Məşhur müğənnini öldürən əsər

Məşhur müğənnini öldürən əsər
30 avqust 2014
# 07:45

Fransız yazıçısı Frederik Beqbeder yazır: “Sistem o halda qalib gəlir ki, insanlara öz həbsxanalarını sevirlər.” Sistemin təqdim etdiyi reallıqla barışmaq lazımdırmı? Bir adam və ya qrup azadlıq uğrunda döyüşüb qalib gəlməyə qadirdirmi?

Kulis.Az XX və XXI əsrlərdə sistem əleyhinə yazılmış ən məşhur kitabları təqdim edir.

Rey Bredberi, “Farenheytlə 451 dərəcə”

Farenheytlə 451 dərəcə kağızın yanma temperaturudur. Gələcəyin dünyasında kitabları yandırır, insanların başını informasiya zibili ilə doldurur, fərqli düşünənləri elektorşokla müalicə edirlər. Gələcəyin dünyası təhlükəlidir, çünki həqiqidir, çünki öncəgörmələrin bir çoxu artıq baş verib. Amma hələ ki, məhəbbət, gözəllik və həqiqətə can atma var, deməli ümid var.

Ken Kizi, “Ququ quşu yuvası üzərindən uçuş”

Bu kitab sağlam fikirlə dəlilik arasındakı sərhədin təsviridir. Psixi xəstəxanada hamı ideal işləyərək insanları vicdanlı vətəndaşa çevirirlər. Həbsxanadan canını qurtarmaq üçün burada gizlənən kürən adam isə xəstələri mövcud sistemə qarşı qaldırır. Amma bəla burasındadır ki, yekun qələbə çalmaq mümkünsüzdür.

Corc Oruell, “1984”

Romanda üç totalitar dövlət arasında bölünmüş dünyadan bəhs olunur. Kitabda insanlar üzərində hər cür nəzarəti həyata keçirən, onların beyinlərini yuyaraq, tarixi istədiyi kimi yazan bir sistem var. Roman dəfələrlə sosialist respublikalarında qadağan edilib. SSRİ-də də bir vaxtlar qadağan olunub. Oruellin bu romanə ən qorxunc antiutopiya əsərlərindən hesab olunur.

Yevgeni Zamyatin, “Biz”

İyirmi altıncı əsrdə Utopiyanın vətəndaşları öz fərdiliklərini o qədər itiriblər ki, ancaq nömrələri ilə fərqlənirlər. Vahid Dövlətin rəhbəri Hami adlı adamdır. Rus yazıçı Yevgeni Zamyatinin yazdığı əsər dünyanın ən məşhur antiutopiya əsərlərindəndir.

Çak Palanik, “Döyüşçü klubu”

Bu roman ötən əsrin 90-cı illərində yazılmış ən yaxşı, ən qalmaqallı əsərlərdəndir.

İstehlakçı cəmiyyətdən və Amerika mədəniyyətindəki mərdlik anlayışının dəyişməsindən getdikcə daha çox narazı qalan baş qəhrəman bu durumla mübarizə aparmaq qərarına gəlir. Bunun üçün radikal psixoterapiya yolunu seçərək gizli döyüşçü klubu yaradır.

Cerom Selincer, “Çovdarlıqda uçurumdan qoruyan”

1951-ci ildə çap olunmuş “Çovdarlıqda uçurumdan qoruyan” bir neçə nəslin stolüstü kitabı olub. Əsərdə yeniyetmə Holden Kolfildin həyat, dünya haqqında təsəvvürləri yer alıb, onun sistemə etirazından bəhs olunur.

1980-ci ildə qətlə yetirilən “Bitls” qrupu üzvü Con Lennonun qatili Mark Çapmanın cibindən bu əsər çıxmışdı.

Harper Li, “Bülbülü öldürmək”

Kitab qara dərili bir insanın zorlama ittihamı ilə təqsirli bilinməsindən bəhs edir. Bundan başqa kitabda kiçik bir vilayətdə inanc və vicdanla bağlı hökmlərin necə verildiyindən bəhs olunur. Sözü gedən kitab, 1960-cı illərin ən çox satılan kitabı olmuşdur.

Əsərin sonunda görürük ki, xeyirxahlıq insanın dərisinin rəngindən və sosial vəziyyətindən, ictimai rəydən asılı deyil. Bu adamın ürəyinə bağlı bir işdir.

Oldos Haksli, “Yeni, gözəl dünya”

Əsərdə qarşımıza qəm-kədər bilməyən istehlak cəmiyyəti çıxır. Burda hər bir adama doğulandan onun cəmiyyətdə ən yaxşı yer tutması təlqin olunur. O, lazım olan hər bir nemətlə təmin olunub. Yox, əgər bütün bunlara rəğmən kədərlisənsə o zaman bir ədəd som həbi qəbul etmək yetər. O zaman xoş əhval-ruhiyyə qazanacaqsan. Əsərin adı Uilyam Şekspirin “Fırtına”adlı pyesindən götürülüb.

Frans Kafka, “Proses”

30 yaşının tamamında Yozef K. həbs olunur. Amma həmin gizli təşkilatın əməkdaşları ona həbs səbəbini bildirmirlər. Bununla belə Yozef K. öz həyatını yaşamaqdadır, çünki təşkilat onun qaçacağından narahat deyil. Onu məhkəməyə dəvət edir, evinə, işinə gəlir, izləyirlər. Bütün bu müddət ərzində o öz həbs olunma səbəblərini müəyyənləşdirməyə çalışır. Amma Kafkanın başqa əsərlərində olduğu kimi bürokratiyanın əlindən bu səbəbi öyrənə bilmir.

Coann Harris, “ Centlmenlər və oyunçular”

İmtiyazlı Sent-Osvald məktəbi hər zaman özünün bənzərsiz intizamı və əlahiddə əxlaqı ilə seçilir. Burada ədəbsiz, yaramaz, əxlaqsız bir hadisənin baş verə biləcəyini təsəvvür etmək çətindir. Amma bu baş verir. Kiçik narazılıqlardan başlayan etiraz getdikcə qar topası kimi böyüyür və Sent-Osvalda qarşı gizli mübarizə başlayır.

# 2774 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #