Gəncədə Qan Turalı ilə görüş keçirildi

Gəncədə Qan Turalı ilə görüş keçirildi
9 iyun 2016
# 16:45

9 iyun 2016-ci il tarixdə Gəncə Dövlət Universitetində (GDU) Azərbaycan Yaradıcılıq Fondunun çap elədiyi kitablar və Qan Turalının "Fələk qırmancı" romanının müzakirəsi keçirilib. Fondun mətbuat xidmətindən Kulis.aza veriən məlumata görə tədbirdə GDU-nun müəllim və tələbə heyəti, oxucular iştirak edib.

Tədbiri giriş sözü ilə açan AYF-nin aparat rəhbəri Qismət Rüstəmov fondun çap elədiyi kitablar barədə görüş iştirakçılarına geniş məlumat verib. Qismət Rüstəmov bu il yeni kitabların da çap ediləcəyini bildirib. O qeyd edib ki, fondun çap etdiyi kitabların oxuculara çatması və yazarlarla birbaşa ünsiyyət üçün belə tədbirlərin keçirilməsi çox vacibdir, bu cür görüşlər mütəmadi olaraq təşkil ediləcək.

Daha sonra yazıçı Qan Turalı "Fələk Qırmancı" romanı barədə görüş iştirakçılarına məlumat verib. Tədbir iştirakçıları romanla bağlı müəlliflə öz fikirlərini bölüşüb. Sonda müəllifin imzalı kitabları və AYF-nin nəşrləri oxuculara paylanılıb.

Qeyd edək ki, Azərbaycan Yaradıcılıq Fondu istedadlı insanlara dəstək məqsədilə “Azərbaycan Yaradıcılıq Fondunun Kitabxanası” seriyası adı ilə Ömər Xəyyamın “Sayrışan hallar”, İkinci Mahmudun “Ümid arısı”, Fəridə Məmmədovanın “Sevgili üçün notlar”, Alik Əlioğlunun “Günəş qalib gəldi”, Ramilə Qurbanlının “33 pərdəli dram”, Qan Turalının “Fələk qırmancı”, Rövşən Asifoğlunun “Qarabağlı Hüseynalı bəy”, Qismətin “Gələcəyin tarixi” kitablarını çap edib.

# 3235 dəfə oxunub

Oxşar xəbərlər

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

16:00 27 oktyabr 2026
Silviya Platın psixiatrla qəribə  dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

Silviya Platın psixiatrla qəribə dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

13:00 27 oktyabr 2026
"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

12:00 26 oktyabr 2026
"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

10:00 25 oktyabr 2026
İnsan öz içində nə vaxt ölür? – “Tənhalıq həsrəti” haqqında

İnsan öz içində nə vaxt ölür? – “Tənhalıq həsrəti” haqqında

10:00 24 oktyabr 2026
"Oğulluq borcumu yerinə yetirə bilmədim..." - Ərtoğrol Cavid hərbi xidmətdən əvvəl kimə məktub yazmışdı?

"Oğulluq borcumu yerinə yetirə bilmədim..." - Ərtoğrol Cavid hərbi xidmətdən əvvəl kimə məktub yazmışdı?

15:00 22 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər