İlk cümləsindən uğursuzdur - Hekayə müzakirəsi

İlk cümləsindən uğursuzdur - Hekayə müzakirəsi
26 oktyabr 2022
# 15:00

Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Əhlim Sadıqzadənin "Kənd, dağlar, qəbir və bilet" hekayəsi haqda gənc yazarların fikirlərini təqdim edir.

Nihat Pir

Daha əvvəlki dünya yoxdur

Müəllifə yeni imza kimi uğurlar arzulayıram. İlk qələm təcrübələri olduğundan, hesab edirəm, çox da çək-çevirə ehtiyac yoxdur. Amma, məsələn, hekayənin ilk cümləsi çox uğursuzdur. Mətnin içərisində redaktə və məntiq xətaları da var. İstənilən halda, müəllifə bir daha uğurlar.

Təvəkgül Boysunar

Xoşbəxt göyərçinlər, xoşbəxt bayraqlar - Hekayə - Təvəkgül BOYSUNAR |  Edebiyyatqazeti.az

Hekayə zəif təsir bağışladı. Bəlkə də, sonralar məşhur və uğurlu yazıçı olmuş şəxslər yaradıcılıqlarının lap əvvəllərində buna bənzər hekayələr yazıblar. Amma həmin hekayələri çap etdirmədikləri üçün bizim o hekayələrdən xəbərimiz olmayıb. Bu mənada, məncə, ümumiyyətlə, hər hansı müəllif öz yazılarını çap etdirməyə çox da tələsməməlidir. Gənc dostumuza uğurlar arzu edirəm.

Orxan Həsəni
Müharibə haqqında ən gözəl hekayə - Orxan Həsəni yazır...

Hekayədə fövqəladə nəsə axtarmaq düzgün olmaz. Müəllif insan və cəmiyyət münasibətlərini fərqli formada işləyib. Cəmiyyət burada fərdin alt-şüurunda gizlənib, onların arasındakı mübarizə də yuxu vasitəsi ilə gerçəkləşir. Mübarizə nəticəsində fərd cəmiyyətə uduzur və bayağı bir istəklə vətənə, torpağa bağlılığı görürürük. Vətənə, torpağa bağlılıq hissi ayr-ayrıılıqda bayağı deyil. Ancaq onu elə ifadə edə bilərsən ki, vətənə, torpağa bağlılıq bayağı görünər.

Yəni, diqqətli olmaq, vətənə, millətə bağlılıq hissini istismar etmədən, bayağılaşdırmadan təsvir etmək lazımdır. Vətənə, torpağa bağlılıq hissini istismar etsən, uduzacaqsan. Elçin Əfəndiyevin "Mahmud və Məryəm" romanı kimi tamamiylə bayağı əsərlər yazacaqsan. Azərbaycan vətənə, torpağa bağlılıq hissini istismar edən başlarla doludur. Mən gənc müəllifin səmimiyyətinə inanıram. Düşünürəm ki, yazmaq iynə ilə gor qazmaqdır və taleyini bu sahədə görüb özünü inkişaf etdirsə, durmadan oxusa, yazsa, yaxşı hekayələr yaza bilər.

Ələsgər Əhməd

Ələsgər Əhməd - Yeni şeirlər » Ədəbiyyat.AZ - Ədəbi yazılar, məqalələr, son  xəbərlər, kitablar, poeziya

Yeni imza kimi qeyd olunsa da mətndə yeni heç nə görmədim. Sanasan, Cəfi dayı müəllifin özüdü, keçmişə hicrət edib. "Ağaclar, dağlar dostumdu" bu fikir illərin düşmənidir, əmin olun. Baş obraz o qədər mənasız həyat yaşayırdı ki, istəyirdim tez ölsün. Nə qədər də əsərlərdə qəhramanın ölümünə üzülsək də, bu əsərdə ölməməyinə üzüldüm. "Ürək qırışdı" bu ifadə də 80-lərin pafoslu şeir ifadəsidir. Hekayə dövrün tələblərindən daha müasir olmalıdır. Müəllifə uğurlar, fəqət, hələ ki, bu işin əhli deyil.

Vüqar Babazadə

Hekayə köhnədir. Hazırda bu boyda yer üzündə adı Cəfi olan adamların sayı bir əlin barmaqlarını keçməz. Heç kim demir ki, kənddən yazmayın. Yazın, kənddən nə qədər istəyirsiz yazın. Amma beyninizdə, xatirənizdə olan kənddən yox, müasir, Tiktoklu, instaqramlı kənddən yazın. Müasir kənd saf bulaqları, təmiz havası, yekə ağacaları, sadə əməkçi adamları olan bir yer deyil. Müasir kənd göydələnləri, metrosu, ticarət mərkəzləri, restoranları olmayan şəhərdir. İnsan hər yerdə eynidir artıq. Yaşxı olar ki, müəllif sadə dillə, təmkinlə, oturub bunları yazaydı. Qəliz və uzun cümlələrə ehtoyac yoxdur.

Əhlim inanıram ki, daha yaxşı şeylər yazacaq.

# 4392 dəfə oxunub

Oxşar xəbərlər

Təbrizdə nazir, Karaqandada məhbus, Bakıda mürdəşir... - 20 il həbsdə qalan azərbaycanlı şair kim idi?

Təbrizdə nazir, Karaqandada məhbus, Bakıda mürdəşir... - 20 il həbsdə qalan azərbaycanlı şair kim idi?

18:41 15 dekabr 2025
Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan ədəbiyyatı - İradə Musayeva

Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan ədəbiyyatı - İradə Musayeva

18:01 15 dekabr 2025
Luvr muzeyinin 400 əməkdaşı tətil elan etdi: İşçilər nədən narazıdır?

Luvr muzeyinin 400 əməkdaşı tətil elan etdi: İşçilər nədən narazıdır?

14:09 15 dekabr 2025
"Gənc yazıçı bir səhvdən qaçıb başqa birinə düşə bilər..." - Yaxşı hekayəni necə yazmaq olar?

"Gənc yazıçı bir səhvdən qaçıb başqa birinə düşə bilər..." - Yaxşı hekayəni necə yazmaq olar?

12:00 15 dekabr 2025
Bitməyən komediyaya sözardı... - Niyə belə etdin, Kamal Abdulla?

Bitməyən komediyaya sözardı... - Niyə belə etdin, Kamal Abdulla?

14:50 13 dekabr 2025
İlk intertekstual türk romanının müəllifi - Oğuz Atayın əsərindəki “Üçbucaq arzu” nədir?

İlk intertekstual türk romanının müəllifi - Oğuz Atayın əsərindəki “Üçbucaq arzu” nədir?

12:30 13 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər