Yol - QISA HEKAYƏ

Yol - QISA HEKAYƏ
22 sentyabr 2016
# 15:03

Kulis.Az İlqar Rəsulun “Yol” hekayəsini təqdim edir.

O, Allahın qoyduğu yolla gedirdi. Qarşısına Şeytan çıxdı, çoxlu mükafatlar verdi. O, Şeytanın yolu ilə getdi. Qarşısına Allah çıxıb cəza verdi. O, evdən bayıra çıxmadı. Anlamadığı günahını yumaq, Allahın rəhmini qazanıb cəzanın əzabından qurtarmaq üçün günlərini Şeytana lənət oxumaqla yaradana ibadətdə keçirtdi. Ac-susuz qaldı, xəstələndi, amma heç ibadətini dayandırmadı. Bir gün qapı döyüldü. Allahdı gələn, nəhayət məni bağışladı! - düşünüb, sürünə-sürünə qapıya tələsdi. Divardan yapışıb qalxaraq açdı qapını...

Gələn Allah deyildi. Şeytan idi. Ona ərzaq, şərbət, dava-dərman gətirmişdi. Kandarda dayanıb gülümsünürdü. İçəri keçmədi. Şəhadət barmağını öz dodaqlarına yapışdırıb, susmaq işarəsi verərək, - heç nə söyləmə, - dedi - eşidən olar.

Gətirdiklərini onun qarşısında yerə qoyub nəvazişlə dilləndi:

- Belə yaşamaq olmaz. Götür bunları, ye, iç, gözlərinə işıq, dizlərinə taqət gəlsin, bəsdir süründün.

Sonra onun cavabını gözləmədən getdi Şeytan. Bir az uzaqlaşmışdı ki, qəfil nəsə xatırlayıbmış kimi geri çevrildi, peysərini qaşıya-qaşıya laqeydcəsinə - narahat olma, kimsə bilməyəcək məndən sovqat aldığını, öz aramızda qalacaq - dedi və ardınca təbəssümlə göz vurub əlavə elədi:

- İşdir, əgər, Allah da soruşsa, - mən elə bildim sovqatı sən göndərmisən - söylərsən, axı deyirlər hər şey onun iradəsindədir...

Şeytan suyu kəsilmiş, ağacları qurumuş, torpağı cadar-cadar olmuş, talvarında bayquşlar yuva salmış həyətin uçub-dağılmış hasarının üstündən adlayıb yola çıxdı.

- Bəs cəza verməz mənə bütün bunlara görə? - o, bir qədər susduqdan sonra kimsənin eşidəcəyinə məhəl qoymadan kandardan Şeytanın arxasınca səsləndi.

- Onsuz da cəza verir də. Bir özünə bax, gör nə haldasan - Şeytan çevrilmədən cavab verib yoluna davam elədi.

O, torbaları götürüb evə keçdi və daha ibadət etmədi...

Bakı - 21.09.2016.

# 4710 dəfə oxunub

Oxşar xəbərlər

"Sən də bilmə, Lavinia..." - Özdemir Asaf məşhur şeirini kimə yazmışdı?

"Sən də bilmə, Lavinia..." - Özdemir Asaf məşhur şeirini kimə yazmışdı?

12:30 11 iyun 2026
"Mətnlərə bərbər kimi yanaşan redaktorlar..." - Yaxşı roman necə ərsəyə gəlir?

"Mətnlərə bərbər kimi yanaşan redaktorlar..." - Yaxşı roman necə ərsəyə gəlir?

12:00 11 iyun 2026
Adı əlindən alınan tatar şair - O, niyə Sibirdə çobanlıq etməyə məcbur olmuşdu?

Adı əlindən alınan tatar şair - O, niyə Sibirdə çobanlıq etməyə məcbur olmuşdu?

14:00 10 iyun 2026
"Moizə xalqı avam saxlamaq üçündür!" - Məmməd Cəfər ruhanilər barədə nələri yazmışdı?

"Moizə xalqı avam saxlamaq üçündür!" - Məmməd Cəfər ruhanilər barədə nələri yazmışdı?

12:00 10 iyun 2026
Ruhun dirilişi və insan ləyaqətinin qayıdışı - Günah yalnız bir nəfərin boynundadırmı?

Ruhun dirilişi və insan ləyaqətinin qayıdışı - Günah yalnız bir nəfərin boynundadırmı?

10:00 7 iyun 2026
"Gərək özünüz öləsiniz..." - Müəllif oxucunu hansı sualla baş-başa qoyur?

"Gərək özünüz öləsiniz..." - Müəllif oxucunu hansı sualla baş-başa qoyur?

14:50 3 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər