Bu heykəllərə baxmağa qorxacaqsınız - FOTOLAR

Bu heykəllərə baxmağa qorxacaqsınız - <span style="color:red;">FOTOLAR
11 sentyabr 2017
# 15:01

Kulis.az dünya ölkələrindən 10 ən qəribə heykəltəraşlıq nümunələrini təqdim edir:

1.“Ölümün öpüşü” Barselona. İspaniya.

“Ölüm öpüşü” ötən əsrin 30-cu illərində vəfat edən bir gəncin məzarüstü abidəsidir. Onun müəllifi hələ də mübahisəlidir. Deyilənlərə görə, bu abidə İnqmar Berqmanı “Yeddinci möhür” filmini çəkməyə ilhamlandırıb.

2. “Mavi mustanq” Denver. ABŞ.

“Mavi mustanq” həqiqətən də dəhşət oyadır. Həm də biləndə ki, o öz müəllifini öldürüb; heykəlin quraşdırılması zamanı atın başı qopub heykəltaraş Luis Ximenesin şah damarını zədələyib.

3. “Həqiqət”. İlfrakomb. Böyük Britaniya.

Hamilə qadının 20 metrlik heykəlində bir tərəfdən baxanda qəribəlik yoxdur. Amma bu biri tərəfdən biz qadının bətnindəki dölü də görə bilərik.

4. “Vicdan plaşı” Zaltsburq. Avstriya.

Don Juanı öldürən Komandor obrazını rəmzləşdirən heykəl Zaltsburq məbədinin cənub çıxışında qoyulub. Ümumiyyətlə bu heykəlin şəhərdə əkiz tayı çoxdur.

Картинки по запросу «Плащ совести»

5. “Çevrilmiş at”. Praqa. Çexiya.

Bu heykəlin Müqəddəs Vatslavın Praqanın mərkəzindəki atlı heykəlinə parodiya olaraq Devid Çerniy tərəfindən hazırlandığı məlumdur. Əvvəllər bu əsər də orijinalın yanında idi, sonralar çevrilmiş atı ticarət mərkəzinin tavanından asdılar.

Картинки по запросу «Перевернутый конь»

6. Monumental qəbiristanlıq. Milan. İtaliya.

Nə vaxtsa Monumental qəbiristanlıqda qəbirüstü abidəsi olmaq yalnız varlıların lüksü idi, bu günsə qəbiristanlıq açıq hava altında muzeyə bənzəyir.

7. “Asılmış oğlan”. Gent. Belçika.

Bu vahiməli heykəlin müəllifi və motivləri hələ də bəlli deyil. Amma onsuz da bu heykəl qorxulu və sirli görünür.

8. “Sallanmış adam”. Praqa. Çexiya.

Devid Çerninin daha bir əsəri damdan sallanan Ziqmund Freydi təsvir edir. Əsər o qədər maraq doğurub ki, Londona və Çikaqoya qastrola da gedib. Xarici tursitlərin çoxu səhvən onu Leninə bənzədir.

Похожее изображение

9. “Müqəddəs Varfolomey” Milan İtaliya.

Uzaqdan baxanda “Müqəddəs Varfolomey"də qəribə heç nə yoxdur, yaxınlaşanda isə, görürsən ki, çılpaq bədənin üstünə salınan ötrtük əslində dəridir. Varfolomeyin öz dərisi.

10. “Viktoriyanın yolu” Uiklou. İrlandiya.

Parkın salınması ideyası Viktor Lanqxeldə Hindistandan həqiqət axtarışlarından qayıdandan sonra gəlib. Viktorun fikrincə bu qandonduran heykəllər insana öz həyatının mənası haqda düşünməyə vadar etməlidir.

# 2205 dəfə oxunub

Oxşar xəbərlər

Başqa həyat - Anar

Başqa həyat - Anar

12:00 14 sentyabr 2025
Sakura ətirli məhəbbət romanı - Yunis Orucov

Sakura ətirli məhəbbət romanı - Yunis Orucov

17:45 12 sentyabr 2025
"Həmid Herisçi elə bilir ki, AYB-yə üzv olursansa..." - Orxan Həsəni

"Həmid Herisçi elə bilir ki, AYB-yə üzv olursansa..." - Orxan Həsəni

09:00 11 sentyabr 2025
“Ədəbi kruq”lar üslub rəngarəngliyinin və ideya zənginliyinin qarşısını alır - Anar Şamil

“Ədəbi kruq”lar üslub rəngarəngliyinin və ideya zənginliyinin qarşısını alır - Anar Şamil

10:00 6 sentyabr 2025
Başlanğıcdan sona sehrli Borxes gerçəkliyi...- Sevinc Mürvətqızı

Başlanğıcdan sona sehrli Borxes gerçəkliyi...- Sevinc Mürvətqızı

10:00 24 avqust 2025
"Bomboz həyat bağrımı çatladacaq..." -   “Tütək səsi”nin Cəbrayıl rolunu  niyə Şahmar Ələkbərova vermədilər?

"Bomboz həyat bağrımı çatladacaq..." - “Tütək səsi”nin Cəbrayıl rolunu niyə Şahmar Ələkbərova vermədilər?

10:00 23 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər