Bu ilin ən çox qazanan yazarları

Bu ilin ən çox qazanan yazarları
29 iyul 2015
# 11:02

“Forbes” jurnalının maraqla gözlənilən “Ən çox qazanan yazarlar” siyahısı nəhayət açıqlandı. Kulisin xarici mətbuata istinadən verdiyi məlumata görə siyahının başında yenə James Patterson dayanır.

E. L. Jamesdən George R. R. Martinə qədər dünyanın ən çox gəlir əldə edən yazarları bu il cəmi 355 milyon dollar qazanıblar.

1. James Patterson - 89 milyon dollar

Az qala maşın kimi işləyən James Patterson hər il rəqiblərindən böyük fərqlə seçilməyi bacarır. İldə orta hesabla 16 kitab çap edən yazarın ötən ilki qazancı 90 milyon təşkil etmişdi.

2. John Green - 26 milyon dollar

Gənclər arasında daha çox rəğbət qazanan Green, qazancının böyük hissəsini “The Fault in Our Stars” romanı sayəsində əldə edib. Sadəcə ABŞ-da 3,5 milyondan çox nüsxə satılan romanın əsasında film çəkilib.

3. Veronica Roth - 25 milyon dollar

26 yaşındaki Roth siyahınınən gənc yazarıdır. “Divergent” trilogiyası ilə 2014-2015-ci illər arasında 3,9 milyon dollar qazanıb. Trilogiyanın “Tərəfdar” (Insurgent) adlı ikinci kitabı ekranlaşdırılıb. Filmin kassa gəliri 295 milyon dollar olub.

4. Danielle Steel - 25 milyon dollar

Danielle Steel-in 94 kitabı, 1973-cü ildən bəri ən çox oxunanlar sırasında yer alır.

5. Jeff Kinney - 23 milyon dollar

“Diary of a Wimpy Kid”in müəllifi Jeff Kinney siyahının yuxarı hissəsindəki yerini bu il də qoruyur. 45 dilə çevrilən əsər müəllifə böyük sərvət qazandırıb.

6. Janet Evanovich - 21 milyon dollar

“Stephanie Plum” silsiləsinin müəllifi olan Janet Evanovich, bu il ərzində daha 3 kitab çap etdi.

7. J. K. Rowling - 19 milyon dollar

J.K. Rowling illərdir siyahıda yerini qoruyanlardan hesab olunur.

8. Stephen King - 19 milyon dollar

Stephen King yazıçılıq karyerası boyunca qazandığı 433 milyon dollarla “Forbes”un siyahısında hər zaman yuxarı pillələrdə qərar tutub.

9. Nora Roberts - 18 milyon dollar

Karyerası müddətində 220-dən çox romana imzasını atıb. O, yuxarı yerlərdə Stephen King ve Danielle Steel kimi yeni yazdığı romanları ilə deyil, əvvəlki romanları sayəsində qərarlaşıb.

10. John Grisham - 14 milyon dollar

1988-ci ildən üzü bəri hər il yeni bir kitab çap edən yazıçının “Gray Mountain” romanı 2014-cü ildə 620 min nüsxə satılıb.

11. Dan Brown - 13 milyon dollar

Ötən il 28 milyon dollarla siyahıda ikinci yerdə idi. Bu məğlubiyyətinin acısını yazıçının gələn il çap edəcəyi yeni romanıyla çıxaracağını deyirlər.

12. Suzanne Collins - 13 milyon dollar

“Aclıq oyunları” (The Hunger Games) əvvəlki kimi satılmasa da Collins-in qazancı əsasən əsərlərinin ekranizasiyasından gəlir. Onun əsərinə çəkilmiş film 752 milyon dollar gəlir gətirmişdi.

13. Gillian Flynn - 13 milyon dollar

“İtkin qız”ın müəllifi olan Flynn də film sayəsində qazanc əldə edən yazarlardandı. Romanın kino variantı 368 milyon dollar gəlir gətirib.

14. Rick Riordan - 13 milyon dollar

Riordan fantastik ədəbiyyat və gənclər üçün yazdığı əsərləri ilə bu sahənin ən çox gəlir əldə edənlərindəndir.

15. E. L. James - 12 milyon dollar

“Bozun əlli çaları” trilogiyası və ardınca onların ekranlaşdırılmasından kifayət qədər böyük məbləğdə qazanc əldə edən Jamesin ötən ay çap olunan “Boz” əsəri ilə gələn il də ön sıralarda yer alması gözlənilir.

16. George R. R. Martin - 12 milyon dollar

“Taxt oyunları”nın (Game of Thrones) yazarı da yaxşı qazanır. Yazıçı hazırda diqqətini seriyanın növbəti əsəri olan “Qış küləyi” (The Winds of Winter) üzərinə cəmləyib.

# 2057 dəfə oxunub

Oxşar xəbərlər

Təbrizdə nazir, Karaqandada məhbus, Bakıda mürdəşir... - 20 il həbsdə qalan azərbaycanlı şair kim idi?

Təbrizdə nazir, Karaqandada məhbus, Bakıda mürdəşir... - 20 il həbsdə qalan azərbaycanlı şair kim idi?

18:41 15 dekabr 2025
Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan ədəbiyyatı - İradə Musayeva

Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan ədəbiyyatı - İradə Musayeva

18:01 15 dekabr 2025
Luvr muzeyinin 400 əməkdaşı tətil elan etdi: İşçilər nədən narazıdır?

Luvr muzeyinin 400 əməkdaşı tətil elan etdi: İşçilər nədən narazıdır?

14:09 15 dekabr 2025
"Gənc yazıçı bir səhvdən qaçıb başqa birinə düşə bilər..." - Yaxşı hekayəni necə yazmaq olar?

"Gənc yazıçı bir səhvdən qaçıb başqa birinə düşə bilər..." - Yaxşı hekayəni necə yazmaq olar?

12:00 15 dekabr 2025
Bitməyən komediyaya sözardı... - Niyə belə etdin, Kamal Abdulla?

Bitməyən komediyaya sözardı... - Niyə belə etdin, Kamal Abdulla?

14:50 13 dekabr 2025
İlk intertekstual türk romanının müəllifi - Oğuz Atayın əsərindəki “Üçbucaq arzu” nədir?

İlk intertekstual türk romanının müəllifi - Oğuz Atayın əsərindəki “Üçbucaq arzu” nədir?

12:30 13 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər