Həmid Herisçi Seymur Baycandan danışdı: “Təəssüf ki...”

Həmid Herisçi Seymur Baycandan danışdı: “Təəssüf ki...”
16 aprel 2021
# 13:02

Tanınmış şair-yazıçı Həmid Herisçinin Seymur Baycanın polemika doğuran fikirləri ilə bağlı qısa müsahibəsini təqdim edir.

- İlk olaraq. Ümumi fikirlərinizi bilmək istərdik...

- Yazıçılar azaddırlar. Dünyada azad bir insan varsa, ilk növbədə yazıçıdır. Çünki, bədii mətn, qələm, kağız imkan yaradır ki, böyük bir dünyanı, bütöv bir kainatı bir kağız üzərinə köçürdəsən. Mən, məsələn deməzdim ki, digər sahənin mütəxəssisləri bu qədər azad ola bilər. Belə yazıçılar çox azdır. Xüsusən də Seymur Baycan Azərbaycan ədəbiyyatının çox azad qələm sahibidir. O, bu cür fikirlər deyə bilər. Gəlin, ədəbiyyatda yasaqlar, qadağalar yaratmayaq. Bunun nəticələri heç vaxt özünü doğrultmayıb. Hər bir yazıçının o cür düşünməyə haqqı var. Ədəbiyyatda son söz də yoxdur. Ora azad bir ərazidir. ədəbiyyatda diktatura yoxdur, ola da bilməz. Seymur Baycan onu demək istəyir. Təəssüf ki, bizdə azadlıq tələb edən insanların cavabdehlik hissi azdır. Bu, təkcə ədəbiyyatda deyil, siyasətdə də belədir. “Azadlıq!” qışqıranlar məsuliyyət hissindən məhrum olurlar. Bu da ziddiyyət yaradır. Doğurdan da ədəbiyyatda kilid sözü kim deyəcək məsələsi də var. Amma ədəbiyyatda general, yaxud da leytenant yoxdur. Ədəbiyyatda generalla leytenant elə açıq danışa bilər. Bunları nəzərə almaq lazımdır. Ədəbiyyatın həm bütün nailiyyətləri, həm də acı nəticələri öz azadlığından gəlir.

- Müsahibədə sizin haqqınızda Seymur Baycana sual verəndə dedi susmağa üstünlük verirəm. Sizcə, niyə?

- Nə bilim vallah, o, onun öz işidir. Mən Seymura belə bir qadağa qoymamışam. Susa da bilər, danışa da (gülür). Bizim onunla münasibətlərimiz bilirsiniz necədir? Bizim “Ayo”çularla münasibətlərimiz gənclik havasında olub, yoldaşlıq hisləri üzərində qurulub. Görünür, o hadisələr, baş verənlər Seymur üçün asan mövzu deyil. Hər halda, onlarla bizim aramızda çox böyük dostluq olub.

- Bəlkə bu həssaslıq yaşlanmaqdan irəli gəlir?

- Əvvəla, neyçün qocalıq sizin üçün bu qədər qorxulu görsənir. Hər halda, yollar ayrılıb, yazıçılar artıq böyük bir dərnəkçilərdən ibarət deyillər. Hamı öz yazdığı ilə qələmi, kompüteri və yazıçılığı ilə təkbətək qalıb. Vahid bir şəbəkə yoxdur. Hamı da öz fikrini deyə bilər.

- Azərbaycanda Orxan Pamukdan ilk əhatəli yazı yazanlardan biri kimi istərdik konkret bu suala cavab verəsiz: Seymurun özünü Orxan Pamukdan böyük yazıçı hesab etməsi nə qədər doğrudur?

- Bu suala cavab verməyəcəm. Nəyə lazımdır mən birinciyəm, ikinciyəm kimi söhbətlər. Mənim bu kimi söhbətlərə hələ gənclik dövründən bir cavabım var: insan birinci yerdə deyil, birinci göydə olmalıdır.

- Seymur Baycanın fikirləri ilə bağlı gedən polemikanı əhəmiyyətsiz hesab edənlər də var.

- Mən sevinirəm ki, ədəbiyyatda bu cür diskussiyalar olur. Seymurdan fərqli olaraq mən onun haqqında susmağa üstünlük verməzdim. Seymur maraqlı fenomendir. Mənim indi bir təəssüfüm var; vaxtilə hamımız bir nöqtəyə vurmağı bacarırdıq, təəssüf ki, indi yollar çox ayrılıb.

# 4027 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #