"Gördüklərini unut..." - Yazmağın 10 qaydası

"Gördüklərini unut..." - Yazmağın 10 qaydası
17 iyun 2024
# 10:00

Kulis.az məşhur Amerika yazıçısı, Nobel mükafatı laureatı Ernest Heminqueyin yazı prosesi ilə bağlı məsləhətlərini təqdim edir.

- Hansısa bir hekayə üzərində işləyərkən, adətən, sübh tezdən yazmağa başlayıram. Əgər yazmaq həvəsim yaranıbsa, mənə heç kim mane ola bilməz. Otağın isti, yaxud soyuq olması da əhəmiyyətli deyil. Bütün diqqətimi əsərə cəmləyib şövqlə yazıram. Adətən, gələcək səhifələrdə nələrin olacağını duyduğum zaman yazmağı dayandırıram. Və növbəti günə qədər gözləyirəm.

- Əgər səhər altıda yazmağa başlamısınızsa, günortaya qədər davam edə bilərsiniz. Çünki işi tez bitirsəniz, boş qalan vaxtınızı keçirməkdə çətinlik çəkə bilərsiniz. Və növbəti günə qədər istənilən məşğuliyyət sizə mənasız görünəcək.

- Yazıya qısa cümlələrlə başlayın. Çalışın dil dinamik olsun.

- Hər zaman pozitiv olmağa çalışın, neqativlikdən uzaqlaşın!

- Yazı diliniz yaşadığınız dövrə uyğun olmalıdır, əks halda əsər oxunmayacaq.

- “Böyük”, “möhtəşəm”, “inanılmaz”, “fövqəladə” kimi ifadələrdən az istifadə etməyə çalışın.

- Yazmaq istəyəndə hər dəfə ilk qələm təcrübəsinə başladığım hotel otağındakı yalnızlığımı xatırlayıram. Sən də hamıya hoteldə qaldığını bildir, amma adını yalnış de. Harda qaldığını bilsələr, təbiətə köç. Oranı da tapsalar, həmişə qaça biləcəyin bir yerin olsun. Bütün günü işlə, sonra nəsə ye, tennis oyna, ya da heç nə eləmə. Ancaq mütləq səni yoracaq bir işlə məşğul ol və növbəti gün yenidən yazmağa başla.

- Yazıçı işlədiyi zaman tək olmalıdır. O, yalnız əsəri bitirəndən sonra gözə görünə bilər. Yoxsa nyu-yorklu yazıçılara çevrilər. Onlar bir şüşənin içində yaşayan soxulcanlar kimi bir-biriləri ilə və şüşə ilə olan münasibətlərindən qidalanmağa çalışırlar. Həmin şüşə bəzən estetik, bəzən iqtisadi, bəzənsə dini formada olur. Bir dəfə o şüşənin içinə düşdülərsə, həmişə orada qalırlar, özlərini həmin şüşədən kənarda tənha hiss edirlər.

- Bəzən yazmaqda çətinlik çəkdiyim zaman ehtiyac duyduğum cəsarəti tapmaq üçün öz kitablarımı oxuyuram. Həmin kitabları yazmağın da nə vaxtsa mənə çətin, hətta bəzən imkansız göründüyünü xatırlayıram.

- Yaxşı yazıçı gördüyünü təsvir etməkdən qaçmalıdır. O yalnız öz təxəyyülündən yararlanmalı və hekayəni qurmağı bacarmalıdır. "Aydınyol"

# 2795 dəfə oxunub

Oxşar xəbərlər

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

14:00 7 oktyabr 2026
"Tarix özünü  «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə  cavab

"Tarix özünü «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə cavab

11:00 7 oktyabr 2026
"Əgər xoşbəxtlik deyilən bir şey varsa..." - Sürgündə  yazan italyan yazıçı Natalia Ginzburq kim idi?

"Əgər xoşbəxtlik deyilən bir şey varsa..." - Sürgündə yazan italyan yazıçı Natalia Ginzburq kim idi?

10:00 7 oktyabr 2026
"Yaddaş, parçalanma və ayrılığın mümkünsüzlüyü..." - Sadra Abdollahi Hədiyyə Şəfaqətin romanı haqqında

"Yaddaş, parçalanma və ayrılığın mümkünsüzlüyü..." - Sadra Abdollahi Hədiyyə Şəfaqətin romanı haqqında

15:45 6 oktyabr 2026
Bədheybətlərlə empatiya qurmağı öyrədən yazıçı  Klayv Barker kimdir?

Bədheybətlərlə empatiya qurmağı öyrədən yazıçı Klayv Barker kimdir?

14:30 5 oktyabr 2026
"Başdan-ayağa qurama, karikatura, cansız, bədənsiz..." - Hekayə müzakirəsi

"Başdan-ayağa qurama, karikatura, cansız, bədənsiz..." - Hekayə müzakirəsi

15:00 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər