Yasaq ədəbiyyatın yaradıcısı

Yasaq  ədəbiyyatın  yaradıcısı
25 iyun 2015
# 10:54

Sabir Əhmədlinin 85 yaşına

Sabir Əhmədli... Bu ad uzun zaman Azərbaycan ədəbiyyatını məşğul edib. Bu, onun sağlığında baş verib. Zira sağlığında dildə-dişdə olanları çox görmüşük. Ruhu bədənindən çıxan kimi, cismi soyumamış yazdıqları ömrünü başa vurub. Sizə uzun bir siyahı göstərə bilərdim, fəqət böyük ustadın yazısına kiçik adamların adını bulaşdırmağı rəva görmədim.

Özü həyatda olmayanda haqqında daha çox danışılanlar isə əsl ədəbiyyat adamlarıdır. Bu dəfə onların əvəzindən yazdıqları, yaratdıqları şəhadət verər. Məsələn, “Dünyanın arşını” romanı deyəcək ki, məni yazan adamın başına olmazın əzablarını açmışam. Mən çap olunandan sonra onu o ki var incitdilər. Əsərlərinin çapını qadağan etdilər. Hətta rus və başqa dillərdə çıxası kitablarının çapına belə əl qoydular. Adı Mərkəzi Komitənin qərarına düşdü və hakəza...

“Yamacda nişanə” sübüt edəcək ki, məni yazmaqla Sabir müəllim “möhtəşəm sovet gəncliyi” deyilən bir anlayışın əslində fiasko olduğunu göstərdi. Bu əsər və onun talesiz qəhrəmanı bir faciəvi filmə ssenari ola bilərdi. Amma... film qəhrəmanı olan yazıçılar varkən, Sabir Əhmədovun əsərlərini kinolaşdıran kim idi?

“Toğana”, “Yaşıl teatr”, “Yasamal gölündə qayıqlar üzürdü” kimi möhtəşəm romanlar Azərbaycanda roman janrının inkişafına mühüm töhfələr verdi. Amma bu əsərlər Sovet rejiminin necə bir dayanaqsız, içdən çürümüş bir quruluş olduğunu da təsdiqləməklə müəllifinə böyük təhlükə yaradırdı. Lakin yazıçı öz düz yolundan bir an belə sarpmır, icazəli qəhrəmanlıqlar edən yazçıların yoluyla deyil, Azərbaycan Sovet ədəbiyyatının əksinə olaraq, YASAQ ƏDƏBİYYATIN izi ilə irəliləyirdi. Əslində bizdə bu yeni ədəbiyyatın yaradıcısı da o özü idi. Yasaq demişkən, yazıçının “Yasaq edilmiş oyun” adlı bir romanı var. Qeyri-adi üslubda qələmə alınan bu əsər rus ədəbiyyatında Bulqakovun, Platonovun yaradıcılığında verilən sosializmin, əslində anti-humanist bir cəmiyyət olduğunu açıb ortaya qoyurdu. Romanda xalq oyun üslubuyla roman təhkiyəsi elə birləşib və qara yumorla elə çulğaşıb ki, ayıq oxucu sözün nədən getdiyini yaxşı bilir. “Allahsızlar cəmiyyəti”ndən tutmuş məşhur “Üçlük”lərəcən əsərdə böyük bir qorxulu dəstənin sifəti açılır. Və buna alternativ olan xalq oyunu – şah, vəzir, vəkil və onların çıxardığı “oyun”lar...

Sabir Əhmədli neçə il əvvəl vəfat edib. Onu Fəxri Xiyaban deyilən yerdə dəfn etmədilər. Əsərlərini çap eləmədilər... Yasaq ədəbiyyatın üstündən yasaq hələ də götürülmədi ki...

Bu günlərdə ustadın “Yazılmayan yazı” memuar-romanı ikinci dəfə nəşr edildi.

Başlandı! Artıq Sabir Əhmədli yaradıcılığının ikinci dövrü başlandı. Gün gələcək, onun cild-cild əsərlərinin çap edildiyini də görəcəyik.

“Yazı” dərgisi

# 2536 dəfə oxunub

Oxşar xəbərlər

Bitməyən komediyaya sözardı... - Niyə belə etdin, Kamal Abdulla?

Bitməyən komediyaya sözardı... - Niyə belə etdin, Kamal Abdulla?

14:50 13 dekabr 2025
İlk intertekstual türk romanının müəllifi - Oğuz Atayın əsərindəki “Üçbucaq arzu” nədir?

İlk intertekstual türk romanının müəllifi - Oğuz Atayın əsərindəki “Üçbucaq arzu” nədir?

12:30 13 dekabr 2025
"Boynumu aşağı əyərək dedi ki,  bu qəzeti yala..." - Təbrizli yazıçını niyə təhqir etmişdilər?

"Boynumu aşağı əyərək dedi ki, bu qəzeti yala..." - Təbrizli yazıçını niyə təhqir etmişdilər?

10:00 13 dekabr 2025
"Xarici yazıçıların əsərlərinin imitasiyası var, müəllifin təcrübəsizliyi ciddi hiss olunur" - Hekayə müzakirəsi

"Xarici yazıçıların əsərlərinin imitasiyası var, müəllifin təcrübəsizliyi ciddi hiss olunur" - Hekayə müzakirəsi

11:46 10 dekabr 2025
"Dünyasını dəyişən ana, qürbətdə yaşayan qardaş, tək qalan ata və..."  - Elnarə Akimova

"Dünyasını dəyişən ana, qürbətdə yaşayan qardaş, tək qalan ata və..." - Elnarə Akimova

16:00 20 noyabr 2025
“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti  müzakirə

“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti müzakirə

16:57 18 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər