Xalq şairinin yeddicildliyi çıxdı

Xalq şairinin yeddicildliyi çıxdı
27 noyabr 2017
# 15:56

Xalq Şairi Qabilin “Əsərlər” adlı yeddicildlik külliyyatı bu günlərdə oxuculara təqdim edilib.

Şairin vəfatından on il sonra işıq üzü görmüş kitablar oğlu, yazıçı-publisist Mahir Qabiloğlu tərəfindən tərtib edilərək “Adiloğlu” nəşriyyatında nəfis şəkildə çap olunub.

Kitabın birinci cildinə Qabilin şah əsəri sayılan “Nəsimi” mənzum romanı daxil edilib.

İkinci cildində ayrı-ayrı illərdə yazılan şeirlər toplanıb.

Üçüncü cildində şairin sonrakı illərdə yazdığı şeirləri və poemaları yer alıb.

Rübailər dördüncü cilddə toplanıb. Bu cilddə rübailərlə bərabər qoşayarpaqları və dördlükləri də var.

Bşinci cilddə oxucu artıq şair Qabillə bir növ vidalaşır, altıncı və yeddinci cildlər də daxil olmaqla publisist, nasir, dramaturq Qabili kəşf etməyə başlayır. Günümüzün aktual mövzusu olan dil problemi, dilimizin saflığı uğrunda mübarizə, ümumi yox, konkret olaraq buraxılan səhvlərin göstərilməsi baxımından Qabilin beşinci cildin sonunda yer alan “Adsız-ünvansız iradlar”ı bu gün də gənc jurnalistlərimiz, yazıçılarımız üçün gözəl mənbədir.

Külliyyatın 6-cı cildi şairin 80-ci illərdə yazdığı, sovet quruluşunun ifşasına yönələn “Ömür həbləri” romanı ilə açılır. Xalq yazıçısı İsmayıl Şıxlının “Yanar ürəklərin üsyanı” adlandırdığı bu əsər o dövrü yaxından tanımaq üçün gözəl bir mənbə olduğu qədər, cilddə yer alan xatirələr Qabilin müasirlərini, dostlarını, 1944-cü ildən 2007-ci ilə qədər ədəbi mühiti tanımaq baxımından bir o qədər qiymətlidir.

Yeddinci cilddə şairin publisist söhbətləri, mötəbər məclislərdə çıxışları, müsahibələri, xatirələri, hekayə və tərcümələri və “Dənizin cazibəsi” adlı dramatik povesti yer alıb. Xalq arasında məşhur olan “Azərbaycan SSR Prezidentinə suallar” adlı yazı ilə başlayan yeddinci cild tariximizi öyrənmək baxımından böyük əhəmiyyət kəsb edir.

# 2717 dəfə oxunub

Oxşar xəbərlər

Silviya Platın psixiatrla qəribə  dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

Silviya Platın psixiatrla qəribə dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

13:00 27 oktyabr 2026
"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

12:00 26 oktyabr 2026
"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

10:00 25 oktyabr 2026
“Arxayın olun, mənə də növbə çatacaq...” - Hüseyn Cavid ailəsinə ünvanladığı son məktubda nə yazırdı?

“Arxayın olun, mənə də növbə çatacaq...” - Hüseyn Cavid ailəsinə ünvanladığı son məktubda nə yazırdı?

12:00 24 oktyabr 2026
İnsan öz içində nə vaxt ölür? – “Tənhalıq həsrəti” haqqında

İnsan öz içində nə vaxt ölür? – “Tənhalıq həsrəti” haqqında

10:00 24 oktyabr 2026
"Oğulluq borcumu yerinə yetirə bilmədim..." - Ərtoğrol Cavid hərbi xidmətdən əvvəl kimə məktub yazmışdı?

"Oğulluq borcumu yerinə yetirə bilmədim..." - Ərtoğrol Cavid hərbi xidmətdən əvvəl kimə məktub yazmışdı?

15:00 22 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər