” hekayələr toplusu işıq üzü görüb.

Qeyd edək ki, “ATV kitab” seriyası ilə “Parlaq imzalar” nəşriyyatının birgə layihəsi əsasında nəşr olunan kitabların redaksiya heyətinə Vüqar Qaradağlı (sədr), Məsiağa Məhəmmədi, Cavanşir Yusifli, İlqar Fəhmi, Etibar Babayev, Səlim Babullaoğlu (layihə rəhbəri), Seyfəddin Hüseynli, Dilman Şahmərdanlı, Rəşid Çulaq və Bəxtiyar Əlirzayev daxildir.

Kitabı şəhərin əksər kitab dükanlarından əldə etmək olar. Eyni zamanda internet üzərindən www.parlaqimzalar.az saytından və 055 259 72 59 telefon nömrəsi ilə də sifariş edə bilərsiz.

# 1830 dəfə oxunub

Oxşar xəbərlər

"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

16:30 1 may 2026
"Ana obrazını şizofreniya xəstəsi kimi təqdim etmək doğru deyil" - Vüqar Vanın kitabını niyə almamışdım?

"Ana obrazını şizofreniya xəstəsi kimi təqdim etmək doğru deyil" - Vüqar Vanın kitabını niyə almamışdım?

12:00 1 may 2026
"Ağ maral düzənliyi"  - Bir xalqın epik yaddaşı

"Ağ maral düzənliyi" - Bir xalqın epik yaddaşı

14:00 29 aprel 2026
"Qadın “dır-dır”ı olmasa, bəlkə də ..." - Kişilər niyə bütün gün özünü oda-közə vurur?!

"Qadın “dır-dır”ı olmasa, bəlkə də ..." - Kişilər niyə bütün gün özünü oda-közə vurur?!

12:00 28 aprel 2026
"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

17:48 24 aprel 2026
Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

14:20 24 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər