Gələndə evə sevgi al – YENİ ŞEİR

Gələndə evə sevgi al – <span style="color:red;">YENİ ŞEİR
19 iyun 2017
# 16:03

Kulis.Az Amil Məmiyevin yeni şeirini təqdim edir.

O qədər izah edilməz ki...
Qaşları mötərizə kimi açılmış,
gözlərini yazmış içinə.

Atam, bulanıq görməsin deyə

tərləmiş eynəyini silir.

Anam, təmiz görək deyə

qırıq pəncərələri.

İşığımız da gəlir, suyumuz da

qazımız da internetimiz də.
Bircə, sən gəlmirsən, sən.

İcazə ver indi sevim,

sonraya saxlamayım.

Nə bilmək olar axı?

Birdən gördün deyirlər,

- İndi sevməsin səni.

Qolları boynumdan,
başı sinəmdən asılı,
təltif olunmuşdum
bir qız medalla mən.

Mənim çiyinlərim, sənin dizlərin.
Heyf başsız qaldı, başımız sağ olsun.

Sevir-sevmir, sevir-sevmir,
sevir-sevmir, sevir-sevmir deyə

heyf ki, sevə bilmədin çiçəkləri.

Biri çox adi, bir cəsarətli

biri qürurlu, biri dolaşmış

sevgi etirafımı edirəm sənə.

Mən səni sevirəm!

Sevirəm mən səni!

Səni mən sevirəm!

Sevirəm səni mən!

Hardasan, gəlirsən?

Sevgi qurtarıb gələndə evə sevgi al,

yadından çıxmasın.

Ən böyük rəqəm olmadığı üçün

ən kiçik natural ədəd kimi təkəm.

Bir sevgilim olmadı ki,

baxıb uşaqlıq şəklinə
ürəyimdə deyəm - qızım.

Tutub əllərini, qatlayıb arxasına,

qandal vuracaqdılar qollarına.

Dünən isə əlləri

gül tutmuşdu arxasında.

***

Dalaşmayaq, barışaq gəl.

Verib çənə-çənəyə

dil-dil ötüb savaşmayaq.

Öpüşək gəl, öpüşək ki,

göz yumaq bir-birimizə.

1-ci, 2-ci, 3-cü, 4-cü,

lap tapılmayan

qan qrupundan da təcili,

sevgi lazımdı birinci,

sevgi.

Öpüb dodaqlarımı
müqəddəs kitablar tək
alnına qoy sevgilim.

Anamın gözlərini tapdım üstümdən.
Həmişə gözləri üstümdə olur.

# 2553 dəfə oxunub

Oxşar xəbərlər

"Yaddaş, parçalanma və ayrılığın mümkünsüzlüyü..." - Sadra Abdollahi Hədiyyə Şəfaqətin romanı haqqında

"Yaddaş, parçalanma və ayrılığın mümkünsüzlüyü..." - Sadra Abdollahi Hədiyyə Şəfaqətin romanı haqqında

15:45 6 oktyabr 2026
Bədheybətlərlə empatiya qurmağı öyrədən yazıçı  Klayv Barker kimdir?

Bədheybətlərlə empatiya qurmağı öyrədən yazıçı Klayv Barker kimdir?

14:30 5 oktyabr 2026
"Başdan-ayağa qurama, karikatura, cansız, bədənsiz..." - Hekayə müzakirəsi

"Başdan-ayağa qurama, karikatura, cansız, bədənsiz..." - Hekayə müzakirəsi

15:00 1 oktyabr 2026
MÜZAKİRƏ:   "Çalışanın haqqına girmək adi normaya çevrilib" - Tərcüməçilər niyə qəpik-quruşa işləyir?

MÜZAKİRƏ: "Çalışanın haqqına girmək adi normaya çevrilib" - Tərcüməçilər niyə qəpik-quruşa işləyir?

12:03 30 sentyabr 2026
Həcər Adeli oxuyarkən... - Tariyel Azərtürk

Həcər Adeli oxuyarkən... - Tariyel Azərtürk

10:30 26 sentyabr 2026
"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

17:00 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər