Azər Abdulla: “Səni yüz adamın doxsan doqquzu aldadırsa...” - MÖVQE

Azər Abdulla: “Səni yüz adamın doxsan doqquzu aldadırsa...” - MÖVQE
24 may 2011
# 15:59
- Bir neçə gün sonra MKM-in qalibləri müəyyən olunacaq. Nə gözləyirsiniz?

- Necə cavab verə bilərəm ki bu suala? Kim yaxşıdır, kim layiqlidir o da seçiləcək.

- Özünüzü yaxşılardan sayırsınız?

- Təbii. Ona görə ki, bir neçə əsəri oxumuşam, məsələn, Məqsəd Nur, Nəriman Əbdürrəhmanlı və Natiq Rəsulzadənin ayrı əsərlərini oxumuşam və özümü onlardan zəif hesab etmirəm. Amma ümumilikdə bütün əsərləri oxumamışam və konkret söz deməyə çəkinirəm.

- Özünüzü neçənci yerdə görürsünüz?

- Bura qədər gəlib çıxmışamsa, istəyirəm ilk üçlüyə düşüm. Oxusaydım, dəqiq deyə bilərdim. Bir az pis çıxmasın, özümü son dərəcə obyektiv adam hesab edirəm. Hərdən televiziyada çıxışlar olur və adamlar ədəbiyyat barədə hökm verirlər. Adamlar düşündüyü qədər bilir ədəbiyyatı. Amma ədəbiyyat o qədər sonsuz şeydir ki, bəzən hər hansı bir fikri söyləyənlər elə bilirlər ki, möhürü basdılar. Ədəbiyyat haqqında danışanda bir az ehtiyatlı olmaq lazımdır. Bəzən o rəylər və sözlər o qədər yarımçıq alınır ki... Bu mənada da mən oxumadığım əsərlər barədə heç bir söz deyə bilmərəm. Amma öz yazıma gəldikdə, rəylər var, fikirlər var və hesab edirəm ki, müsabiqədə qiymət bədiiliyə və aktuallığa görə verilməlidir.

- Onluqda təsadüfi adam varmı?

- Vallah, heç nə deyə bilmərəm. Əgər oxusaydım, cəsarətlə deyə bilərdim.

- Bəs münsiflər arasında? İnanırsınızmı ki, onlar ədəbiyyata, dediyiniz kimi, obyektiv baxa biləcəklər?

- Onu da deyə bilmərəm. O qədər ədalətsizlik olub ki... Belə bir söz var, deyirlər, əgər səni yüz adamın doxsan doqquzu aldadırsa, bu o demək deyil ki, ədalət yoxdur. Bu mənim heç bir zaman yadımdan çıxmır. Azərbaycan reallığında çox qarma-qarışıqlıqlar olur. Bu o demək deyil ki, bu münsiflər də onlarla müqayisə olunmalıdır. Bir də gördün ki, obyektiv qiymət verdilər. O baxımdan indidən heç nə demək olmaz.

- Ötən ilki müsabiqəni izləmişdinizmi?

- Sözün düzü, izləməmişdim. Bilirsiniz, məsələ nə yerdədir? Mən onluğa düşənlərin yığıncağında da dedim: mən nə maraqlanmışdım, nə də xəbərim vardı, son gündə oğlum gətirdi ki, bəlkə, verək? Dedim, özün bil. Elə oldu verdi. Mən olsaydım, başqalarını da salardım.

- Ötən il mükafatı Qaraqan almışdı. Orda sizin ədəbi nəsildən Rafiq Tağını vardı...

- Rafiq Tağı məndən 10 yaş balacadır, amma onu çox ciddi yazıçı hesab edirəm. Yadıma düşdü Qaraqanın mükafat alması. Şərif Ağayar də vardı orda, Rafiq Tağı da, Fəxri Uğurlu da. Mən birinci yeri Fəxriyə verərdim. Amma indi qeyri-obyektivlik edirəm. Çünki o müsabiqəyə təqdim olunan əsərləri oxumamışam. Ancaq Fəxrini layiqli yazıçı hesab edirəm.

- Onluqdakı ən təcrübəli yazıçı sizsiniz. Sovet dövründə ədəbiyyatda ikidillilik vardı. İndi bəzi yazarlar hesab edirlər ki, mükafatı rusdilli bir əsərə vermək düzgün deyil. Təcrübəli yazıçı kimi siz necə düşünürsünüz?

- Natiq Rəsulzadə yazıçıdır, bunu danmaq olmaz. Ancaq bir şey var ki, bəzən tərcümə orijinaldan gözəl alınır. O nöqteyi-nəzərdən düzgün hesab etmirəm. Bəlkə də onun Azərbaycan reallığından yazdığını nəzərə alıb müsabiqəyə salmaq olar.

- Pərviz demişdi ki, rus dilində yazılan ədəbiyyat rus ədəbiyyatıdır...

- Ağlabatandır. Çünki ədəbiyyat dilin imkanlarının genişlənməsinə xidmət edir. Bu baxımdan Pərvizin fikirlərinə qatılıram. Digər tərəfdən Çingiz Aytmatov və Nizami həqiqəti də var.

- Paşa Qəlbinuru neçə ildir tanıyırsınız?

- Onu çoxdandır tanıyıram və istəyirəm barəsində bir neçə söz deyim. Bəziləri deyir ki, o şairdir, müsabiqəyə kitab təqdim etməsi doğru deyil. Mən bilən bu fikir də düz deyil. Nə aidiyyəti var, bu şairdir, yoxsa filosof? Bəlkə, o bir romanla hamını keçib? Bunu qüsur hesab etmirəm. O, roman təqdim etməkdə tam haqlıdır.

- Sizcə, 10 yazıçının içərisində Natiq Rəsulzadə niyə məhz Paşa Qəlbinurun üzərinə gedir?

- Bu mənə aid deyil axı? Heç nə deyə bilmərəm, bəlkə aralarında konflikt var? Yoxsa başa düşmürəm niyə belə desin.


Vüqar QURDQANLI
# 1692 dəfə oxunub

Oxşar xəbərlər

Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan ədəbiyyatı - İradə Musayeva

Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan ədəbiyyatı - İradə Musayeva

18:01 15 dekabr 2025
Təbrizdə nazir, Karaqandada məhbus, Bakıda mürdəşir... - 20 il həbsdə qalan azərbaycanlı şair kim idi?

Təbrizdə nazir, Karaqandada məhbus, Bakıda mürdəşir... - 20 il həbsdə qalan azərbaycanlı şair kim idi?

15:36 15 dekabr 2025
Luvr muzeyinin 400 əməkdaşı tətil elan etdi: İşçilər nədən narazıdır?

Luvr muzeyinin 400 əməkdaşı tətil elan etdi: İşçilər nədən narazıdır?

14:09 15 dekabr 2025
"Gənc yazıçı bir səhvdən qaçıb başqa birinə düşə bilər..." - Yaxşı hekayəni necə yazmaq olar?

"Gənc yazıçı bir səhvdən qaçıb başqa birinə düşə bilər..." - Yaxşı hekayəni necə yazmaq olar?

12:00 15 dekabr 2025
Bitməyən komediyaya sözardı... - Niyə belə etdin, Kamal Abdulla?

Bitməyən komediyaya sözardı... - Niyə belə etdin, Kamal Abdulla?

14:50 13 dekabr 2025
İlk intertekstual türk romanının müəllifi - Oğuz Atayın əsərindəki “Üçbucaq arzu” nədir?

İlk intertekstual türk romanının müəllifi - Oğuz Atayın əsərindəki “Üçbucaq arzu” nədir?

12:30 13 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər