Dünyanın ən qısa hekayəsi

Dünyanın ən qısa hekayəsi
27 dekabr 2013
# 12:18

Kulis.Az Mirmehdi Ağaoğlunun 3 qısa hekayəsini təqdim edir. Hekayələr müsabiqədə iştirak etmir.

1.

Ekskavatorçu (490 işarə)

Şahinə ithaf

- Ata, adam rəhmətdiyə gedəndə, hara gedi?

Əmisi rəhmətə gedəndən sonra balaca Kanın bəlkə yüzüncü dəfə verdiyi bu suala atası hər dəfə “o dünyaya gedirlər”, “başqa dünyaya gedirlər”, “heç vaxt ordan qayıtmırlar” kimi cavablar versə də görünür heç birində üç yaşlı uşağı qane edə bilməmişdi.

Bu dəfə həqiqəti dedi:

- Torpağı qazıb basdırırlar. Mən də rəhmətə gedəndə belə edəcəklər.

- Hə?

- Hə.

Hər ikisi susdu.

Ka əlində tutduğu oyuncaq ekskavatoru müzəffər bir ədayla qaldırıb atasına tuşladı.

- Mən də ekskavatorla torpağı qazıb səni çıxardacam. Vıyyy, bax belə.

2.

Hekayə

Gecəyarı. Qapı döyülür. Qadın qapını açır:

- Yenə içmisən. Bezdim artıq, nə vaxta kimi belə olacaq?

Kişi qapıya qaçan qızını sakitcə qucağına alıb öpür, səntirləyə-səntirləyə divana sarı gedir.

- Maaş aldun?

- Yox.

- Da niyə gəlürdün, qalıb zəhərlənərdün dostlarınla. Biz acından ölsək də olar.

- Ata hekayə yazmışame, - qızı deyir.

- Afərin.

- Gətirim baxırsan?

- Hə.

- Atan yazıb ağ günə cıxardıb bizi... - Mətbəxdən qadının səsi gəlir.

Uşaq qorxa-qorxa dəftəri atasına uzadır.

Kişi eynəyini taxıb dəftərə baxır:

"Gecəyarı. Qapı döyülür. Qadın qapını açır:

- Yenə içmisən. Bezdim artıq..."

3.

Dünyanın ən qısa hekayəsi və ya Maleviçə ithaf (1 işarə)

O

# 9415 dəfə oxunub

Oxşar xəbərlər

"Görünür, ağcaqanadlar müəllifi çox narahat edib" - Hekayə müzakirəsi

"Görünür, ağcaqanadlar müəllifi çox narahat edib" - Hekayə müzakirəsi

12:15 8 iyul 2026
Ayasofiya qazisinin qara eynəyinin arxasında nə gizlənir? - Səlim Babullaoğlunun ən sirli kitabı haqqında

Ayasofiya qazisinin qara eynəyinin arxasında nə gizlənir? - Səlim Babullaoğlunun ən sirli kitabı haqqında

15:00 7 iyul 2026
"İnsanın içində öldürdüyü uşaq" - Rüstəm Dastanoğlu

"İnsanın içində öldürdüyü uşaq" - Rüstəm Dastanoğlu

15:00 7 iyul 2026
İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

16:31 6 iyul 2026
Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

18:47 3 iyul 2026
Tadeuş Borovskinin “düşərgələşmiş insan” obrazı  nəyi təsvir edirdi?

Tadeuş Borovskinin “düşərgələşmiş insan” obrazı nəyi təsvir edirdi?

14:30 1 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər