Çexov facebookda olsaydı

Çexov facebookda olsaydı
5 iyun 2013
# 08:00

“Hiylə” - Anton Çexov

Keçmişdə İngiltərədə ölüm cəzasına məhkum olunmuş cinayətkarlar cəsədlərini fizioloq və anatomlara satmaq haqları varmış. Bu şəkildə əldə olunan pulları bəzisi içkiyə xərcləyir, bəzisi də ailəsinə miras qoyurmuş.

Qorxunc bir cinayət işləyən bu məhkumlardan biri həkimə xəbər göndərir. Uzun və yorucu prosedurun sonunda özünü çox baha qiymətə sata bilir. Amma həkimdən pulu alan kimi birdən qəhqəhələrlə gülməyə başlayır. Həkim təəccüblə soruşur:

- Niyə gülürsünüz?

- Siz məni elə bildiz məni asacaqlar, ona görə aldınız. Amma mən sizi aldatdım. Məni yandıraraq öldürəcəklər. Ha...ha...ha...

“Qatil səhifə” - Xulio Kortasar

Şotlandiyada bir şəhərdə içində ixtiyari bir səhifəsi boş olan kitablar satılır. bu kitabı oxuyan adam günorta saat üç tamamda o səhifəyə çatırsa o zaman ölür.

“Yola düşmək” – Franz Kafka

Dərhal əmr etdim ki, tövlədən atımı gətirsinlər. Qulluqçu əmrimi başa düşmədi. Buna görə tövləyə özüm getməli oldum. Yəhəri atın üstünə atdım və bağladım.

Uzaqdan bir trompet (truba musiqi aləti) səsi eşidilirdi. Qulluqçudan bunun nə səs olduğunu soruşdum. O heç bir şey bilmirdi, onsuz heç nə eşitmirdi. Düz bağçanın qapısında yolumu kəsdi və:

- Hara gedirsiniz?

- Bilmirəm. Yalnız burdan bayıra çıxmaq istəyirəm. Yetər ki, burdan bayıra olsun. Məqsədimə çatmağın yeganə yolu budu.

- Yəni məqsədinizin nə olduğunu bilirsinizmi?

- Bəli, bir az əvvəl dedim də, burdan bayıra çıxmaq istəyirəm.

# 2676 dəfə oxunub

Oxşar xəbərlər

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

14:00 7 oktyabr 2026
"Tarix özünü  «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə  cavab

"Tarix özünü «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə cavab

11:00 7 oktyabr 2026
"Əgər xoşbəxtlik deyilən bir şey varsa..." - Sürgündə  yazan italyan yazıçı Natalia Ginzburq kim idi?

"Əgər xoşbəxtlik deyilən bir şey varsa..." - Sürgündə yazan italyan yazıçı Natalia Ginzburq kim idi?

10:00 7 oktyabr 2026
"Yaddaş, parçalanma və ayrılığın mümkünsüzlüyü..." - Sadra Abdollahi Hədiyyə Şəfaqətin romanı haqqında

"Yaddaş, parçalanma və ayrılığın mümkünsüzlüyü..." - Sadra Abdollahi Hədiyyə Şəfaqətin romanı haqqında

15:45 6 oktyabr 2026
Bədheybətlərlə empatiya qurmağı öyrədən yazıçı  Klayv Barker kimdir?

Bədheybətlərlə empatiya qurmağı öyrədən yazıçı Klayv Barker kimdir?

14:30 5 oktyabr 2026
"Başdan-ayağa qurama, karikatura, cansız, bədənsiz..." - Hekayə müzakirəsi

"Başdan-ayağa qurama, karikatura, cansız, bədənsiz..." - Hekayə müzakirəsi

15:00 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər