Qan Turalı: “Mən Rəsul Rza tərəfdəyəm”

Qan Turalı: “Mən Rəsul Rza tərəfdəyəm”
27 fevral 2017
# 15:36

“Ədəbiyyat qəzeti” “Dilemma” adlı yeni layihəyə başlayır. Bəzən elə an gəlir ki, o vaxt seçim etməli olursan, özü də yaxşı və ya pis arasından deyil, iki yaxşı arasından. Bu layihədə müsahiblər “bu və ya bu” tipində suallar veriləcək. Qoy, öz seçimlərini etsinlər.

Cavabları təqdim edirik. İlk qonağımız yazıçı Qan Turalıdır.

- Poeziya, yoxsa proza?

- Əlbəttə ki, proza...

- Rəsm, yoxsa heykəltəraşlıq?

- Heykəltəraşlıq...

- “Molla Nəsrəddin”, yoxsa “Füyuzat”?

- “Molla Nəsrəddin” böyük bir sənət hadisəsidir və aradan nə qədər zaman keçsə belə düşüncəmin formalaşmasına çox təsir edib. Mirzə Cəlil olmasaydı mən də olmazdım.

- “Oxu tar”, yoxsa “Oxuma tar”?

- Proletkultçulara rəğbətim böyükdür.

- Folkner, yoxsa Heminquey?

- Folkneri başa düşmürəm. Mənimki Heminqueydir.

- Ənənə, yoxsa müasirlik?

- Bunlar bir-birini inkar etmir. Homerin də Homeri var.

- Elm, yoxsa din?

- Elm mənim üçün əsasdır. Lakin onun daxilimizdəki ekzistensional suallara cavab vermək missiyası yoxdur. Dinin cavabları isə qaneedici deyil. Belə hallarda biz, Rasselin elmlə dinin arasındakı sahibsiz torpaq adlandırdığı fəlsəfəyə sığınırıq. Fəlsəfənin təsəllisinə daim ehtiyacımız var.

- Aşıq musiqisi, yoxsa muğam?

- Özümü nihilist hesab etmirəm, amma muğam mənə çatmır. Yalandan danışa bilmərəm. Yenə saz bir az...

- Sartr, yoxsa Kamü?

- Əvvəllər Sartr idi. İndi Kamyu...

- Teatr, yoxsa kino?

- Baxmaq üçün teatr, yazmaq üçün film.

- “Məhşər”, yoxsa “İdeal”?

- İsa Hüseynovu sevirəm, Muğanna təkcə mənim üçün yox, ümumiyyətlə anlaşılmazdır. “Məhşər” ən yaxşı romanlarımızdan biridir. İsa Hüseynovun isə ən yaxşı romanıdır.

- Düma, yoxsa Coys?

- Əlbəttə ki... Təbii ki... Şəksiz ki... Düma!

- Realizm, yoxsa postmodernizm?

- Realizm ölüb, yerdən götürəni yoxdur. Özümü postmodernistlərə yaxın sayıram.

- Sənət sənət üçün, yoxsa sənət xalq üçün?

- Bu bölgü sünidir, sənət üçün yazılan çoxlu zibillər var, xalq üçün yazılan şedevrlər. Yüz il əvvəlin bölgüsüdür, zaman bölgünün iki tərəfini yox, ümumiyyətlə bölgünün özünün yanlış olduğunu göstərdi.

- Dostoyevski, yoxsa Tolstoy?

- Tolstoy, Tolstoy, Tolstoy. Hərçənd şüurumun inkişafında Dostoyevskinin təsiri böyükdür.

- Əsərlərimi yandır deyə vəsiyyət edən Kafka, yoxsa dostunun sözünə əməl etməyən Maks Brod?

- Kafka XX əsrin ən böyük yazıçısıdır.

- Səməd Vurğun, yoxsa Rəsul Rza?

- Səməd Vurğun köhnə epoxanın son mogikandır. Rəsul Rza yeni epoxanın ilk. Mən Rəsul Rza tərəfdəyəm.

- Bakı, yoxsa mədəniyyət mərkəzi Paris?

- Özümü xoşbəxt hiss edəndən sonra mənə hər yer Şan Elize kimi gəlir.

- Oxucunun istəyi, yoxsa müəllifin diqtəsi?

- Bunları necə ayırmaq olar? Müəllif əsərinin ilk oxucusu deyilmi? Və oxucularla bir yerdə yaşadığı zamanın nəfəsi müəllifə də dəymirmi?

# 2724 dəfə oxunub

Oxşar xəbərlər

Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

11:00 3 iyul 2026
Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə Akimova

Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə Akimova

17:50 2 iyul 2026
Linkolnla görüşdü, yazdığı əsərləri unutdu, bir kitabla tarixi dəyişdirdi... - "Tom dayının daxması"nın müəllifi haqqında maraqlı faktlar

Linkolnla görüşdü, yazdığı əsərləri unutdu, bir kitabla tarixi dəyişdirdi... - "Tom dayının daxması"nın müəllifi haqqında maraqlı faktlar

15:00 1 iyul 2026
Tadeuş Borovskinin “düşərgələşmiş insan” obrazı  nəyi təsvir edirdi?

Tadeuş Borovskinin “düşərgələşmiş insan” obrazı nəyi təsvir edirdi?

14:30 1 iyul 2026
"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

10:00 28 iyun 2026
Süni intellekt əsrində yaşayanların stolüstü kitabı - Gələcəyin insanı necə düşünəcək?

Süni intellekt əsrində yaşayanların stolüstü kitabı - Gələcəyin insanı necə düşünəcək?

15:00 25 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər