İnanırıqsa dua etmirik - HAYKULAR

İnanırıqsa dua etmirik - <span style="color:red;">HAYKULAR
11 yanvar 2016
# 11:56

Kulis şairə Hədiyyə Şəfaqətin haykularını təqdim edir.

Gecənin səssizliyinə köçüb

Küləyin özgür vıyıltısı...

Budaqlar dirijor çubuğu kimi

***

Ağ kəpənəklər

Qar yağanda doğulur

Üşüyür və baharacan gözləyirlər...

***

Şaxtanın əlləri

Pəncərədə donmuşdu

Bu üzdən dodaqlarını ona söykədi çiçək...

***

Qadın

Çoxdandır özünü görməmişdi

Durdu və bütün güzgülərin tozunu sildi...

***

Pişik

Su içmək istədi gecənin yarısı

Sahibəsini oyada bilmədi...

***

Yalnız bir misra yazılmışdı ağ vərəqdə:

"Mən gedirəm, hər şeyi unudaq"

P.S. "özümlə heç nə götürməmişəm"...

***

Yoldan görünürdü -

Tənha qovağın

Yarpaqlarıyla oynayan ay işığı.

***

Zamanı düşünmə - söylədi qoca

Bəzən bir ildə

On gün sağ oluruq...

***

Səhər açılırdı, Günəş

"Sabahın xeyir, gülümsə" - dedi Torpağa

Və yuxuya getdı...

***

Adamlar uzaqlara getsinlər deyə

Yol çəkdilər...

Qayıtmaq da olardı, əvəzində şeir yazdılar...

***

Qurumuşdu zirvədəki Ziyarət ağacı

Budaqlarında bozarmış parça qırıqlarının

Hamısının rəngi eyniydi...

***

Səsimizi musiqi kimi dinləyir Tanrı

Və unudur, bilir ki,

İnanırıqsa dua etmirik... /avanqard/

# 2068 dəfə oxunub

Oxşar xəbərlər

Mətnlərarası əlaqə qeyri-səlis məntiq prizmasından...   - Kamal Abdulla "ya canlı, ya ölü" dixotomiyasını necə sarsıdır?

Mətnlərarası əlaqə qeyri-səlis məntiq prizmasından... - Kamal Abdulla "ya canlı, ya ölü" dixotomiyasını necə sarsıdır?

10:00 15 sentyabr 2026
Oğuzların Alen Delonuyla dərdləşmək... - Kamal Abdulla Dədə Qorqudun sirr ortağıdır?

Oğuzların Alen Delonuyla dərdləşmək... - Kamal Abdulla Dədə Qorqudun sirr ortağıdır?

14:15 14 sentyabr 2026
Film, kino, görüntü, yaddaş, uşaqlıq... - Kasıblıq oğurluğa bəraət qazandıra bilərmi?

Film, kino, görüntü, yaddaş, uşaqlıq... - Kasıblıq oğurluğa bəraət qazandıra bilərmi?

14:47 11 sentyabr 2026
"Onun zəkası, gücü, şeiri dildə əzbərdir..."  - Əzizə Cəfərzadənin "Natəvan haqqında hekayələr" silsiləsindən

"Onun zəkası, gücü, şeiri dildə əzbərdir..." - Əzizə Cəfərzadənin "Natəvan haqqında hekayələr" silsiləsindən

10:00 4 sentyabr 2026
"Müəllifin mirajı ümidi sınağa çəkir..." - Nihatın qəhrəmanları hara qaçırlar?!

"Müəllifin mirajı ümidi sınağa çəkir..." - Nihatın qəhrəmanları hara qaçırlar?!

12:40 3 sentyabr 2026
"Ana kitabımızın hafizi və yorulmaz təfsirçisi..." -  Əcəba, əbədiyyət yaddaşsızlıq deməkdirmi?...

"Ana kitabımızın hafizi və yorulmaz təfsirçisi..." - Əcəba, əbədiyyət yaddaşsızlıq deməkdirmi?...

12:00 3 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər