Nazir Qəbələdə mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub

Nazir Qəbələdə mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
22 iyul 2022
# 16:20

Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Anar Kərimov iyulun 21-də Qəbələ rayon Mədəniyyət Mərkəzində vətəndaşları qəbul edib. Qəbuldan sonra nazir icra başçısının müşayiəti ilə Qəbələdə bir sıra mədəniyyət müəssisələrinə və tarixi abidələrə baş çəkib.

Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən bildirilib.

Mədəniyyət naziri Qəbələdə vətəndaşları qəbul edib

Anar Kərimov Mədəniyyət Nazirliyi tərəfindən cari ildə əsaslı təmir edilən Qəbələ şəhər Uşaq incəsənət məktəbinə baxış keçirib. Bildirilib ki, 1969-cu ildə fəaliyyətə başlayan incəsənət məktəbində 332 şagird təhsil alır, 66 müəllim çalışır.

Nazir Qəbələdə mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub

Qəbələ Rayon Heydər Əliyev Mərkəzi ilə tanışlıq zamanı nazirə məlumat verilib ki, 2007-ci ildən fəaliyyət göstərən mərkəzdə ulu öndərin həyatının və dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən ekspozisiya yaradılıb. Burada ulu öndərin müxtəlif illərdə Qəbələyə səfərlərlə bağlı fotolar da nümayiş olunur.

Sonra nazir Qəbələ Tarix-Diyarşünaslıq Muzeyinə baxış keçirib. Məlumat verilib ki, muzeyin arxeologiya, etnoqrafiya, numizmatika, qədim əlyazmalar, nadir kitablar, xalq yaradıcılığının müasir nümunələri və rayonun təbii sərvətlərindən ibarət eksponatları, tarixi abidələri, əhalisinin etnik tərkibi, coğrafi şəraiti, bitki və heyvanat aləmi, mədəniyyətin və iqtisadiyyatın müasir vəziyyəti və onların inkişaf perspektivləri Qəbələ haqqında təsəvvür yaratmağa imkan verir. Muzeyin fondunda Qəbələdə aparılmış arxeoloji qazıntılar zamanı aşkar edilmiş Antik və Orta əsrlərə aid artefaktlar da toplanıb.

Səfər çərçivəsində 130 min nüsxə kitab fondu olan Qəbələ rayon Mərkəzi Kitabxanasına da baxış keçirilib, kitabxananın fəaliyyəti barədə məlumat verilib.

Anar Kərimov rayon mərkəzindən təxminən 18 kilometr cənub-qərbdə, indiki Çuxur Qəbələ və Tövlə kəndləri ərazisində yerləşən, qədim Qəbələ şəhərinin qalıqları üzərində yaradılan Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna və Qəbələ Arxeoloji Mərkəzinə də baş çəkib, qoruq ərazisində arxeoloji qazıntılar zamanı aşkar olunan eksponatlarla tanış olub. Tanışlıq zamanı məlumat verilib ki, Qəbələ Dövlət Tarix-Bədii Qoruğu 1978-ci ildə yaradılıb. Qoruq tarix, mədəniyyət, memarlıq, etnoqrafik, arxeoloji abidələrin, eləcə də tarixi hadisə və şəxsiyyətlərlə bağlı olan xatirə yerlərinin və onların əşyalarının yerləşdiyi ərazini əhatə edir. 2005-ci ildən SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşəbbüsü, təşkilatçılığı və maliyyə dəstəyi ilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqları, 2009-cu ildən isə Cənubi Koreyadan olan arxeoloqlar qoruq ərazisində qazıntılar aparır.

Nazir qoruqda “Qafqaz Albaniyasının paytaxtı – Qəbələ” filmini izləyib.

Nazir Qəbələdə mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub

Daha sonra Anar Kərimov Qəbələdə arxeoloji qazıntıların aparıldığı Səlbir və Qala ərazilərinə də baxış keçirib.

Mədəniyyət naziri Qәbәlә rayonunun Nic qəsəbəsində Müqəddəs Məryəm Ana kilsəsini (XIX əsr) və Müqəddəs Yelisey adına Cotari kilsəsini (XIX əsr) də ziyarət edib. Məlumat verilib ki, 2020-ci ildə Müqəddəs Məryəm Ana Alban kilsəsi Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə bərpa edilib. Cotari alban-udi kilsəsi yerli sakinlərin vəsaiti hesabına 1723-cü ildə inşa edilib. Kilsənin adı qəsəbədəki Cotari məhəlləsinin adından götürülüb.

Mədəniyyət müəssisələri ilə tanışlıqdan sonra nazir Anar Kərimov rayon Mədəniyyət Mərkəzində Qəbələ Xalq Teatrının üzvləri ilə görüşüb, Qəbələ və İsmayıllı rayonlarının bədii kollektivlərinin ifasında konsert proqramını izləyib.

Nazir Qəbələdə mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub

# 3641 dəfə oxunub

Oxşar xəbərlər

İrlandiya və Niderland “Avroviziya”da iştirak etməyəcək – Səbəb

İrlandiya və Niderland “Avroviziya”da iştirak etməyəcək – Səbəb

13:00 18 sentyabr 2026
Ədəbiyyat məsələlərinə aid müzakirə keçirildi

Ədəbiyyat məsələlərinə aid müzakirə keçirildi

12:40 18 sentyabr 2026
1064 dəfə oynanan “Vaqif”dən səssiz dəfnə qədər... - Adil İsgəndərov niyə teatrdan getmişdi?

1064 dəfə oynanan “Vaqif”dən səssiz dəfnə qədər... - Adil İsgəndərov niyə teatrdan getmişdi?

12:00 18 sentyabr 2026
XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində konsert proqramı

XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində konsert proqramı

11:54 18 sentyabr 2026
Milli Kitabxanada Milli Musiqi Günü ilə bağlı sərgilər açıldı

Milli Kitabxanada Milli Musiqi Günü ilə bağlı sərgilər açıldı

11:40 18 sentyabr 2026
Afra Saraçoğlu saxlanıldı

Afra Saraçoğlu saxlanıldı

11:37 18 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər