"Quqark" rus dilində çap olundu

"Quqark" rus dilində çap olundu
15 avqust 2013
# 16:53

"Alatoran yayınları" seriyasından Seymur Baycanın “Quqark” romanı dərc olunub. Kitab rus dilindədir. “Apostof” nəşriyyatında 500 tirajla nəşr olunan kitabı rus dilinə Fərican Yaren tərcümə edib. Bu barədə Kulis.Az-a məlumat verən yazıçı romanı ilk növbədə ölkədən kənarda yaşayan dostlarına göndərəcək: “Əsəri Azərbaycan dilində oxuyan oxuyub, mən sadəcə kitabı xaricdəki dostlarıma göndərəcəm. Hansılar ki, bu vaxta qədər oxumaq istəyirdilər, amma imkanları yox idi. Gürcüstanda olan, Rusiyada yaşayan, Ukraynada yaşayan, Avropa ölkələrində yaşayan insanlar var ki, illərdir münasibətimiz var. Seminarlarda, konfranslarda tanış olmuşuq. Onların xəbəri var idi, çoxdan oxumaq istəyirdilər. Görürdülər, nə isə eşidirdilər. İlk işim kitabı onlara çatdırmaq olacaq”.

Başqa nəşriyyatlarla da əlaqə yaradacağını söyləyən Seymur Baycan Azərbaycan dilində kitabı harasa təqdim etməyin mümkünsüz olduğunu söylədi: “Xaricdə təsdiq olunmayınca burda vəziyyət çətin olur. “Quqark” haqda xeyli yazılar yazıldı, müzakirələr aparıldı. Məni təbrik etdilər ki, 1500 kitab satmısan. Bəziləri üçün bu uğur sayılır. Amma mənim üçün bu uğur filan deyil. Ölkənin ən populyar qəzetlərinə, saytlarına müsahibə vermişəm. Müxtəlif yaş kateqoriyasına aid insanlar bu kitab haqda nə qədər danışdı. Cəmi 1500 kitab satılıb və bunu uğur sayırlar. Düzdür, ola bilər bu kimlər üçünsə uğurdur və 2-3 il bundan əvvəlki vəziyyətlə müqayisədə bir az irəliləyiş var. Amma mən bunu uğur hesab etmirəm”.

Cəmiyyətin yeni insana, yeni ədəbiyyata qarşı qərəzli olduğunu bildirən yazıçı qüvvəsini kənara sərf edəcəyini bildirdi.

2011-ci ildə çap olunan "Quqark" romanı Qarabağ münaqişəsi haqdadır. Kitab konfliktin necə başlanmasından, dinc şəraitdə yaşayan iki xalqın – azərbaycanlılar və ermənilərin birdən-birə necə düşmən olmasından bəhs edir.

# 4330 dəfə oxunub

Oxşar xəbərlər

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

14:00 7 noyabr 2026
Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

12:25 7 noyabr 2026
Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

15:00 6 noyabr 2026
"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

10:00 6 noyabr 2026
Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

13:35 1 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər