Klassik yazıçıların uşaq kitabları

Klassik yazıçıların uşaq kitabları
25 yanvar 2013
# 08:30

Bəzən uşaq olub o vaxtkı həvəslə kitab oxumaq istəyir insan. İşə, universitetə gecikəcəyimizi bilə-bilə başladığımız gözəl nağılı yarıda qoya bilmirik. Kulis.az dəfələrlə uşaqların sevimli kitabları, hansı əsərlərin onlara daha yaxşı təsir edəcəkləri ilə bağlı siyahılar hazırlayıb. Bu dəfə klassik əsərlərlə tanıdığımız yazıçıların uşaqlar üçün yazdıqları kitabları təqdim edəcəyik.

Ceyms Coys

Ceyms Coys XX əsrin ən təsirli, həm də ən çətin başa düşülən ədəbiyyatçılarındandır. Amma kim deyər ki, “Dublinlilər”, “Uliss” kimi ağır əsərlərin müəllifi uşaqlar üçün də çoxlu kitablar yazıb, xüsusilə də pişiklərlə bağlı.

1936-cı ildə Coys nəvəsi Stefana iki nağıl yazıb göndərib. Yazıçının göndərdiyi “Şeytan və pişik” adlı nağıl kitab kimi onun ölümündən sonra çap olunub. Nağılda şəhər merinin şeytanla bağladığı müqavilədən bəhs edilir; mer şeytandan bir körpü tikməyi xahiş edir, şeytan isə bunu bir şərtlə qəbul edir: körpüdən keçən ilk adamın ruhu ona veriləcək. Şeytan işini qurtaranda mer körpüdən bir pişik keçirir və pişik şeytana verilir. Coysun “Kopenhagen pişikləri” adlı ikinci nağıl kitabı isə 2012-ci ildə yayımlanıb.

Ernest Heminquey

1951-ci ildə “Holiday” jurnalı Heminqueyin uşaqlar üçün yazdığı iki nağılı dərc edib: “Yaxşı şir” və “Vəfalı öküz”. Birinci nağılda yaxşı makaron yeməyi xoşlayan, qanadlı bir şirdən bəhs edilir. Afrikaya səfər edən şir orada yaxşı qarşılanmır. Ancaq şir buna görə pis olmur, əskinə həmişə əhvalını yüksək tutmağa çalışır. Afrikadan ayrılanda hətta bir əlvida da deyir: “”Adios”(Əlvida) – şir çox təmiz ispan ləhcəsi ilə dedi, çünki o mədəni aslan idi”.

“Vəfalı öküz” nağılı isə dava etməkdənsə, gül-çiçək iyləməyi sevən öküzdən bəhs edir.

Salman Rüşdi

“Şeytan ayələri” romanından sonra Rüşdinin 9 yaşlı oğlu Zəfər uşaqlarla bağlı kitab yazmadığı üçün gileylənib. Rüşdi oğlunu iki il sonra sevindirib: “Harun və nağıllar dənizi” adlı kitab çıxarıb. Kitabda nağıl danışmağı çox sevən Rəşidin birdən-birə bu istedadını itirməyindən söhbət gedir. Rəşidin oğlu Harun atasının əvvəlki ilham mənbəyini tapması üçün onu bir sıra macəralara sürükləyir. Rüşdi 2010-cu ildə gənclər üçün “Luka və həyat eşqi” adlı kitab da çıxarıb.

Umberto Eko

Filosof ve yazıçı Umberto Ekonun uşaqlar üçün üç kitabı var: “Üç kosmonavt”, “Bomba və General”, “Qnunun cırtdanları”.

Hər üç kitabda da siyasi mesajlar var. Məsələn, “Üç kosmonavt”-da tolerantlıq və plüralizm mövzusu işlənib. “Bomba və General”da isə mövzu sülh siyasətidir. “Qnunun cırtdanları”nda isə diqqət ətraf mühitin qorunmasına yönəlib.

T.S. Eliot

T.S. Eliot da Ceyms Coys kimi pişiklərin haqqında gözəl hekayələr yazıb. 1930-cu illərin əvvəllərində Eliot nəvələrinə bir çox nağıllar yazıb göndərib. Bu nağıllardan biri - “Pratik pişiklər” sonralar Endrü Lloyd Uebberin yazdığı “Pişiklər” musiqisi üçün ilham mənbəyi olub.

Lev Tolstoy

Tolstoy uşaqları çox sevərmiş. 21 yaşında olanda yaşadığı qəsəbənin aristokratlarından biri kəndlilər üçün məktəb açdırıb. Anna Kareninanı yazdığı vaxtlarda məktəbdə işləməyə başlayan Tolstoy öz uşaqlığı ilə bağlı hekayələr yazmaqla yanaşı, hind nağılları, Ezopun hekayələrini tərcümə edirmiş. Sinifdə ən böyük tənqidçiləri olan uşaqlara nağlları oxuyar və onlar bəyənənə qədər nağılların üzərində işləyərmiş.

# 5080 dəfə oxunub

Oxşar xəbərlər

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

14:00 7 oktyabr 2026
"Tarix özünü  «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə  cavab

"Tarix özünü «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə cavab

11:00 7 oktyabr 2026
"Əgər xoşbəxtlik deyilən bir şey varsa..." - Sürgündə  yazan italyan yazıçı Natalia Ginzburq kim idi?

"Əgər xoşbəxtlik deyilən bir şey varsa..." - Sürgündə yazan italyan yazıçı Natalia Ginzburq kim idi?

10:00 7 oktyabr 2026
"Yaddaş, parçalanma və ayrılığın mümkünsüzlüyü..." - Sadra Abdollahi Hədiyyə Şəfaqətin romanı haqqında

"Yaddaş, parçalanma və ayrılığın mümkünsüzlüyü..." - Sadra Abdollahi Hədiyyə Şəfaqətin romanı haqqında

15:45 6 oktyabr 2026
Bədheybətlərlə empatiya qurmağı öyrədən yazıçı  Klayv Barker kimdir?

Bədheybətlərlə empatiya qurmağı öyrədən yazıçı Klayv Barker kimdir?

14:30 5 oktyabr 2026
"Başdan-ayağa qurama, karikatura, cansız, bədənsiz..." - Hekayə müzakirəsi

"Başdan-ayağa qurama, karikatura, cansız, bədənsiz..." - Hekayə müzakirəsi

15:00 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər