Amerikalı şair Con Eşberi vəfat etdi

Amerikalı şair Con Eşberi vəfat etdi
5 sentyabr 2017
# 10:39

Pulitser mükafatı laureatı, amerikalı şair Con Eşberi Nyu-York ştatının Hudzon şəhərində vəfat edib. Kulis.azın rus mətbuatına istinadən verdiyi məlumata görə doxsan yaşlı şair sentyabrın dördündə dünyasını dəyişib.

Eşberi 1975-ci ildə buraxdığı “Qabarıq şüşədəki avtoportretim” adlı şeirlər kitabına görə Pulitser, eləcə də ABŞ Milli kitab mükafatını qazanıb.

Əsərləri dünyanın bir çox dillərinə çevrilən Eşberi şairliklə yanaşı tərcümə və ədəbi tənqidlə məşğul olur, ədəbiyyatdan dərs deyirdi. Onun məqalələri New York Magazine, Newsweek və New York Herald Tribune kimi mətbuat orqanlarında çap olunurdu.

# 2678 dəfə oxunub

Oxşar xəbərlər

"İçimə dünyalar qədər ümid sığışdırmaqdan yoruldum..." - Nilgün Marmaranın ölümünün gizli məqamları

"İçimə dünyalar qədər ümid sığışdırmaqdan yoruldum..." - Nilgün Marmaranın ölümünün gizli məqamları

16:00 13 oktyabr 2026
"Heç nə" haqqında bilmədiklərimiz... - "Havalı Alı" hansı suallarımıza cavab verir?

"Heç nə" haqqında bilmədiklərimiz... - "Havalı Alı" hansı suallarımıza cavab verir?

15:00 12 oktyabr 2026
Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

16:00 10 oktyabr 2026
Ədəbi mükafatlar nə  üçün təsis olunur? - Mətanət Vahid

Ədəbi mükafatlar nə üçün təsis olunur? - Mətanət Vahid

15:15 9 oktyabr 2026
“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

15:00 8 oktyabr 2026
Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

14:00 7 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər