Dostu xilas etmək üçün öldürmək

Dostu xilas etmək üçün öldürmək
29 iyun 2013
# 07:15

Con Steyinbekin “Siçanlar və insanlar”ı haqqında...

Zəiflərin yaxşısı kimi Nobel alan yazıçı

Con Steynbekin 1962-ci ildə Nobel ədəbiyyat mükafatı alması bu gün də müzakirə edilən mövzulardan biridir.

Yazı tərzi, hadisələri gözəl və sadə dildə təsvir etdiyinə görə yüksək bal alan Steynbekin əslində “zəiflərin yaxşısı” kimi mükafatı almasını o dövrdə juri olmuş Henri Olson da təsdiq edir.

Şair olmasına görə Robert Qreyvsin müsabiqədən uzaqlaşdırılması, danimarkalı yazıçı Karen Blixenin həmin il vəfat etməsi və jurinin Laurense Durrelə lazımi diqqət verməməsi nəticədə mükafatın Steynbekə verilməsini labüd edir.

Nəticələr açıqlananda bütün ədəbiyyat çevrələri etirazlarını bildirir, yazıçının özündən mükafata layiq olduğunu soruşduqda isə “Dürüst olmaq lazımdırsa , xeyr” cavabını vermişdi.

“Siçanlar və insanlar”

Steynbekin dünyaca ən çox tanınmış əsərlərindən biri olan “Siçanlar və İnsanlar” yazara dünya şöhrətini gətirən əsəridir. Steynbekin buna qədər də əsərləri olsa da “Siçanlar və adamlar” ədəbiyyat çevrələrində ən çox tənqidə və tərifə layiq görülmüş əsəridir.

Əsərin əsas mövzusu yazarın elə öz həyatından götürülüb. Vaxtı ilə Steynbek özü də fermalarda günəmuzd işlərkən işi, işçiləri, sahibkarları müşahidə edib belə bir əsər ortaya çıxara bilib.

Əsərdə fermalarda günəmuzd işləyən 2 dostun həyatından, arzularından bəhs edilir. Hadisələr yazarın doğma məkanı olan Soledadda baş verir.

Con və Lenni adlı iki dost bir fermaya işə gəlirlər. Con arzuları olan, ağıllı biridir. Lenni isə qoldan güclü ağıldan kəmdir. Bu iki dost özlərini digər günəmuzd işləyən işçilərdən fərqli görürlər.

Onların arzusu var, onlar fermada işləyib pul qazanacaq, qazandıqları pulu qumara və fahişələrə xərcləməyəcək, sonda isə bir ferma alıb oranın böyüyü olacaqlar. Con fermaya nəzarət edəcək, Lenni isə ən böyük arzusu olan dovşanların qayğısına qalacaq.

Ümumiyyətlə, onu digər əsərlərdən fərqləndirən əsas xüsusiyyət orda rol alan hər kəsin arzularının, xəyallarının olmasıdır. Con və Lenni torpaq alıb sahibkara çevrilmək, qulluqçu Plum qoca vaxtında ölməyə yer tapmaq, qaradərili Kruks (qozbel) fermada özünə qarşı irqçi olmayan bir mühit, Kurleyin həyat yoldaşı isə aktrisa olmaq arzusunu reallaşdırmaq istəyir.

Əsər tamamilə simvollar ilə örtülüdür. Con ilə Lenninin dostluğu, xəyalları, fermadakı işçilər, başlarına gələn hadisələr, Lenninin yumşaq şeylərə toxunma xəstəliyi, Plumun itinin Karlson tərəfindən öldürülməsi və s.

Qulluqçu Plumun qoca itinin əsərin ortalarında qocaldığına görə öldürülməsi əslində peşəkar oxuculara Lenninin də əsərin sonunda baş tutacaq ölümünü təsvir edir.

Əsərdə digər mövzu isə tənhalıqdır. Yazar hadisələrin baş verdiyi yeri Soledad vadisi adlandırır. “Soledad” sözü də ispan dilindən tərcümə də “təklik”, “tənhalıq” mənasını verir.

Con və Lenninin arzularının reallaşmamasında əsas səbəb Lenninin bilməyərəkdən ferma sahibinin gəlininin boynunu sındırması olur. Qeyd edim ki, əsərdə təkcə ferma sahibkarının gəlini Qıvrımsaçdan başqa bütün qəhrəmanların adı var. Lenni qorxaraq fermadan qaçır və əvvəldən Conla danışdıqları kimi təyin olunmuş yerə gəlir. Con məsələni anlayır və Lenninin öldürüləcəyini bilir. Odur ki, Karlsonun qoca iti öldürdüyü silahı oğurlayaraq Lennini axtaran adamlardan tez uşaqlıq dostu ilə görüşür. Con yenidən Lenniyə birlikdə qurduqları xəyallardan danışır, dovşanları Lenninin yemləyəcəyini bildirir. Adamlar yaxınlaşanda isə Lenninin boynunun arxasına güllə vuraraq onuöldürür. Eynən Karlsonun Plumun heç bir işə yaramayan qoca itini öldürdüyü kimi.

Senzura insanları siçansız qoyur.

İllərdir dünyanın bir çox ölkəsində Steynbekin “Siçanlar və insanlar” povesti məktəb proqramlarına salınıb. Amerikada ədəbiyyat dərslərində bu əsər oxunması vacib olan 100 əsər siyahısına da salınıb. “Siçanlar və insanlar”ın kobud, ancaq səlis dili onu son əsrin ən çox müzakirə edilən əsərlərindən biri edib.

Türkiyədə ilin əvvəlində “Sel” nəşriyyatının çap etdiyi əsər İzmir Təhsil Şöbəsinin qərarı ilə bəzi hissələrində uyğun olmayan ifadələrin olmasını əsas gətirərək Türkiyədə qadağan edilməsini istəyib. Əsas səbəb kimi əsərdə fermada işləyən işçilərin bazar günləri fahişələrin olduğu bara getmələrini təsvir edən hissənin olması göstərilib. Qeyd edim ki, bu əsər neçə ildir Türkiyə Təhsil Nazirliyinin qərarı ilə litseylərdə aşağı siniflərin tədris proqramına salınıb.

Təhsil nazirliyi isə bildirir ki, valideynlər əsərdə qeyri-etik hissələrin yer almasından narazı olduqları üçün əsər tədris proqramından çıxarılmışdır.

Əsər bitdikdən sonra...

Hər bir kitab həvəskarının həyatında sürətlə oxuduğu, oxumaqdan yorulmadığı, bitirdikdən sonra heyfləndiyi bir əsər var. Əgər sizin qarşınıza elə bir kitab çıxmayıbsa mütləq Con Steynbekin “Siçanlar və insanlar” əsərini oxumalısınız.

# 2549 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #