Mo Yan Orxan Pamukun iş otağında

Mo Yan Orxan Pamukun iş otağında
24 fevral 2014
# 12:04

2012-cü il Ədəbiyyat üzrə Nobel Mükafatına layiq görülmüş Çin yazıçısı Mo Yan Türkiyədə səfərdə olub. Səfər zamanı o digər bir Nobel mükafatçısı Orxan Pamukla görüşüb. Kulis.az Orxan Pamukun görüş barədə yazdığı təəssürat yazısını təqdim edir:

Böyük Çin yazıçısı Mo Yan əkinçiliklə məşğul olub, pambıq zavodunda işləyib və əsgərlik çəkib.

Amma indi mənim kimi o da işini sevən və zəhmətkeş bir yazıçıdır. Bir-birimizi kitablarımız vasitəsilə tanımışıq. 2006-cı ildə, Nobel Mükafatının mənə verilməsindən iki ay qabaq, “Mənim adım qırmızı” Çin dilində nəşr olunanda, Mo Yan romanı oxuyub Pekindəki Türkiyə səfirliyinin keçirdiyi tədbirdə iştirak edib və Çin mətbuatına mənim haqqımda gözəl sözlər söyləyib.

2008-ci ildə Pekinə gedəndə görüşdük, dost olduq, yemək yedik.

2012-ci ildə Nobel Mükafatını aldıqdan sonra Mo Yan ilk xarici səfərini İstanbula etdi.

Bu həftə həyat yoldaşı ilə birlikdə iş yerimi ziyarət edəndə Boğaz mənzərəsinə və kitablarıma baxdı, sonra mənim masama oturmaq istədi. Mən də Mo Yanın yanına getdim, qızım Röya bu fotonu çəkdi. Türk dilinə yeni tərcümə olunan “Qırmızı darı tarlaları”nın (türkcə “Kızıl Darı Tarlaları”) geniş miqyaslı fantaziyaya malik olan müəllifi kompüter istifadə etmir, romanlarını mənim kimi otuz ildir qələmlə yazır.

Yazıçılıq üçün səbrin vacibliyindən, tək qalmağın və iş masasına bağlı qala bilməkdən danışdıq. Zarafat edib Mo Yanı güldürəndə sevinirəm və çətin keçən həyatına görəmi, yoxsa yazıçı olduğuna görəmi mənə həmişə səssiz, fikirli və kədərli görünür, baş açmıram...

Tərcümə edən: Günel Əsgərzadə

# 3129 dəfə oxunub

Oxşar xəbərlər

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

12:46 4 noyabr 2026
Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

11:00 3 noyabr 2026
Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

13:35 1 noyabr 2026
"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

16:00 27 oktyabr 2026
Silviya Platın psixiatrla qəribə  dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

Silviya Platın psixiatrla qəribə dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

13:00 27 oktyabr 2026
"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

12:00 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər