Sevən kişi ilə qadının fərqi

Sevən kişi ilə qadının fərqi
7 fevral 2014
# 12:58

Kulis.Az rus yazıçısı Mark Levinin (M.Aqeyev) ”Kokainli roman” əsərindən seçmələri təqdim edir.

Bayağılıq — insanın özünün anlamadığı hər şeyə nifrətlə yanaşma qabiliyyəti ilə səciyyələnən xəstəlikdir. Bu bayağılığın dərinliyi də o adamı heyrətləndirən faydasız və dəyərsiz əşya və hadisələrin çoxalmasıyla artır.

Antisemitizm heç də qorxunc deyil, sadəcə iyrənc, rəzil və axmaqdır: ona görə iyrəncdir ki, şəxsiyyətə qarşı deyil, qana qarşı yönəlibdir, ona görə rəzildir ki, həqarətli görsənmək istəsə də, paxıldır, ona görə axmaqdır ki, məqsədi dağıtmaq olduğu halda onu daha da birləşdirir. Yəhudilər o zaman yəhudi olmayacaq ki, yəhudi olmaq milli anlamda sərfəli olmayacaq, əxlaqi anlamda rüsvayçılıq olacaqdır. Əxlaqi mənada yəhudi olmaq o zaman rüsvayçılıq olacaq ki, bizim xristian ağalar, nəhayət, həqiqi xristian olacaqlar, başqa sözlə — başqalarının həyatını yaxşılaşdırmaq xətrinə öz həyat şərtlərini şüurlu şəkildə pisləşdirəcək, bu pisləşmədən də həzz alıb sevinəcəklər. Amma hələ ki, bu baş verməyib, iki min il də bunun üçün kifayət etməyib.

Söyüşlər nitqinizin təsviri vasitəsinə çevrilibdir.

Ədəb cinsiyyətsizdir. Nəzakət seksualdır.

İspanlar həmişə qüssəli ehtiras haqda mahnı oxuyar, ruslar isə — ehtiraslı qüssə haqda.

Sevgi haqda gözəl danışa bilən – sevgisi xatirələrə çevrilmiş şəxs ola bilər. Sevgi haqda o kəs inandırıcı danışar ki, sevgi onda duyğusallığı dalğalandırıb. Ürəyi sevgi ilə yaralanan isə sevgi haqda heç danışmamalı, susmalıdır.

Duyğusallığı coşduran qadın bədəninin gözəllikləri — sadəcə mətbəx qoxularıdır: ac olanda – iştahlandırır, tox olanda – iyrəndirir.

Aşıq qadın üçün vurulduğu kişi istisna olmaqla bütün başqa kişilər sadəcə insandırlar: qadın üçün kişi – odur. Aşiq kişi üçün isə onun vurulduğu qadından başqa bütün qadınlar sadəcə qadındır, sevdiyi qadın isə — insandır.

Biz pis olanda kiçik əclaflıqlarla kifayətlənirik, yaxşılaşdığımızda — adam öldürməyə gedirik.

Anlayın ki, bizi idrakın məkrliyi, hiyləgərliyi, əclaflığı deyil, Qəlbin İnsanlığı, Ədaləti və Alicənablığı hiddətlənməyə, qəzəblənməyə, etiraz etməyə, coşmağa və qisasla dolu azğınlaşmağa məcbur edir. Anlayın, Peyğəmbərlər — bizim insani qəlblərimizin mexanizmidir. Bu – yelləncək mexanizmidir, Ruhun Alicənablıq tərəfə ən güclü qalxışından sonra ən güclü uçuş Heyvan Qəzəbi tərəfinə yönəlir. Ruh yelləncəyini insanlıq tərəfə qaldırmaq istəyi və bundan da daima nəticə kimi çıxan heyvanlıq tərəfə uçuş — möcüzəvi və eyni zamanda qanlı zolaq kimi bütün bəşər tarixindən keçir. Görürük də ki, elə həmin o son dərəcə qızğın dövrlərdəki güclü və hərəkətlərdə gerçəkləşən Ruh və Ədalət tərəfə qalxışlar bizə xüsusilə qorxunc gəlir — ardınca misli görünməmiş qəddarlıq və şeytani pisliklərin gəlişinə görə…

Çevirdi: İlahə Ucaruh

# 4826 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbi mükafatlar nə  üçün təsis olunur? - Mətanət Vahid

Ədəbi mükafatlar nə üçün təsis olunur? - Mətanət Vahid

15:15 9 oktyabr 2026
"Hindli həyatını məhz Qərb formasında nəql etmək..." -  "Gecəyarısı uşaqları"nı niyə oxumalıyıq?

"Hindli həyatını məhz Qərb formasında nəql etmək..." - "Gecəyarısı uşaqları"nı niyə oxumalıyıq?

12:00 9 oktyabr 2026
“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

15:00 8 oktyabr 2026
Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

12:00 8 oktyabr 2026
Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

14:00 7 oktyabr 2026
"Tarix özünü  «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə  cavab

"Tarix özünü «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə cavab

11:00 7 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər