Ədəbiyyat hər yerdədir-POLEMİKA

Ədəbiyyat hər yerdədir-POLEMİKA
22 oktyabr 2013
# 14:13

Hər zaman intellektuallıq adı ilə istedadsızlığını ədəbi dəyər kimi ədəbiyyata yeritmək istəyənlərə qarşı olmuşam. Əsas məsələ istedaddır. İstedaddan xilas olan adamlar kitab və həyat məsələsindən çox ağız dolusu danışırlar. Mənə mətnin beyni və bir də onurğası lazımdır. Mənə göz yaşları, ürək kövrəldən kənd duğuları da gərək deyil.

Kamal Abdullanın məlum müsahibəsi və onun ətrafında gedən müzakirə xarakterli məqalələri oxudum. Hamısında dəyərləndiyim və dəyərləndirmədiyim fikirlər oldu.

Əvvəla, müəllifləri məqalələri ilə tutuşdurdum. Mətni ilə dübbədüz (səviyyə məsələsi) gələn az adam oldu. Kamal Abdulla, Şərif Ağayar, Etimad Başkeçid, Qan Turalı öz yazılarının səviyyəsində idi. Bu yazılarda razılaşmadığım məqamlar (qüsurlar yox, məhz məqamlar!) olsa da, qələm (baxış) sağa–sola yox, bütövlükdə qarşıya qoyulan məqsədi və müzakirə olunan məsələni dəqiq vururdu.

Mən yazıçını təkcə saf, təmiz, müqəddəs, kənd duyğuları ilə yaşayan, kövrələn, öz eşqinə sadiq qalan, vuruşan, döyüşən, keçmiş sevgilisi ilə qəfil görüş zamanı dizləri titrəyən şəxs kimi qəbul edə bilmirəm.

Həyatda pis nə varsa, o da bir gözəllikdir. Əslində gözəllikləri yaradan həyatın eybəcərlikləridir. Zibilliklərdə də çiçəklər və göbələklər bitir. Barmaqdakı yara irinləyirsə, o irin də insanı məxsusdur. Bədən qoruyucularının ölmüş bədən hissəcikləridir. Əğyar sevgilinin və sevginin təsdiqidir. Daha əğyarın qarnına bıçaq soxmaq lazım deyil. Bütün pisliklər və eybəcərliklər əvvəl yaxşı şeylər olub. Onlar da ölüm-itim kimi yerlərini dəyişirlər.

Mənim üçün həyatdan və kitabdan gələn yazıçı yoxdur. Yazıçının görən gözü, düşünən beyni olur. Yazıçıda bütün duyğular birləşir. Həyatda və həm də kitabda pis–yaxşı nə varsa, deyək ki, adam öldürməkdən, sevgilisini unutmağa qədər nə varsa, hamısı bu günün əsl yazıçısında olmalıdır və var.

İsteriya ilə yaşayan yazıçı bu gün uduzur. Bu gün toyxanalarda 10 manat verib “Ana ürəyini” oxudan və qulaq asa-asa dəsmal çəkib ağlayan və sonra gedib evdə anasını təpikləyən yaxşı insandırmı? Biz onun kövrəlməsini qəbul edib adına ədəbiyyat materialı deyirik. Və guya bu kövrəlmə kənddir, “Ana ürəyi” mahnısına ağlayan adam da müqəddəsdir. Bəs anasını döyməyini hara yazaq?

Ədəbiyyat hər yerdədir, yolda, küçədə, metroda, kənddə və qədim İçərişəhərdə. Kim deyir ki, yaxşı yazıçı kənddə doğulandı, çünki o arxda çimib, mal–qoyun otarıb, ayağını torpaq yandırıb. Bəs şəhərdə, deyək ki, Bakıda doğulan yazıçı necə? Onun ayağını asfalt yandırmayıbmı? Təkcə İçərişəhər min kənddə deyər.

“Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədlinin müzakirəyə qoşulmağına çox sevindim və məqaləsindəki sitatda bir cüt bənövşə məni əməlli-başlı kövrəltdi. Budurmu ədəbiyyat? Jurnalist Natiq müəllim uzaq bir kəndə dərs deyən ibtidai bir sinif müəllimi kimi dönə-dönə vurğulayır ki, yazıçı saf və təmiz olmalıdır. Bu, nə məntiqdir?

Əgər istedadın yoxdursa, min kitab oxu, Borxes kimi oxumaqdan kor ol və yaxud, kənddə yox ey, lap fermada doğul, dünyanın ən yaxşı insanı ol, bir dənə də olsun yaxşı mətn yaza bilməyəcəksən.

Deyək ki, bir neçə illər öncə şairlər ağacın yarpağına, quşuna, yuvasına, yumurtasına şeir yazırdılarsa, bu günün şairi bütün bu detalları ancaq ağacın gövdəsində axtara bilər. Deyər ki, yarpaq da burdadır, quş da, yuva da. Və ya, indiyə kimi şairlər gül-bülbül sevdasından yazıblar. Deyirlər ki, bülbül gül üçün şəhid olur, gülün tikanları onun sinəsini al-qan edir. Bu, aydın məsələdir. Amma bu günün şairi durub yazsa ki, bülbül gülü sevmir, ancaq onun içindəki qurdu yemək üçün oxuyur, yeyəndən sonra başqa bir gülün yanında oxuyacaq. Onda burda qəribi yaş boğur. Natiq Məmmədli birincini qəbul edəcək, ikincini yox. Axı bunların ikisi də həyatın içindədir. Kitabın özü də həyatdan gəlib. Həyatdan gəlməyən kitab yoxdur. Sadəcə, sintez olunmuş şəkildə olur və Kamal müəllimin müsahibəsində də söhbət bu sintezdən gedir.

Yenə qayıdıram Natiq Məmmədlinin bir cüt bənövşəsinə, broyler toyuğuna, kənd beçəsinə və burda ağlıma bir sual gəlir. Deyək ki, Kamal Adulla kitabdan, Sabir Əhmədli həyatdan gəlib. Bəs Natiq Məmmədli hardan gəlib?

Polemikanın digər yazıları

Kamal Abdulla: “Mən öz İtaka adama hökmən qayıdacağam” MÜSAHİBƏ

Şərif Ağayar: Kamal Abdulla ilə kənd söhbəti

Kənan Hacı: Kamal Abdulla öz sirrini açmır...

Cəlil Cavanşir: “Kitabdangələn”lərin ədəbiyyata dəxli varmı?

Mo Yan nə deyir?

Cavid Zeynallı: Aqrar istedad, yarımçıq intellekt

Natiq Məmmədli: ““Literaturşina” bənövşənin yanındakı broyler toyuğudu”

Qan Turalı: “Yaxşı yazıçılar yaxşı oxuculardan çıxır”

Etimad Başkeçid: Üslubçuluq son sığınacaq yeri kimi

Azad Qaradərəli: Biz şeir bülbülləriyik

Mütaliəsiz yazıçı uğur qazanırsa deməli bəxti gətirib

Röya həyatdangəlmədirmi?

# 2145 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #