Offline Xalq

Offline Xalq
19 noyabr 2015
# 15:47

Fransa-Azərbaycan bayraqları arasında gedən əzəli rəqabət internet kəsintisi ilə əvəzləndi. Sosial şəbəkə qurdlarına sadəcə yeni bir mövzu lazımdır. Həmin an statuslar yazılır, mətbuatda yazılar yerləşdirilir.

6-7 saatlıq internetsizliyə fərqli şəkildə şərhlər verildi. İnternetin olmamasına sevinənlər də az deyildi, məlum bir çox iş yerlərində internet olmazsa iş dayanır, bu da yaxşıca istifadə olunmalı bir hadisədir. Qəribə, gülməli yazılar qarşıma çıxdı, internetin olmaması nazirin gedişi ilə də əlaqələndirildi.

Görəsən internet olmasaydı, məşğuliyyətimiz nə olardı? Ümumiyyətlə, internetsiz yaşamaq mümkündürmü? Bu suallardan yola çıxaraq kiçik bir araşdırma apardım. Görəsən heç internetin olmadığı yerlər varmı deyə.

Qarşıma olduqca maraqlı bir xalq çıxdı. Bu insanlar mobil telefondan, maşından, elektrikdən, bir sözlə texnologiyanın verdiyi bütün nemətlərdən imtina ediblər. Özlərinin sadə amma qısqanılacaq dərəcədə rahat, qeyri-adi həyat tərzləri ilə seçilirlər dünya xalqlarından.

Allahın insanı sadə bir həyat üçün yaratdığına inanırlar Amişlər (Amish). Buna görə də sadə həyata zərər vuran hər cür yenilikdən qaçırlar. Ümumiyyətlə, vergi ödəməzlər. Baxmayaraq ki, Amerikada vergidən yayınmaq olmaz. Sadəcə satdıqları mala qarşılıq hərdən bələdiyyə vergisi ödəyərlər. Əsgərlik deyə bir anlayışa onların yaşamında rast gəlinməz.

Qəribə xüsusiyyətlərindən biri isə ancaq noyabr ayında evlənmələridir. Bunun səbəbi isə noyabr ayında məhsulun bol olmasından irəli gəlir.

Azərbaycanda belə bir yaşam tərzinə üstünlük veriləcəyinə inanmaram. Amma doğurdan insan hərdən belə bir sakit həyat arzulayır. Şəhərin səs-küyündən, tıxacından, problemlərindən uzaq dinc bir həyat tərzi...

Onu da qeyd edim ki, belə bir yaşayış tərzi sadəcə Amişlərə aid deyil. Onlarla bərabər belə bir çox xalqlar var. Sadəcə son günlər diqqətimi bu xalqın üzərindən çəkə bilmirəm. Nə yalan deyim, yaşam tərzlərini qısqandım.

http://lancasterpa.com/amish/amish-people/ - Amiş xalqı haqqında daha ətraflı məlumatı burdan əldə edə bilərsiniz.

# 1850 dəfə oxunub

Oxşar xəbərlər

Mirmehdi Ağaoğlunun Mirzə Cəlilə dərs keçməkliyi - Təvəkkül Boysunar

Mirmehdi Ağaoğlunun Mirzə Cəlilə dərs keçməkliyi - Təvəkkül Boysunar

12:00 20 may 2026
"Ətin tökülsün, Kəramət!" - Bu qəhrəman niyə deputat olmaq istəyir?

"Ətin tökülsün, Kəramət!" - Bu qəhrəman niyə deputat olmaq istəyir?

17:00 19 may 2026
Rüstəm Dastanoğlu xalqın ağrılarına biganə qalmayan nasirdir - Nağdəli Zamanov

Rüstəm Dastanoğlu xalqın ağrılarına biganə qalmayan nasirdir - Nağdəli Zamanov

16:00 19 may 2026
Bürokratik cəhənnəm və absurd: Kafkanı oxumağa haradan başlamalıyıq?

Bürokratik cəhənnəm və absurd: Kafkanı oxumağa haradan başlamalıyıq?

11:30 19 may 2026
Unudulmamağın haqqını vermək - Nadir Yalçın

Unudulmamağın haqqını vermək - Nadir Yalçın

17:00 15 may 2026
"Şərif Ağayarın ən böyük günahı oxucunun intellektinə güvənməməsidir..." - Orxan İsmayılov

"Şərif Ağayarın ən böyük günahı oxucunun intellektinə güvənməməsidir..." - Orxan İsmayılov

13:00 14 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər