Ramiz Rövşənin "ağlaşma ədəbiyyatı" heç kimə lazım deyil!

Ramiz Rövşənin "ağlaşma ədəbiyyatı" heç kimə lazım deyil!
1 avqust 2024
# 17:18

Kulis.az Tural Turanın yeni yazısını təqdim edir.

Azərbaycan oxucusunun peşəkarlığı və tələbkarlığı artmadıqca bizdən dünya ədəbiyyatına çıxan şair və yazıçılar olmayacaq. Öncə millət, xalq olaraq böyüməliyik. Bədii və ədəbi təfəkkürümüzün sarı simini əbədi və yekdil olaraq XXI yüzilə və ondan sonrakı əsrlərə kökləməliyik.

Bizim oxucu hələ də Ramiz Rövşəni, Salam Sarvanı böyük şair hesab edir. Əslində, Salam Sarvan Ramiz Rövşəndən daha orijinal şairdir. Ramiz Rövşən isə folklorun, ən yaxşı halda bir yenilikçi, tapıntı misranın başına "qara paltar" keçirib, ay işığına dırmaşdırır, daha sonra "başı kəsik gözəl kötük(?)"lərin üstündə boynunu vurur.

Dünya oxucusuna ay işığının adamı yerə mıxlaması maraqlandırmır, dünya oxucusu eşitmədiyini, təsəvvüründən uzaq şeyləri səndən eşitmək istəyir...

Salam Sarvanın, Ramiz Rövşənin "ağlaşma ədəbiyyatı" ancaq Şərqin geridəqalmış xalqlarına lazımdır. Onlar da şeirdən daha çox "bir kısmat əppəh" haqqında düşünürlər.

Bizimkilər də Ramiz Rövşənin "göy üzü aylı-ulduzlu, baxır Allah gizli-gizli..." kimi çeynənmiş fikirləri önündə təzim edirlər... Ona görə də Biləcəri stansiyasında şairlərin və yazıçıların tıxacı yaranıb, atam balaları...

Bizdən fərqli olaraq ermənilər Sarmeni, Qurgen Maharini, gürcülər Georgi Kekelidzeni, Aka Morçiladzeni dünyaya çıxarmağı bacardılar. Çünki Nodar Dumbadzedən sonra gürcü ədəbiyyatında, Nairi Zaryandan sonra erməni ədəbiyyatında yeni mərhələ başladı. Həmin mərhələnin adı "elit oxucu mərhələsi" idi. Ədəbiyyata və dünyaya baxışı dəyişdilər və bacardılar. Biz isə təfəkkürümüzdən kənara çıxmağı istəmirik... Dünyanın ədəbi təfəkkür oxu isə bizim şüur orbitimizdən xeyli uzaqda fırlanır, xanımlar və cənablar...

# 4451 dəfə oxunub

Oxşar xəbərlər

"Gərək özünüz öləsiniz..." - Müəllif oxucunu hansı sualla baş-başa qoyur?

"Gərək özünüz öləsiniz..." - Müəllif oxucunu hansı sualla baş-başa qoyur?

14:50 3 iyun 2026
"Bu cür hekayələri yazmaq qayğanaq bişirmək qədər asandır" - Hekayə müzakirəsi

"Bu cür hekayələri yazmaq qayğanaq bişirmək qədər asandır" - Hekayə müzakirəsi

12:00 3 iyun 2026
Unudulmuş Nobel mükafatçısı - O, reenkarnasiya haqqında hansı şah əsəri yazıb?

Unudulmuş Nobel mükafatçısı - O, reenkarnasiya haqqında hansı şah əsəri yazıb?

17:05 2 iyun 2026
Seymur Baycanın və Günel Mövludun yerinə utanıram - Ulucay Akif

Seymur Baycanın və Günel Mövludun yerinə utanıram - Ulucay Akif

13:00 2 iyun 2026
Alfa nəslinin ədəbiyyatı - Uşaqların diqqətini maraqsız mətnlə cəlb etmək mümkündürmü?!

Alfa nəslinin ədəbiyyatı - Uşaqların diqqətini maraqsız mətnlə cəlb etmək mümkündürmü?!

16:00 1 iyun 2026
"Ağlaya-ağlaya əlyazmalarımı yandırırdım..." - Anna Zegers ölüm düşərgəsi haqqında nə yazmışdı?

"Ağlaya-ağlaya əlyazmalarımı yandırırdım..." - Anna Zegers ölüm düşərgəsi haqqında nə yazmışdı?

13:30 1 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər