Vampirin həyatı ekranda - ANONS

Vampirin həyatı ekranda - ANONS
31 may 2011
# 13:29
Viktor Pelevinin \"Generation P\" əsərini çəkmiş rejissor Viktor Ginzburq yazıçının “Empire V” romanının ekranlaşdırma hüququnu da alıb. Kulis.az-ın “Variety” nəşrinə istinadən verdiyi xəbərə görə, 2006-cı ildə çap olunmuş kitab gözlənilmədən vampirə çevrilən və insanları idarə edən gənc adamdan bəhs edir.

Maraqlıdır ki, “Generation P” romanındakı baş qəhrəman Vavilen Tatarskiyə burda da rast gəlinir.

Hazırda rejissor layihəni maliyyələşdirə bilən mənbələr axtarır. Hətta xarici fondlarla da danışıqlar aparılır. Yeni filmin çəkilişlərinə 2012-ci ildə başlanması planlaşdırılır.

Rejissorun sözlərinə görə, bu kitab qana, pula, gözəlliyə mübtəla olan müasir cəmiyyətə heyrətamiz diskursdur: “Romanın əsasında gənc vampirin yetkinləşməsi, eləcə də müasir Moskvada baş verən sevgi hekayəti dayanır”.

Rəna Nevzat
# 2093 dəfə oxunub

Oxşar xəbərlər

Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

14:00 7 noyabr 2026
Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

12:25 7 noyabr 2026
Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

15:00 6 noyabr 2026
"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

10:00 6 noyabr 2026
Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

13:35 1 noyabr 2026
"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

16:00 27 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər