İlahə şeirləri

İlahə şeirləri
16 yanvar 2013
# 15:30

Kulis.Az Qismətin yeni şeirlərini təqdim edir.

1. İlahənin yuxusu

Sənin qıvrılıb, yumaq olub

mışıl-mışıl yatdığın gecələr

mən o qədər əlimi çənəmə qoyub

sakit-sakit baxmışam ki, sənə...

O qədər düşünmüşəm ki...

Dənizgözlüm,

bir gün gözlərinə baxa bilməsəm,

bir gün əllərini tuta bilməsəm,

bir gün saçlarının qoxusu ilə

ovsuna düşməsəm, sehrlənməsəm -

bir gün dodaqların hökmsüz olsa,

sənin öpüşünlə möhürlənməsəm,

onda bu dünyada,

bu boz dünyada

rüşvət də versələr yaşayammaram...

Mən balıqlar bürcü, sən dənizgözlü

gözlərin olmasa ölüyəm demək.

bircə gülüşünlə üzüm gülürsə,

mən sənin dərdindən dəliyəm demək.

Dizini qatlayırsan, çay içirsən

birdən gözlərimiz sataşır

onda dodağına bir gülüş qonur

bəyaz bir gülüş,

sevgili bir gülüş,

göyərçin bir gülüş...

Sən yuxuda olanda

mən nələr düşünürəm, nələr...

özümü düşünürəm

və heç vaxt da bağışlamıram !

2. Xatirə

Bir dəfə, bir dəfə, nəsə bir dəfə

yolum uzaq-uzaq ellərə düşdü.

onda İlahədən bir mesaj gəldi :

"sənsiz yuvasızam".

3.Olsa...

Sən zəif canınla, zərifliyinlə

elə işıqsan ki, elə nursan ki,

dünyada bircə fəsil qış olsa,

vız gələr, dənizgözlü günəşim.

4. Adsız

Pişik alaq süd içsin, çiçək alaq sula sən,

Əllərini şərf kimi boğazıma dola sən,

Çay dəmlə, məni gözlə, durub boylan yola sən,

Mən əlidolu gəlim, cumub məni qucaqla,

əlimdən yerə düşsün aldığım oyuncaqlar...

Sənin mənə "Can" deyən şirin dilindən öpüm,

O dəniz gözlərindən, o gül telindən öpüm,

Durum yazımın üstdən, gəlim əlindən öpüm,

O zərif əllərindən, o yumşaq əllərindən,

O körpə əllərindən, o uşaq əllərindən...

Halal olsun ruzimiz, haqq bizdən razı olsun,

Üstümüzdə həmişə bərəkət tozu olsun,

Əşşi mən nə dedim ki, olsun, qızımız olsun,

Anasından naz alsın, atasından dəyanət

Səadət bu deyilsə, onda nədir səadət ?

# 7065 dəfə oxunub

Oxşar xəbərlər

"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

11:40 26 may 2026
50 yaşından sonra ilk kitabı çap olunan 10 məşhur yazıçı

50 yaşından sonra ilk kitabı çap olunan 10 məşhur yazıçı

10:15 26 may 2026
Əri üçün müsəlman oldu, amma boynundakı xaçı gizlətdi - "Lal ev"in böyük sirri

Əri üçün müsəlman oldu, amma boynundakı xaçı gizlətdi - "Lal ev"in böyük sirri

10:00 26 may 2026
"Hər şeyinizi sevgiyə verin..." -  Emersonla Rumini birləşdirən ortaq məqam nə idi?

"Hər şeyinizi sevgiyə verin..." - Emersonla Rumini birləşdirən ortaq məqam nə idi?

15:00 25 may 2026
"Caz poeziyasının atası" adlandırılan şair - O,  Bakı səfəri haqqında nə yazmışdı?

"Caz poeziyasının atası" adlandırılan şair - O, Bakı səfəri haqqında nə yazmışdı?

15:30 22 may 2026
"Lərzə"ni vərəqləyəndə... - Allahı bu qədər "yaxından" kim görmüşdü?!

"Lərzə"ni vərəqləyəndə... - Allahı bu qədər "yaxından" kim görmüşdü?!

17:00 21 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər