Sevək və bağışlayaq

Sevək və bağışlayaq
10 aprel 2017
# 13:55

Lalə Niftəliyeva

Bir neçə müddətdir ki, Rusiyada yaşayıram. Bura işıqlı və soyuq insanların məskənidir. Nə qədər gözəl mənzərələr, gülüşlər varsa, bir o qədər də acı səhnələr görmək olar. Bu gün də hər gün gəldiyim buzlu yolla evə qayıdırdım. Qar ərimək istəmir burda. Mənim baxışımla qış bütün fəsillərə qalib gəlib, hökmranlıq edir. Elə bu düşüncələrdəydim ki, bir mənzərə məni reallığın qucağına atdı. 50 yaşlarında balaca boy bir qadının yıxıldığını gördüm. Yanında iki 5 və 7 yaşlarında qız uşaqları var idi. Kömək etmək üçün tez yaxınlaşdım. Qadının balaca mavi gözlərindən yaş süzülürdü. Spirtin qoxusunu hiss etdim. Hə, içkiliydi. Bir az böyük olan uşaq çarəsizlikdən qışqırıb ağlamağa başladı. Dəhşətli bir mənzərə idi mənim üçün. Qocalmağa doğru gedən yolda iki parlaq qız uşağı dünyaya gətirmiş əlacsız bir sima. Özləri tək başına böyüməyə məhkum balaca körpələr. Qadına kömək etdiyim müddətdə balaca hönkürüb ağladı. Bir az özünə gələn ana qızına sarıldı və yollarına davam etməyə başladılar. Eyni yolu gedirdik. Balaca bir an hər şeyi unutdu. Gülərək qaçdı və öz balaca məsum dünyasında xoşbəxtliyinə qovuşdu.

Doğmalıq hissi bu olsa gərək. Yadıma gəlir valideynlərimin ölməsi üçün dua etdiyim anlar. Bu hisslər son zəngdə müəllimə hədiyyə verə bilməyəndə, atamın qardaşımı ağaca bağlayıb döydüyü vaxtda, anamın bir yumurtanı qırdığım üçün mənə şillə vurduğu anlarda olurdu. Sonra yanımdan bir kəpənək uçardı, göz yaşlarım yanağımda quruyardı. Sonra yenə xoşbəxt olub, hamını balaca qəlbimizə sığmayan böyük sevgiylə sevərdik.

Biz kənardan izlədiyimiz bu mənzərələrdə həmin qadına nifrət edirik. Amma o balaca uşaqlar onun hər səhvini bağışlaya bilir. Bu sözü hardasa eşitmişdim bir dəfə. Uşaqlar valideynlərini daha çox sevir. Bu “daha çox sevmək” deyil. Bu həmin o ilahi sevgidi. Heç bir qarşılıq ummadan, nəticə gözləmədən sevirlər. Bu sevgi qiblədir. Onun qarşısında diz çöküb, dua edək ki, onlar bizi bağışlasınlar.

# 1450 dəfə oxunub

Oxşar xəbərlər

“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti  müzakirə

“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti müzakirə

16:57 18 noyabr 2025
"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..."  - Nüşabə Hüseynli

"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..." - Nüşabə Hüseynli

16:39 17 noyabr 2025
"Əli ilə Ninonun münasibəti  mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

"Əli ilə Ninonun münasibəti mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

15:00 15 noyabr 2025
“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

14:00 15 noyabr 2025
Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

15:00 14 noyabr 2025
"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

17:24 13 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər