Neapolu gömək

Neapolu gömək
25 may 2015
# 13:15

Kurt Marti

Kurt Marti 1921-ci ildə Berndə anadan olub. İlahiyyatçılıq və siyasət üzrə təhsil alıb. Protestant keşişi olan Martinin novella və hekayələri adətən “İsveçrə şərtləri” ilə bağlıdır.

Taxtadan bir divar düzəltmişdi. Taxtadan divar fabriki görməyə mane olurdu. Fabrikə nifrət edirdi. Fabrikdəki işindən zəhləsi gedirdi. İşlətdiyi aparatdan da zəhləsi gedirdi. Öz-özünə sürətlənən aparatın tempindən zəhləsi gedirdi. Onu rahat bir yaşama, bir evə və balaca bir həyətə qovuşdurmaq üçün sürətli işləməklə alacağı bəxşişlər üçün özünü parçalamaqdan zəhləsi gedirdi. Hər səfərində “bu gecə yenə sıçradın” deyən arvadından zəhləsi gedirdi. Amma yuxuda olanda əlləri sıçramağa davam edirdi. İşinin sürətli ritminə görə sıçrayırdılar. “Özünə diqqət elə, artıq sürətli işləmək sənlik deyil” deyən həkimindən zəhləsi gedirdi. O, qocalmaq istəmirdi. O, daha az maaş almaq istəmirdi. Çünki az işləməyin pis cəhəti daim bu olmuşdu – daha az maaş.

Sonra da xəstələndi. Qırx il işlədi və bir sürü nifrətdən sonra ilk dəfə xəstə düşdü.

Yatağında uzanıb pəncərədən çölə baxırdı. Balaca həyətini görürdü. Kiçik həyətinin qurtardığı yeri də görürdü - taxtadan çəpəri. Ondan o tərəfi görmürdü. Fabriki görmürdü. Sadəcə balaca həyətində ilk baharı və rənglənmiş taxta hasarı görürdü. “Yaxında, çölə çıxa bilərsən. Hər şey yaxşı olacaq” deyirdi arvadı. Ona inanmırdı. Darıxdığından “Həmişə bu balaca həyəti görürəm, başqa heç nəyi. Canım sıxılır. Həmişə eyni balaca həyət. O andıra qalmış çəpərin iki taxtasını sökün, başqa bir şey görə bilim” deyə arvadına üç dəfə səsləndi. Qadın qorxmuşdu. Qonşuya qaçdı. Qonşu gəlib divarın iki taxtasını sökdü.

O, pəncərədən baxırdı. Fabrikin bir hissəsini görə bilirdi artıq. Ancaq bir həftədən sonra “Fabrikin elə eyni hissəsini görürəm. Bu məni rahatlatmır” dedi. Qonşu gəlib taxta divarın bir hissəsini də sökdü. Xəstənin gözləri xoşbəxtcəsinə fabrikə zilləndi, bacanın üstündən çıxan dumanın havadakı oyununu izlədi. Maşınların giriş-çıxışını, insan selinin sabahları gəlişini, axşamları gedişini seyr etdi. On dörd gündən sonra divarın bütün hissəsinin sökülməsini istədi. “Otaqlarımızı, yeməkxananı heç görmürəm” deyə dərd etmişdi. Otaqları, yeməkxananı, beləcə fabrikin bütün hissəsini görüncə, xəstənin gərgin üzünü gülümsəməsi yumşaltdı. Bir neçə gün sonra da öldü.

Tərcümə etdi: Nahid

# 3175 dəfə oxunub

Oxşar xəbərlər

İnsan öz içində nə vaxt ölür? – “Tənhalıq həsrəti” haqqında

İnsan öz içində nə vaxt ölür? – “Tənhalıq həsrəti” haqqında

10:00 24 oktyabr 2026
"Oğulluq borcumu yerinə yetirə bilmədim..." - Ərtoğrol Cavid hərbi xidmətdən əvvəl kimə məktub yazmışdı?

"Oğulluq borcumu yerinə yetirə bilmədim..." - Ərtoğrol Cavid hərbi xidmətdən əvvəl kimə məktub yazmışdı?

15:00 22 oktyabr 2026
Sorğu:  Vətən sevgisi, yoxsa “yanağından yağ damanların” alveri? – Ədəbi mühitdə Qarabağ MÜBAHİSƏSİ

Sorğu: Vətən sevgisi, yoxsa “yanağından yağ damanların” alveri? – Ədəbi mühitdə Qarabağ MÜBAHİSƏSİ

11:15 20 oktyabr 2026
"İçimə dünyalar qədər ümid sığışdırmaqdan yoruldum..." - Nilgün Marmaranın ölümünün gizli məqamları

"İçimə dünyalar qədər ümid sığışdırmaqdan yoruldum..." - Nilgün Marmaranın ölümünün gizli məqamları

16:00 13 oktyabr 2026
"Heç nə" haqqında bilmədiklərimiz... - "Havalı Alı" hansı suallarımıza cavab verir?

"Heç nə" haqqında bilmədiklərimiz... - "Havalı Alı" hansı suallarımıza cavab verir?

15:00 12 oktyabr 2026
Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

16:00 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər