Bir gün YAP-çı, bir gün AYO-çu, bir gün AYB-çi - Şəhriyar del Gerani haqqında

Bir gün YAP-çı, bir gün AYO-çu, bir gün AYB-çi - Şəhriyar del Gerani haqqında
21 iyun 2024
# 11:18

Kulis.az Orxan Saffarinin "Sübhədək ulayan, şeir yaza bilməyən Şəhriyar..." adlı yazısını təqdim edir.



2000-cilər ədəbi nəslinin “Bilmirsən, uğurludur, ya uğursuz? Bilmirsən, şairdi, ya nasir?” deyəcəyimiz bir nümayəndəsi də ədəbiyyatda eşqlə yox, “eşqlər!” sözü ilə qalmağa çalışan Şəhriyar Del Geranidir.

Özünü ədəbiyyatın bütün cəbhələrində sınasa da, heç cür yerini tapa bilməyən Şəhriyar haqqında çox uzun danışmaq da olmur. Doğrusu, adamın bir az da dili ağrıyır. Amma Allah necə haqdır?

Allah, əlbəttə, haqdır. Haqsız olan isə Şəhriyardır.

Qondarma şair Şəhriyarı şair edən nəsnə şeirdən daha çox vaxtı ilə etdiyi “şuluqluqlardır”. Hansı ki, bu hal 2000-cilər nəslinin istisnasız hər birinə aiddir.

Bioqrafiyasının ən maraqlı yeri gənc yaşında həbs olunmasıdır.

Vaxtilə o, həbsdən çıxanda Zamin Hacı yaxşı demişdi: “Şairi buraxdılar, qaldı şeir yazmağı”.

Təəssüf, Şəhriyar yaza bilmədi. Daha dəqiq, onun “külliyyatı” başqa şairlərin şeirlərindən süzülüb doldu.

Vaqif Bayatlının suyunun suyunun suyu olan şeirləri ilə ömür sürdü.

Bir az Ramiz Rövşən, bir az Vaqif, bir az... - “bic” şeirlər müəllifi oldu Şəhriyar əfəndimiz.

Onu müxtəlif obrazlarda da gördük. Bir gün müxalif oldu, bir gün YAP-çı, bir gün AYO-çu oldu, bir gün AYB-çi, amma heç cür özü ola bilmədi.

Yaradıcılığı Feysbuk statusundan o tərəfə keçə bilməyən Şəhriyarın statusları da özü kimi oldu. Burada da o, bir gün Quran yazacağını dedi, növbəti dəfə məcsiddə kitab təqdimatı edib “islah” oldu.

Əlbəttə, onun bir-iki “dişə çəkiləsi” nəyisə var, amma təəssüf ki, onların da artıq sümüyü qalıb.

Yenilənə bilməyən, özünü təkrardan bezməyən, qələmdaşlarından heç nəyi ilə fərqlənməyən Şəhriyar da tez-tez it kimi darıxır, sübhədək ulayır, şeirdə ancaq ucuz içkilər içir, qızın cırılmış, əzilmiş şəklinə baxır, evində qalan paltarlarını qoxlayır, onlara sarılır, səhərlər acqarına ağır nikotinli siqaret çəkərək yuyunmur, saçını daramır, köynəyi ütüsüzdü, yerindən günlərlə qalxmır, depressiyadadır.

Bəli, nə bir az aşağı, nə də bir az yuxarı - şeiriyyatı bu cür mənasızlaşmış taftalogiyalardan ibarət müəllif hələ bir də görürsən, şikayət edir ki, bəs Azərbaycanda oxucu yoxdur. Olmaz da, şair, olan-qalan oxucunu da bu cür şeirdən soyudanda olmaz!

Adam heçmi yenilənməz illər uzunu? İnsan eyni şeyləri yazmaqdan heçmi bezməz?

Məsələn, fikir verin, Şəhriyarın bütün şeirlərində qız vəfasız, “əğyarə gedən” obrazdadır. Bütün şeirlərin günahkarı qadındır, hamısında qadın xəyanət edir, başı çatmır, dəli olur. Heç nə yox, Şəhriyara “darıxmaq”, “it”, “kədər”, “həsrət”, “gözləmək”, “qayıtmadın” kimi barmaqla sayılacaq sözləri qadağan edirsən, yazmaq nədir, ağzını açıb danışa da bilməyəcək. Dəqiq desək, Şəhriyarın şeirlərinin uzağı 100 manat xərci var. Bir-iki qutu siqaret, bir tikə yemək, bir litr də araq. Vəssalam. Bunlar olandan sonra şeirə ehtiyac qalmır.

# 4085 dəfə oxunub

Oxşar xəbərlər

Rasim Balayevin yerinə təyinat nə vaxt reallaşacaq? - AKİ-dən cavab

Rasim Balayevin yerinə təyinat nə vaxt reallaşacaq? - AKİ-dən cavab

16:10 31 mart 2026
"Gözlərimdən sanasan dəryayi-ümman ayrılır..." - Rasim Balayevin son vidası

"Gözlərimdən sanasan dəryayi-ümman ayrılır..." - Rasim Balayevin son vidası

15:20 30 mart 2026
Xalq artisti Rasim Balayev I Fəxri xiyabanda dəfn edildi

Xalq artisti Rasim Balayev I Fəxri xiyabanda dəfn edildi

14:32 30 mart 2026
"Necə gedib yatacaqsan evində rahətlə?" - Mirzə Əli Möcüzün şeirlərini niyə  çap etmirdilər?

"Necə gedib yatacaqsan evində rahətlə?" - Mirzə Əli Möcüzün şeirlərini niyə çap etmirdilər?

12:00 29 mart 2026
"İlhamın belə roman yazacağını qətiyyən gözləmirdim" - Seymur Baycan

"İlhamın belə roman yazacağını qətiyyən gözləmirdim" - Seymur Baycan

12:49 25 mart 2026
"Sözün devalvasiyaya uğradığı çağdaş dövrdə..." - Rafiq Həşimov

"Sözün devalvasiyaya uğradığı çağdaş dövrdə..." - Rafiq Həşimov

14:00 24 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər