Türk şairlərindən qeyri-adi əhvalatlar

Türk şairlərindən qeyri-adi əhvalatlar
10 may 2019
# 15:32

Kulis.az türk şairlər haqda maraqlı əhvalatları təqdim edir.

Can Yücel bir sərgidə gəzişərkən gözəl bir xanım ona yaxınlaşır:

- Can bəy, tanışlığımıza necə şad oldumsa, ifadə eləyə bilmirəm. Sizin ən sadiq oxucunuzam. Vurğunam sizə. Can Yücel gülümsəyir:

- Demək belə, onda gəlin evimə gedək.

Qadın küskün bir ifadəylə:

- Aşk olsun, Can bəy!

Şair qətiyyətlə:

- Aşk da olacaq əlbət!

***

Can Yücel bir yazar dostu ilə Bodruma gedirmiş. Avtobus yolda qısa ehtiyac fasiləsi verir. Beş dəqiqədən sonra hamı avtobusda olur, təkcə Can Yüceldən başqa. Hamı onu axtarır. Bir az sonra əlində bir paketlə avtobusa çıxır. Konduktor soruşur:

- Can baba, hardaydın? Hamı səni axtarırdı.

- Balaca bir rakı almağa getmişdim.

- Amma beş dəqiqəlik fasilə vermişdik, vaxt idi bunun?

- Mən də qısa fasilə olduğuna görə balaca rakı aldım!

***

Can Yücelin 70 illik yubileyi keçirilirmiş. Aparıcı sözü yubilyara verəndə zarafatla onu belə təqdim edir:

- Qarşınızda, türkcəylə oynayan şair!

Söz başlayan şair belə deyir:

- Səhvin var, türkcə mənimlə oynayır.

***

Bir nəfər Necip Fazıl Kısakürekə deyir:

- Fransada yeni çıxan bir ensiklopediyaya Türkiyədən ancaq iki şairin adını salıblar.

N.F.Kısakürek dərhal soruşur:

- İkincisi kimdi?

***

N.F.Kısakürekdən soruşublar:

- Ustad, şəxsi avtomobiliniz yoxdur?

Şair cavab verib:

- Ona ən axırda minəcəm.

***

Məhkəmədə hakim Necip Fazilə deyir:

- Bax, səni bundan sonra bir də qarşımda görməyəcəm, yaxşı?

N.Fazil soruşur:

- Cənab hakim, işinizdən istefa verirsiniz?

***

Sait Faiq qış vaxtı xəstəlikdən əziyyət çəkən dostları ilə söhbət edirmiş.

- Mən əvvəllər soyuqlayanda tez bir əlac qılardım.

- Nə edirdin ki?

- Dərhal bir meyxanaya gedib yarım litr rakı sifariş verərdim. Yarım saatdan sonra bir şey qalmazdı.

- Xəstəliyindənmi?

- Yox əşi, rakıdan.

***

Yəhya Kamal bir yoxuşu çıxıb təngnəfəs olur. Yoxuşun sonunda bir kafedən ofisiant qışqırır:

- Buyurun bəy, bir şey alacaqsınız?

- Oğlum, imkan olsa bir nəfəs almaq istəyirəm.

***

Nazim Hikmət Bursada həbsxanasında cəza çəkirmiş. Bir gün Ədliyyə Nazirliyindən bir müfəttiş həbsxananı yoxlamağa gəlir. Həbsxana rəisindən xahiş edir ki, Nazim Hikməti çağırsın, onunla görüşmək istəyir.

Nazimi çağırırlar. Otağa daxil olur. Aralarında qısa söhbət olur. Amma nazirliyin əməkdaşı Nazimə oturmağı təklif etmir. Söhbətdən sonra “gedə bilərsiniz”, — deyir. Nazim qapıdan çıxarkən geri dönür və müfəttişdən soruşur:

- Ömər Xəyyamı tanıyırsınız?

- Əlbəttə. Onu tanımamaq olarmı?

- Bəs Ömər Xəyyamın dövründə padşah kim olub, deyə bilərsiniz?

Müfəttiş bu gözlənilməz sualdan təəccüblənir və cavab verə bilmir. N.Hikmət deyir:

- Görürsünüz, sənətkarı xatırladınız, amma padşahı xatırlamadınız. Vaxt gələcək, nə ədliyyə nazirini xatırlayacaqlar, nə də sizi. Amma mənim adımı hər zaman xatırlayacaqlar.

Bunu deyib çıxıb gedir. Müfəttiş səhvini başa düşür. Onu çağırsa da, şair geri dönmür.

# 3769 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

13:00 24 sentyabr 2026
"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

12:00 24 sentyabr 2026
İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

13:25 23 sentyabr 2026
“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı...  - Müharibə romanları necə olmalıdır?

“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı... - Müharibə romanları necə olmalıdır?

12:00 23 sentyabr 2026
Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi   necə adlandırmışdı?

Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi necə adlandırmışdı?

10:00 22 sentyabr 2026
Stiven Kinq: “Dəhşət ədəbiyyatı" çağdaş dövrün insanına daha yaxın ədəbi janrdır..."

Stiven Kinq: “Dəhşət ədəbiyyatı" çağdaş dövrün insanına daha yaxın ədəbi janrdır..."

14:00 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər