“Havada nəfəsin yoxdur, əzizim”

“Havada nəfəsin yoxdur, əzizim”
28 iyun 2013
# 07:15

Kulis.Az Aynur Qəniyevanın şeirlərini təqdim edir.

Uzaqlardakı dumanlı müəmma

Yaxınlıqda olan isti aydınlıq

Mənə öyrədir ki,

hədəfə dəyməmiş bom-boş güllə gilizi kimi

İnsan bəzən bom-boş boşalır

Ayaqüstədir, yaşayır amma çoxdan yıxılıb ölüb

Yaşamaqdan onu öyrəndim ki,

İnsan bəzən bir anlıq zövqə görə

Bütün ömrünə bəs edəcək qədər axmaq olur.

***

Dünyadan çöldəyəm kor qaranlıqda

Sevincləri soran dibsiz həyatda

Baxışım ömrümün üzündə itir

Yönsüz küçələrdə azmış kimiyəm

Labirint yaşamın çıxılmazlığı

Məni yerdən götürüb yerlərə çırpır

Gözlərim islanıb mən ağlamıram

Gələn sabahlarda dünən oluram.

***

İçimdə yoxluğunun küləyi əsir

Bu şəhərin nəfəsi soyuyub sanki

Havada nəfəsin yoxdur əzizim

Burda yoxluğunun qoxusu gəlir

Gözləyən hissimin yuxusu gəlir

Həsrətim çoxalır, səbrim tükənir

Tez gəl çıx canımı alma əlimdən

Gəl hissim isinsin gözüm sevinsin

# 3651 dəfə oxunub

Oxşar xəbərlər

Reinkarnasiya, aydınlanma, mantralar... - Selincerin yaradıcılığında buddizm fəlsəfəsi

Reinkarnasiya, aydınlanma, mantralar... - Selincerin yaradıcılığında buddizm fəlsəfəsi

10:27 15 noyabr 2026
Orxan Saffarinin romanında üzləşmək və oxumaq istəmədiyimiz məqamlar  – Nadir Yalçın

Orxan Saffarinin romanında üzləşmək və oxumaq istəmədiyimiz məqamlar – Nadir Yalçın

12:00 13 noyabr 2026
Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

14:00 7 noyabr 2026
Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

12:25 7 noyabr 2026
“Rəng mühəndisi”nin toz-dumanlı dünyası

“Rəng mühəndisi”nin toz-dumanlı dünyası

15:00 6 noyabr 2026
Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

13:35 1 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər