İlin ən varlı qadın yazıçıları

İlin ən varlı qadın yazıçıları
8 dekabr 2012
# 08:30

Hələ də “Ədəbiyyat qadın işi deyil” deyənlər varsa, bu yazı onlar üçündür.

“Guardian” qəzeti ilin ən uğurlu qadın yazıçılarını müəyyən edib.

E.L. Ceyms

Dörd il əvvəl Stefani Meyerin “Alatoran” seriyasından təsirlənərək yazmağa başlayan E.L. Ceyms vampir Edvardı biznesmen, sevgilisi Bellanı isə universitetdən yenicə məzun olan gənclə əvəz edib. Əlbəttə, o dövrlərdə “Alatoran” seriyasının minlərlə “oxşarı” çap olunmuşdu. Amma Ceymsə uğuru əsərini elektron kitab kimi yaymağı gətirib.

Əsər “Nyu-York Tayms”ın bestseller siyahısına düşüb. “Harri Potter” və “Da Vinçi Kodu”-nda olduğu kimi, aylarla əlinə kitab dəyməyənlər belə “Bozun əlli çaları” əsərini almağa başlayıb.

Hilari Mentel

“Men Buker” mükafatı yazıçını məşhurlaşdırmır, amma yetişdirir. Hilari Mentel 2009-cu ildə “Canavar zalı” əsəri ilə qazandığı “Men Buker”i bu il yenidən, “Bədənləri gətirin” əsəri ilə alıb. 35 illik yazıçılıq karyerasının ən uğurlu dövrünü yaşayan Mentel İngiltərənin ən qabaqcıl qadın yazıçılarındandır. “20 il bu mükafatı gözləmişdim, ard-arda ikisini aldım” – deyən yazıçı fərqli üslublarda yazdığı romanları ilə naşirləri daim təəccübləndirməkdədir.

C.K. Roulinq

Məşhur “Harri Potter” seriyasının müəllifi Coan Roulinq 2004-cü ildən bəri ölkəsinin, bir müddət isə dünyanın ən varlı qadını olub. Xeyriyyə ilə məşğul olan Roulinq 2007-ci ildə “Taym” jurnalı tərəfindən “İlin adamı” seçilib. “Forbes” jurnalının yazdığına görə, növbəti il onun sərvəti 1 milyard dollara çatıb. Əsasən uşaqlar üçün yazan yazıçı bu il “böyüklər” üçün “Boş yer” adlı əsərini nəşr edib.

Keyt Moss

“Oranc” mükafatının fəxri təsisçilərindən olan Moss 37 dilə tərcümə edilən “Labirint” əsəri ilə adını ədəbiyyat tarixinə yazdırıb. Əsər əsasında çəkilmiş serial bu il İngiltərədə nümayiş olunacaq.

Culiya Donaldson

Uşaqlar üçün yazdığı “Qruffalo” adlı kitabı başda olmaqla bir çox sevilən əsərlərin müəllifi olan Donaldson bu ilini yerli kitabxanaları gəzməklə keçirib. İl boyu 40-dan çox kitabxananı gəzərək uşaqlarla söhbət edən müəllif televiziya kanallarına müsahibə verərək kitabxanaların bağlanmasına etirazını bildirib. Yazıçı bu il nüfuzlu “Uşaq ədəbiyyatı” mükafatına da layiq görülüb.

Amanda Hokinq

İndilərdə “Amazon” saytının ən çox satılanlar siyahısına baxsanız, mütləq Amanda Hokinqin adına rast gələrsiniz. Hokinq naşirlərin dəfələrlə qəbul etmədiyi “Yüksəliş” romanını hissə-hissə “Amazon”da yayımlayıb. Kitabı üçün çox ucuz qiymət müəyyənləşdirən yazıçı qısa zamanda gözlədiyi uğuru qazanıb; kitabın 1 milyondan çox nüsxəsi satılıb ki, bu da Hokinqə 3 milyon dollar qazandırıb.

# 4655 dəfə oxunub

Oxşar xəbərlər

"Balkan ədəbiyyatının Qorkisi" - Hansı məşhur yazıçı onu ölümdən qurtarmışdı?

"Balkan ədəbiyyatının Qorkisi" - Hansı məşhur yazıçı onu ölümdən qurtarmışdı?

12:40 16 aprel 2026
"Gərək müəllif Zərrinin çiyninə dünyanın bütün dərdlərini yükləməyəydi" - Hekayə müzakirəsi

"Gərək müəllif Zərrinin çiyninə dünyanın bütün dərdlərini yükləməyəydi" - Hekayə müzakirəsi

15:00 15 aprel 2026
"Sartrın "Milçəklər”dəki azadlığı anarxikdir..." -  O, Tanrı haqqında nə yazırdı?

"Sartrın "Milçəklər”dəki azadlığı anarxikdir..." - O, Tanrı haqqında nə yazırdı?

13:00 15 aprel 2026
Poeziya, sevgi və intihar arasında Mayakovski... - Maksim Qorki onun haqqında nə yazmışdı?

Poeziya, sevgi və intihar arasında Mayakovski... - Maksim Qorki onun haqqında nə yazmışdı?

13:00 14 aprel 2026
“Lifçik-trusik”, “sevişmək”, "XNXX", “məmə”... - Orxan Saffari özünü necə aldadır?

“Lifçik-trusik”, “sevişmək”, "XNXX", “məmə”... - Orxan Saffari özünü necə aldadır?

11:07 14 aprel 2026
Fransa ədəbiyyatının usta təmsilçisi - Russo onun haqqında nə demişdi?

Fransa ədəbiyyatının usta təmsilçisi - Russo onun haqqında nə demişdi?

13:00 13 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər