Bir yerdə bir şeylər içsək

Bir yerdə bir şeylər içsək
20 iyun 2013
# 09:58

Kulis.Az Aygül Qurbanovanın şeirlərini təqdim edir.

Gözlərimlə sevsəm

Keçməz gecələr

ərmağan etdin mənə..

Və durğun baxışlar...

Artıq hər nəğmədə

Bir hüzn başlar

Ancaq, əzizim,

Sanki sən varmışsan kimi

Ötməkdədir yenə quşlar,

Sadiq qalmaqdadır biri-birinə

Sıx meşə yolundakı ağaclar.

Bir yerdə görsəm deyirəm səni

Adını səsləsəm,

Gəlsəm qoluna girsəm deyirəm..

Alsam götürsəm səni

Bir yerdə qarşılıqlı bir şeylər içsək

Səni bir az da

gözlərimlə sevsəm deyirəm, əzizim.

gözlərimlə sevsəm.

Eşqə və tərəflərə dair

Əgər getdilərsə onlar, haraya getdilər?

Dünən, dünən sual etdim gözlərimə

Nə zaman görəcəyik biri-birimizi təkrar?

Və əgər dəyişibsə görüntün

Çılpaqmı, yoxsa əlcəklimidir əllərin?

Və ya necə duyulur göy üzünün səsi?

Çağlarkən suyun mavisi.

Sevda Sultanova üçün

Yəqin sən də eşitmisən

Deyirlər dünya bir filmdir,

İnsanlar da aktyorlar.

Və əgər belədirsə

Bütün bu teoriyalar

Sən bu filmin tənqidçisisən, əzizim.

Yalnız sən bizə həm bu qədər yaxın,

Həm də bu qədər uzaq ola bilərsən

Sən bu ağrılı filmdə

Bizim görmədiklərimizi görürsən.

Sən izlədiyin filmi də

Sanki yaşayırsan, əzizim.

Bundandır aramızdaymışsan

Kimi görünməyin,

Əslindəysə sən bizi

Kənardan izləyirsən,

Səhvimizi, düzümüzü

Ən yaxşı sən bilirsən.

Və təkcə sən bilirsən ki,

Nəyi daha yaxşı edə bilərdik

Və yaxud da “rejissor”

Bizdən nələri əsirgəyib.

Filmin hansı yerlərində

İşığımızı, səsimizi, sözümüzü,

Yerimizi düzgün verməyib.

Və yalnız sən, əzizim,

Bizim bəsit, məişət həyatımızı

Sanki bir sənət filmiymiş kimi

İzləyə bilərdin.

Bizə bu dəyəri yalnız sən verə bilərdin, əzizim.

Təkcə sən verə bilərdin.

# 3754 dəfə oxunub

Oxşar xəbərlər

Eliotla dostluq etdi, Freyd onunla şəxsən tanış olmaq istədi...  - Pulitser mükafatlı kölgədə qalan "kosmik şair"

Eliotla dostluq etdi, Freyd onunla şəxsən tanış olmaq istədi... - Pulitser mükafatlı kölgədə qalan "kosmik şair"

12:00 5 avqust 2026
Pasifist mövqeli Dante aşiqi - Onu niyə "macar modernizminin beyni" adlandırırdılar?

Pasifist mövqeli Dante aşiqi - Onu niyə "macar modernizminin beyni" adlandırırdılar?

12:30 4 avqust 2026
Ovudulmaz ağrılar aşiqi - Afaq Məsud

Ovudulmaz ağrılar aşiqi - Afaq Məsud

11:00 4 avqust 2026
Eyni yuxunu görən Nəriman Həsənzadə və Şahmar Əkbərzadə  - Hansı el şairi ona buta vermişdi?

Eyni yuxunu görən Nəriman Həsənzadə və Şahmar Əkbərzadə - Hansı el şairi ona buta vermişdi?

15:30 1 avqust 2026
"Mütəxəssislərin sözü eşidilmir, ictimai qınaq kar eləmir…" - Bu işə kim əncam çəkəcək?

"Mütəxəssislərin sözü eşidilmir, ictimai qınaq kar eləmir…" - Bu işə kim əncam çəkəcək?

16:30 31 iyul 2026
Həqiqətənmi kitabın rəqibi sosial şəbəkələrdir? - Mətanət Vahid

Həqiqətənmi kitabın rəqibi sosial şəbəkələrdir? - Mətanət Vahid

11:00 30 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər